Ədəbiyyat məbədimiz 90 yaşında...
13.06.2024 [10:42]
Şahanə MÜŞFİQ
Bu gün ədəbiyyatımızın qocaman söz-sənət məbədi Azərbaycan Yazıçılar Birliyinin yaradılmasından 90 il ötür. İlk yaradılarkən Azərbaycan Yazıçılar İttifaqı adlanan qurum 1934-cü il iyunun 13-də Bakıda Azərbaycan yazıçılarının I qurultayında təsis olunub. O vaxta qədər Azərbaycan yazıçıları ayrı-ayrı ədəbi birləşmələrin tərkibində fəaliyyət göstərirdilər. 1923-cü ildə Azərbaycan yazıçılarını bir təşkilatda birləşdirmək zərurəti meydana çıxarkən bir neçə yazıçı çap etdirdikləri müraciətdə “Türk ədib və şairlər ittifaqı dərnəyi” təsis etdiklərini bildirdilər. Həmin ədəbi birlik “İldırım” adlanırdı. “Qızıl qələmlər” ədəbi cəmiyyəti də təxminən bu dövrlərdə formalaşmış, öz ətrafına gənc ədəbi qüvvələri toplamışdı. Bu cəmiyyət əsaslı və ədəbi təşkilat kimi 1925-ci il dekabrın 25-də Bakıda yaradıldı, ədəbi dərnəkləri öz ətrafında birləşdirdi. “Qızıl qələmlər” cəmiyyəti tez-tez müşavirələr, ədəbi gecələr, görüşlər, məruzələr təşkil edir, tədbir?ər həyata keçirirdi. “Maarif və mədəniyyət” jurnalında, “Kommunist” və “Gənc işçi” qəzetlərində müntəzəm verilən ədəbi materiallar, “Qızıl qələmlər”, “Oktyabr alovları” almanaxları və ayrı-ayrı məcmuələr ədəbiyyatın təbliğinə, kütləvi surətdə yayılmasına xidmət edirdi. 1927-ci il iyul ayının əvvəllərində Azərbaycan yazıçılarının birinci ümumi yığıncağında bütün ədəbi qüvvələri bir təşkilat ətrafında birləşdirmək qərara alındı. Beləliklə, Azərbaycan Yazıçılar Cəmiyyətinin müvəqqəti idarə heyəti yarandı. Bakıda Ümumazərbaycan yazıçılarının birinci (13.01.1928) və ikinci qurultayı (20.10.1929) çağrıldı.
ÜİK(b)P MK-nın ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında 1932-ci il 23 aprel tarixli qərarından sonra Azərbaycan Yazıçılar Cəmiyyətinin yenidən qurulması haqqında təşkilatı tədbirlər görüldü və Azərbaycan Yazıçılar İttifaqı yaradıldı.
Müxtəlif dövrlərdə Məmmədkazım Ələkbərli, Seyfulla Şamilov, Rəsul Rza, Səməd Vurğun, Süleyman Rəhimov, Mehdi Hüseyn, Mirzə İbrahimov, İsmayıl Şıxlı və sair Azərbaycan ədəbiyyatının nəhəng şəxsiyyətlərinin rəhbərlik etdiyi birliyin 1987-ci ildən etibarən sədri Xalq yazıçısı Anardır.
Müasir dövrümüzdə Azərbaycan Yazıçılar Birliyi aktiv fəaliyyətini davam etdirərək ədəbiyyatımızın və ədiblərimizin bir yerə toplaşdığı əsas söz məbədi kimi qalmaqdadır. Çoxillik “Azərbaycan”, “Ulduz”, “Literaturnıy Azerbaydjan” jurnalları, “Qobustan”, “Mütərcim”, “Dünya ədəbiyyatı” topluları və “Ədəbiyyat” qəzeti Birliyin mətbu orqanı kimi Azərbaycan və dünya ədəbiyyatının sanballı arxivi olmaqla yanaşı, bugününü də kifayət qədər əhatəli şəkildə əks etdirir.
Azərbaycan Yazıçılar Birliyinin ölkəmizin dörd tərəfində fəaliyyət göstərən bölmələri ümumazərbaycan ədəbiyyatının, incəsənətinin inkişafına xidmət edərək, yerlərdə istedadlı qələm sahiblərinin tapılıb, aşkara çıxarılması, mətbu orqanlarda çap edilib ədəbi cameəyə təqdim olunması üçün inamla çalışır. Bu bölmələrin birgə fəaliyyəti ədəbiyyatımızın geniş mənzərəsini əks etdirir.
Sevindirici haldır ki, Azərbaycan Yazıçılar Birliyi təkcə ölkə daxilində deyil, eləcə də ölkə xaricində, xüsusən Türk dünyasında fəaliyyətini uğurla davam etdirir, ədəbi əlaqələrini hər keçən gün daha da artırır.
Birliyin məşhur “Natəvan” klubunda yalnız yerli yazıçıların, şairlərin deyil, eləcə də dünya ədəbiyyatının tanınmış imzalarının kitab təqdimatları keçirilir, onlarla görüşlər təşkil edilir.
Gənc ədəbiyyatçıların fəaliyyətinə xüsusi qayğı ilə yanaşan AYB iki illik olmaqla dörd dəfə ard-arda keçirdiyi “Gənc Ədiblər Məktəbi” ilə ədəbi cameəyə bir-birindən dəyərli onlarla gənc imza qazandırıb. Onların yaşlı nəsil ədiblərlə görüşlərinin təşkil edilməsi, yaradıcılıq nümunələrinin AYB-nin mətbu orqanlarında dərc edilməsi, ilk kitablarının çapı, gənclər üçün ayrılmış Prezident təqaüdlərinə layiq görülmələri AYB rəhbərliyinin yorulmaz səyi nəticəsində baş tutmaqdadır.
Həmçinin, Yazıçılar Birliyi vaxtaşırı müxtəlif mövzulu antologiyalar çap etdirməklə ölkəmizin müxtəlif yerlərində yaşayan qələm sahiblərini bir kitabda görüşdürür. Məsələn, 2021-ci ilin avqustunda Şuşada keçirilmiş Vaqif Poeziya Günləri barədə həmin ilin noyabr ayında çap olunan “Bütün yollar Şuşaya aparır...” adlı kitaba tanınmış qələm və elm adamlarının Vaqif Poeziya Günləri, eləcə də Şuşa ilə bağlı təəssüratları, səfər qeydləri toplanıb. “aybKitab” layihəsinin nəşri olan kitab Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun dəstəyi ilə nəşr olunub.
Qocaman ədəbiyyat məbədimizin 90 illik yubileyi münasibəti ilə başda uzun illərdir Birliyi ayaqda saxlayaraq daha da geniş fəaliyyət göstərməyində, əlaqələrini artıraraq, bütün Türk dünyasının tanınmış ədəbiyyat ocağına çevrilməsində əvəzsiz xidmətləri olan sədr Anar müəllim olmaqla, bütün kollektivini, üzvlərini və ədəbiyyatsevərləri təbrik edirik!
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

