Cavid irsi- əbədiyyət işığı!
24.10.2025 [10:15]
Böyük ədibin anadan olmasından 143 il ötür
Bu gün ədəbiyyatımızın parlaq siması, şair və dramaturq Hüseyn Cavidin anadan olmasından 143 il ötür. O, təkcə Azərbaycan ədəbiyyatının deyil, bütün türk dünyasının qəlbinə həkk olmuş nadir şəxsiyyətlərdəndir. 1882-ci il oktyabrın 24-də anadan olan H.Cavid türk düşüncə dünyasında silinməz izlər qoyan bir şəxsiyyətdir. Onun əsərlərində insanın daxili aləmi, azadlıq və ədalət uğrunda mübarizə, cəmiyyətin və zamanın sınaqlarından keçən insanın taleyi kimi mövzular diqqət mərkəzindədir. Cavid irsi bu gün də dərin mənalarla doludur. Onun həyatına və yaradıcılığına dair tədqiqatlar yalnız ədəbiyyatın və fəlsəfənin inkişafını deyil, həm də bir xalqın öz kimliyini anlamağa imkan verir. Cavidin adı yalnız Azərbaycan ədəbiyyatında deyil, bütün Türk dünyasında hər zaman böyük bir hörmətlə anılacaq!
Bəni öldürsələr də, bən yaşarım
Hüseyn Cavid son dərəcə dərin məzmunlu yaradıcılığı ilə çoxəsrlik Azərbaycan ədəbiyyatı xəzinəsinə tarixi-mədəni dəyərlər bəxş etmiş qüdrətli söz sənətkarıdır. O, Şərqin zəngin fəlsəfi-poetik irsi zəminində yüksələrək və dünya romantizm ənənələrindən uğurla bəhrələnərək, Azərbaycan xalqının ədəbi-bədii fikir salnaməsinə parlaq səhifələr yazıb. Mütəfəkkir sənətkarın neçə-neçə oxucu və tamaşaçı nəslinin estetik zövqünü müəyyənləşdirən əsərləri bu gün də öz təsir gücünü qorumaqdadır. Böyük dramaturq “Şeyx Sənan” faciəsində yaratdığı dramatik münaqişə vasitəsilə insanın həqiqət axtarışında olaraq, onun hisslərinin aliliyini yüksəltmək səyləri ilə ucala biləcəyinin mümkünlüyünü isbat edib. Hüseyn Cavid də məhz belə ali dəyərlərin axtarışında olaraq, əbdiliyini qazanıb. Əsərdə qəhrəmanı Sənanın dilindən deyilmiş aşağıdakı misralarda sanki dramaturqun həyatı nəzmə çəkib:
Bəni öldürsələr də, bən yaşarım,
Tərk edib xəlqi xaliqə qoşarım.
1937-ci il Hüseyn Cavidin həyatının dönüş nöqtəsi oldu - həmin il Sovet İttifaqında Stalin rejiminin ağır repressiyalarının zirvəyə çatdığı dövrdə Hüseyn Cavid həbs edildi. Onun həbsi həm də ədəbiyyata və düşüncə dünyasına böyük zərbə vurdu. Hüseyn Cavid sosializmin ideallarına uyğun olmayan, öz zamanının normativ düşüncəsindən fərqli bir dünyagörüşü ilə tanınırdı. Bu səbəbdən də həmin zamanlarda onun əsərləri və həyatı Sovet hakimiyyəti tərəfindən “təhlükə” kimi qiymətləndirilirdi. “Xalq düşməni” adı ilə ittiham edilərək həbs olunması böyük ədibin taleyində ağır nəticələrə yol açdı. Sürgün olunduğu soyuq Sibirdə, Vətəndən uzaqda əbədiyyətə qovuşdu.
“Tarix hər şeyi öz yerinə qoydu”
Xalqımızın bir çox klassik sənətkarı kimi, Hüseyn Cavid irsinin təbliğində Ulu Öndər Heydər Əliyevin rolu böyükdür. Ümumiilli Lider böyük Cavidin istər cismən, istərsə də mənən vətəninə və xalqına qaytarılmasında müstəsna rol oynadı. Məhz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Hüseyn Cavidin nəşi 1982-ci ildə Uzaq Sibirdən vətəninə gətirildi. Naxçıvanda məzarı üzərində möhtəşəm məqbərənin ucaldılması milli ruhun dirçəlişi və azərbaycançılıq məfkurəsinin təntənəsi baxımından müstəsna əhəmiyyətə malik misilsiz bir hadisəyə çevrildi. Ulu Öndər deyirdi: “Tarix hər şeyi öz yerinə qoydu. Hüseyn Cavidin cənazəsi də Sibirdən öz vətəninə gətirildi, onun adı da yüksəldi”.
Ümummilli Liderin təşəbbüsü ilə Hüseyn Cavidin cənazəsinin qalıqlarının Azərbaycana - şairin doğma yurdu Naxçıvana gətirilməsi Sovet məkanında yaşadığımız illərdə həqiqətən də görünməmiş böyük hadisə idi. Milli mədəniyyətimizin hərtərəfli inkişafına, yüksəlişinə daim təkan verən Heydər Əliyev 1981-ci ildə Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında qərar qəbul etmişdi. Bu qərardan sonra - 1982-ci il oktyabrın 3-də Naxçıvana səfəri zamanı Cavidin cənazəsinin qalıqlarının uzaq Sibirdən tapılıb gətirilməsi prosesinə başlanılmışdı.
Cavidin cənazəsinin Naxçıvana gətirilməsi həm də xalqımızın öz tarixini, mədəniyyətini və kimliyini heç vaxt unutmayacağına dair əminlik idi. Xalq özünün tarixini, mədəniyyətini, kimliyini heç vaxt unutmamışdı, hər zaman bu dəyərləri yaşatmağa çalışmışdı. Cavidin qalıqları yalnız bir şəxsiyyətin deyil, bütövlükdə xalqın mədəni davamlılığının rəmzi idi...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30

