Rənglərin dili ilə danışan rəssam...
07.08.2026 [09:05]
Toğrul Nərimanbəyovun doğum günüdür
Onun yaradıcılığında Azərbaycan ruhu xüsusi yer tuturdu. Rəsmlərində doğma torpağın təbiəti, milli adət-ənənələr, insan sevgisi və Vətənə bağlılıq parlaq çalarlarla əks olunurdu. Toğrul Nərimanbəyovun fərqli üslubu onu dünya incəsənətində seçilən sənətkarlardan birinə çevirmişdi. O, klassik yanaşma ilə müasir baxışı ustalıqla birləşdirərək özünəməxsus yaradıcılıq məktəbi formalaşdırmışdı.
Toğrul Nərimanbəyov Azərbaycan təsviri sənət tarixinin yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biri sayılır. Onun rəssam kimi yaradıcı istedadı hələ Vilnüsdə təhsil aldığı illərdən parlamağa başlamışdı. Monumental rəssamlıq üzrə təhsil alırdı. Bu sahədəki hüdudsuz yaradıcı imkanlar onu novatorluğa həvəsləndirirdi. Gənc rəssam işlədiyi mövzuların bədii həllinə başqa prizmalardan yanaşaraq tədricən öz fərdi üslubunu formalaşdırırdı.
Rəssamlıqla yanaşı, musiqi ilə də ciddi şəkildə məşğul olmuşdu. Vokal sənətinin incəliklərinə peşəkar səviyyədə yiyələnmişdi. Gözəl səs tembrinə malik idi. Azərbaycanın və dünya vokal sənətinin şah əsərlərini ifa etməyi sevirdi.
1930-cu il avqustun 7-də Bakıda dünyaya gələn T.Nərimanbəyovun yaradıcılığında Bakı mənzərələri, Azərbaycanın ayrı-ayrı regionlarının özünəməxsusluqları xüsusi yer tutur. Sovetlər dönəmində Azərbaycan təsviri sənət ustalarından cəmi üç nəfəri SSRİ-nin ən yüksək fəxri adı sayılan SSRİ Xalq rəssamı adına layiq görülmüşdü. Onlardan biri Mikayıl Abdullayev, digəri Tahir Salahov, üçüncüsü isə Toğrul Nərimanbəyov idi.
Fransaya gedən yol...
Toğrulun atası Fərman Şuşada doğularaq təhsil almış, sonra isə Fransanın Tuluza Universitetində mühəndis-elektrik ixtisasına yiyələnmiş ziyalı idi. Təhsil müddətində o, fransız dilini mükəmməl öyrənmişdi. Avropa mədəni dəyərlərini mənimsəmişdi. Elə ailə qurduğu qız da İrma Lya Rude adlı fransız modelyer idi.
Fərman təhsilini başa vurandan sonra onlar Bakıya köçüb bu şəhərdə yaşamağa başlamışdılar.
30-cu illərin repressiya dalğası Avropada təhsil almış bir çox ziyalılarımız kimi Toğrulun atasından da yan keçməmişdi. Onu həbs edib Sibirə sürgünə göndərdilər. 1941-ci ildə isə anası İrma Lya Rude də həbs olundu. Toğrulun anası 1961-ci ilədək sürgündə yaşamalı olur. Onun müxtəlif orqanlara çoxsaylı müraciətləri və gərgin mübarizəsi sayəsində bir müddətdən sonra anasına bəraət verildi və İrma Lya Rude Bakıya qayıtmağa müvəffəq oldu. Tezliklə, atası Fərman Nərimanbəyov da amnistiyaya düşərək Sibir sürgünündən vətənə qayıtdı...
Nə qədər qəribə görünsə də, T.Nərimanbəyov da həyatının bir hissəsini ana vətəni olan Fransa ilə bağladı. O uzun illər idi ki, Fransada yaşayırdı. Vətəndən köçüb getməsi isə ötən əsrin 80-ci illərinin axırlarında şəxsi həyatında baş verən gözlənilməz hadisələrlə bağlı olub. Bunu yaxınlarından gizlətsə də, portretini çəkdiyi parapsixoloq Tofiq Dadaşovdan gizlədə bilməyib. Parapsixoloqun “Məşhursunuz. Daha məşhur olacaqsınız. Amma böyük çətinliklərlə üzləşəcəksiniz. Vətəndən uzaq düşüb bütün dünyanı dolaşacaqsınız”- sözlərindən bir müddət sonra ailəliklə Moskvaya, sonra Amerikaya, oradan da Lüksemburqa və Fransaya köçüb. Böyük çətinliklərlə üzləşsə də güc tapıb Parisdə qərarlaşa bilib. Hətta bu şəhərin nüfuzlu sərgi salonlarından birində - “Konven de Kordelyer” salonunda möhtəşəm fərdi yaradıcılıq sərgisini də açıb.
Azərbaycanın bütün gözəlliklərinin tərənnüm olunduğu sərgi hamını heyran qoymuşdu. Amerikanın Priston Universitetinin professoru Berit Zeyzinker rəssamın 40 əsərini əldə edərək Priston şəhərində onun adına sərgi salonu yaradıb. Dünyanın bir çox ölkələrində sərgiləri keçirilən rəssamı tamaşaçılar həm də opera müğənnisi kimi tanıyırlar. Ötən əsrin sonlarından başlayaraq o, maraqlı konsert proqramları ilə nüfuzlu səhnələrdə görünür. Onu rəssam kimi sevənlər artıq müğənni kimi də sevib dəyərləndirməyə başlayıblar.
Şuşa həsrəti...
Dünya şöhrətli rəssamın babası və atası şuşalı olub. Düşmən əlində qalan torpaqlarımıza bir neçə əsər də həsr etmişdi. 2009-cu ildə müsahibələrinin birində Şuşaya qonaq kimi yox, oranın sahibi kimi gedəcəyini bildirmişdi: “Şuşa bizim torpağımızdır, bizimdir, bax bunu dünyaya çatdırmalıyıq... Şuşa qaytarılsa, gedib orada yaşayacağam. Şuşadan gözəl şəhər tanımıram....
Şuşa bizim möcüzəmizdir. Şuşanı unutmaq, oranın gözəl təbiəti üçün darıxmamaq mümkün deyil. O zamanlar vaxt tapan kimi ilk növbədə Şuşaya gedib Şuşanın gözəlliyindən ilham alırdım. Əminəm ki, gec-tez ədalət bərpa olunacaq, torpaqlarımızı geri qaytaracağıq. Dünya birliyi Qarabağın kimə məxsus olduğunu yaxşı bilir. Torpaqlar öz yiyəsinə qaytarılmalıdır”.
Bu gün dahi sənətkarın böyük fəxarət hissi ilə bəhs etdiyi Şuşamız azaddır. Belə bir məqamda görkəmli rəssamımızın həyatda olmaması təbii ki, hər birimizə duyğulu, ancaq bir o qədər də qürurverici hisslər yaşadır.
Böyük rəssamın Azərbaycan və dünya mədəniyyəti qarşısındakı xidmətləri hər zaman yüksək qiymətləndirilmişdi. Heydər Əliyev Toğrul Nərimanbəyovun yaradıcılığına böyük dəyər verirdi. 2000-ci ilin avqustunda Toğrul Nərimanbəyov Azərbaycanın ən yüksək dövlət mükafatlarından olan “İstiqlal” ordeni ilə təltif edilmişdi. 2010-cu ilin avqustunda isə Prezident İlham Əliyevin Sərəncamı ilə rəssam “Şərəf” ordeni ilə mükafatlandırıldı. 2013-cü ilin 2 iyun günü böyük sənətkar 82 yaşında dünyadan köçdü və bütün ömrü boyu axtarışında olduğu əbədiyyət zirvəsinə qovuşdu.
Bu gün Toğrul Nərimanbəyovun adı Azərbaycan təsviri sənətinin qızıl səhifələrində yaşayır. Onun zəngin irsi yeni nəsil rəssamlar üçün ilham mənbəyidir. Böyük sənətkarın yaratdığı rəng dünyası zaman keçsə də öz parlaqlığını itirmir və Azərbaycan mədəniyyətinin ən qiymətli xəzinələrindən biri kimi yaşamaqda davam edir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

