“Dəlicəsinə...” kitabının təqdimatı olub
05.04.2014 [10:50]
Aprelin 4-də Azərbaycan Mətbuat Şurasında yazıçı-jurnalist Rəşad Məcidin “Dəlicəsinə...” kitabının təqdimatı olub.
AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək Rəşad Məcidin yaradıcılığı və yeni nəşr haqqında məlumat verib.
Ə.Amaşov müəllifin sayca beşinci kitabı olan “Dəlicəsinə...” əsərindən başqa onun “Hələ ki, vaxt var”, “10 sentyabr”, “Əlvida və salam” və “10 sentyabr” (müxtəlif dillərə tərcümə) əsərləri nəşr olunduğunu bildirib.
Qeyd edilib ki, dörd bölümdən ibarət “Dəlicəsinə...” kitabının “Yaşadıqlarım”, “Gördüklərim”, “Tanıdıqlarım” və “Dediklərim” bölmələrində yazıçının müxtəlif illərdə qələmə aldığı publisistik yazıları, səfər təəssüratları, portret-məqalələri və son illər müəllifin mətbuat orqanlarına verdiyi bir neçə müsahibəsi yer alıb.
Ə.Amaşov kitabda respublikamızın tanınmış insanlarına həsr edilmiş məqalələrin diqqəti daha çox cəlb etdiyini, bu yazıların özünəməxsusluğu və orijinallığı ilə seçildiyini xüsusilə vurğulayıb.
Təqdimat mərasimində çıxış edənlər kitabla bağlı təəssüratlarını bölüşüb, müəllifi təbrik ediblər. Rəşad Məcidin yazıçı, şair, publisist və jurnalist kimi çoxşaxəli fəaliyyəti yüksək qiymətləndirilib, onun yüksək əxlaqi-mənəvi keyfiyyətlərindən söhbət açılıb. Qeyd edilib ki, Rəşad Məcidin yaradıcılığı polifonik keyfiyyətdədir. Onun bütün yazılarında insana, Vətənə, yurda sevgi hissi üstünlük təşkil edir.
Bildirilib ki, Rəşad Məcidin bir publisist kimi tematikası çox zəngindir və bu zənginlik ona yazıçı müşahidəsindən gəlir. Onun müşahidələri hər dəfə yeni bir yaradıcılıq ovqatına, maraqlı bədii sözə, publisistika faktına çevrilir. Təqdim olunan kitab da yaradıcılıq faktına çevrilmiş ovqat toplusudur. Bu publisistik ovqat bizə istədiyimiz hər şeyi “dəlicəsinə” sevmək eşqi aşılayır.
Tədbirdə Rəşad Məcid çıxış edərək kitabın ərsəyə gəlməsindən, əsərdə haqqında portret məqalələr qələmə aldığı həmkarları ilə bağlı xatirələrindən söhbət açıb, nəşrə “Ön söz” ün müəllifi Cahangir Məmmədliyə və iştirakçılara minnətdarlığını bildirib.
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

