Bu günün qəhrəmanı – Mikayıl Müşfiq
19.09.2023 [12:00]
Mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Deyən və 29 yaşında güllələnən Mikayıl Müşfiq...
Aysu MƏMMƏDOVA
Müşfiq 1908-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Əsli Xızıdan olan ailənin Müşfiq 4-cü uşaq idi. Hələ 1 yaşı olmadan anası, 6 yaşında isə atası dünyasını dəyişir. Çətin günlər isə elə bundan sonra başlayır...
Müşfiq küçədə siqaret satır, bacıları və qardaşı üçün əlindən gələni etməyə çalışır. Onun şeirə olan marağı da elə bu dövrə təsadüf edir.
O əvvəlcə rus, azərbaycan dillərində Bakı darülmüəllimində, 1927-1931- ci illərdə isə pedaqoji institutda təhsil alır. 1932-ci il şairin yaradıcılığının ən məhsuldar dövrü olur. Belə ki, o həm kitablar çıxarır, həm da yaradıcılıqla məşğul olur.
Müşfiq həm də sevgi şairi idi. Hər şairin bir ilham pərisi var deyirlər. Müşfiqin pərisi onun Dilbəri idi...
O, Dilbərlə institutun buraxılış gecəsində tanış olur. Bundan sonra Dilbər Müşfiqin bütün sevgi şeirlərinin qəhrəmanına çevrilir. Evləndikdən sonra xoş günləri çox da uzun çəkmir - 1934-cü ildə dünyaya gələn övladları Yalçının ölümü hər ikisində daxili sarsıntılar yaradır. Həmin günlərdə onlara dostları dəstək olur. Yalçının yoxluğunda yaradıcılıq ilə təskinlik tapan Müşfiqin uğurlu və bir o qədər də acılı həyatı elə bundan sonra da davam edir...
Azərbaycan yazıçılarının asossasiyası yaradılanda Müşfiqin buraya seçilməsi bəzi yazıçıları, o cümlədən Müşfiqin düşmənlərini narahat edir. Həmin dövrlərdə keçirilən yaradıcılıq müsabiqəsində şairin "Səhər" poemasının ilk yeri tutması, ona qarşı olan paxıllıq hissini daha da artırır…
Yaxın dostu Hüseyn Cavid sanki onun acı aqibətini görürdü. O deyirdi:. "Sənin üçün qorxuram, sən od, alovsan, öz-özünü yandıracaqsan”.
Bundan sonra yazıçılar ittifaqının plenumunda, dövrü mətbuatda Müşfiqlə bağlı kəskin qərəzli, təhqiramiz fikirlər səsləndirilir, onu xırda burjua şairi adlandırırlar. Müşfiq bu cür sərt tənqidlərə qarşı bədbinliyə qapılsa da, özünü ələ almağa çalışır. Bunlar Müşfiqin sonunu yaxınlaşdırır. 37-ci il repressiyası Mikayıl Müşfiqdən də yan keçmir. Şair “Müsavat gənclər təşkilatı” ilə əlaqələr saxlanılması və guya hökümətin ünvanına böhtan atması səbəbi ilə təqib edilməyə başlanılır. Şairin xalq arasında narazılıq yaratdığı iddia edilərək həbs edilir. Müşfiq həbsdə olduğu müddətdə ağır işgəncələrə məruz qalır. Onun sağ əlinin barmaqlarını qırır, dırnaqlarını çıxarırlar. Buna səbəb isə həbsdən 2-3 ay öncə Ayna Sultanovanın "Artıq Cavidi itiririk, onun əleyhinə 2-3 yazı yaz, seni xilas edək” - sözlərinə Müşfiqin, “mənim sağ əlim Cavidin əleyhinə bir söz yazsa, sol əlimlə onu baltalayaram”- deməsi idi. Bundan sonra Müşfiq 1938- ci il yanvarın 6-da güllələnərək öldürülür.
Edamından öncə çəkilən son şəkli həyat yoldaşı Dilbər Axundzadəni çox sarsıdır.
Bəlkə də öləcəyindən yox, Dilbərin gözlərindən axan yaşdan idi, Müşfiqin baxışlarındakı kədər.
1956-cı il mayın 24-ü ölümündən 18 il sonra Müşfiqə bəraət verilir. Müşfiq həmişə həyatı boşuna yaşamağı yox, ona nələrsə qatmağı, yazıb yaratmağı istəyirdi. Çünki onun ruhunda coşqun bir dənizin həyat sevgisi çağlayırdı. Belə bir həyatı necə boşuna yaşamaq olardı?
Həyat sadəcə baxıb keçmək üçün bir pəncərə deyildi. Müşfiqin də dediyi kimi:
Bu vəfasız ömür, bu coşqun dərə
Gərək boş-boşuna axıb keçməsin!
Bu gözəl cahanı sanıb pəncərə,
Hər gələn sadəcə baxıb keçməsin
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

