Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi
24.02.2024 [11:55]
Abdulla Şaiqin doğum günüdür...
Yeganə BAYRAMOVA
O, Azərbaycan uşaq ədəbiyyatının yaradıcılarından biri, milli uşaq teatrının banisidir. Uşaqlar üçün yazdığı “Xoruz”, “Bənövşə”, “Keçi”, “Quzu”, “Qızıl gül”, “Qərənfil” və digər şeirləri, “Tülkü həccə gedir”, “Tıq-tıq xanım” kimi pyesləri ədəbiyyatımızda hələ də xüsusi yerə malikdir. 1881-ci il fevralın 24-də Tiflisdə ruhani ailəsində dünyaya göz açan yazıçı ömrünün 34 ilini Azərbaycan təhsilinin inkişafına həsr etmişdi. Bu gün yazıçının anadan olmasından 143 il ötür.
A.Şaiq ilk təhsilini aldıqdan sonra 1893-cü ildə ailə vəziyyəti ilə əlaqədar olaraq Xorasana gələrək orada dövrünün mütərəqqi ziyalısı Yusif Ziyanın məktəbində təhsilini davam etdirir. On doqquz yaşlı Abdulla yeddi ildə Xorasanda mükəmməl təhsil alır, tarix, məntiq, psixologiya elmlərini, Şərq, Azərbaycan, Rus ədəbiyyatını öyrənir. 1900-cü ildə o, Tiflisə qayıdaraq bir müddət orda qalır. 1901- ci ildə Bakıya gəlir. Görkəmli ictimai xadim Nəriman Nərimanov və Abbas bəy Minasazovun qayğısı və köməyi ilə 25 aprel 1902-ci ildə Bakıdakı Aleksandriyski gimnaziyada imtahan verərək müəllimlik şəhadətnaməsini alır. Bakıda 5-ci şəhər məktəbində pedoqoji fəaliyyətə başlayan A. Şaiq 1903-cü ildən Sabunçudakı altısinifli məktəbdə ana dili və şəriətdən dərs deyir. Bu illərdə o, görkəmli ədib və maarif xadimi Ə.Haqverdiyev, H.Zərdabi, N.Vəzirov, S.S.Axundov, M.Ə.Sabir, M.Hadi, A.Səhhət və H.Cavid və başqaları ilə yaxından tanış olur. Bu şəxsiyyətlər şairin milli-mənəvi inkişafında mühüm rol oynayır.
1906-cı ilin avqustunda Bakıda birinci müəllimlər qurultayı çağrılır. Qurultayın təşkilində Şaiqin böyük xidmətləri olur. Gənc müəllim ana dilinin və ədəbiyyatın tədrisinə dair təşəbbüslə çıxış edir. Qurultay H.Zərdabi, F.Köçərli, M.Mahmudbəyov, A.Şaiq və başqalarından ibarət xüsusi komissiya seçir və Azərbaycan dilində müvafiq proqram hazırlamağı onlara tapşırır. Birinci müəllimlər qurultayından heç bir il keçməmiş neçə-neçə yeni dərsliklər yaranır. “Əlifba”, “Uşaq çeşməyi” (1906), “Uşaq gözlüyü” (1909), “Gülzar” (1912) və s. bu kimi dərsliklərdə onun öz əsərləri və dünya ədəbiyyatından nümunələr çap olunur. On altı səhifəlik “Uşaq çeşməyi” kitabı kiçik yaşlı uşaqların bilik səviyyəsinə uyğun hazırlanır. Bundan sonra o, müxtəlif illərdə bir-birinin ardınca “Milli qiraət”, “Türk çələngi”, “Ədəbiyyat dərsləri” (1919), “Türk ədəbiyyatı” (1920) adlı dərsliklər və proqramlar hazırlayır. Bu dərsliklərdə Azərbaycan klassiklərinin həyat və yaradıcılığı haqqında məlumatlar və əsərlərindən parçalar verilir.
O, həm də qadınlar üçün jurnal çıxarmaq, uşaq bağçası açmaq, kitabxana yaratmaq, kasıb uşaqları pulsuz oxutmaq kimi xeyirxah təşəbbüslər də irəli sürmüşdü. Abdulla Şaiq eyni zamanda ədəbiyyatımızı həvəslə tədqiq və təbliğ edir. Xaqani, Nizami, Nəsimi, Füzuli, Xətai, Vaqif, Vidadi, Zakir, M.F.Axundov, S.Ə.Şirvani, M.Ə.Sabir, A.Səhhət, M.Hadi, H.Cavid kimi sənətkarların yaradıcılıqlarının tədqiqində bir ədəbiyyatşünas alim kimi onun xidmətləri böyükdür. Abdulla Şaiq yaradıcılığında ilk mətbu əsər “Laylay” adlı uşaq şeiridir və o, 1906-cı ildən başlayaraq silsilə şeirləri ilə milli uşaq poeziyamızın incilərini yaradır. Onun bir sıra şeirləri “Dəbistan” və “Məktəb” uşaqgənclər toplularında işıq üzü görür. Bu illərdə o, “Nicat” cəmiyyətinin idarə heyətinə üzv seçilrək, ədəbi-bədii problemlərlə, maarif və məktəb işləri ilə məşğul olur.
Yazıçı 1959-cu ildə Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub. 1990 -cı ildən Bakıda fəaliyyət göstərən Abdulla Şaiqin ev - muzeyi onun həyat və bədii yaradıcılığını, bütün ömrü boyu apardığı pedaqoji fəaliyyətini, onunla ünsiyyətdə olan yazıçı və ziyalıların fəaliyyətini işıqlandıran bir mədəniyyət ocağıdır. Müxtəlif illərdə yazdığı şeirlər, hekayələr, povestlər, romanlar, dram əsərləri isə Şaiq cəsarətinin, Şaiq dünyagörüşündəki qabaqcıl meyllərin nümayişidir...
Xəbər lenti
Hamısına baxElm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:55
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36

