Çində “Tərcümə və İpək yolu sivilizasiyası” simpoziumu keçirilib
14.11.2024 [22:35]
Qədim İpək yolunun qovşağında yerləşən Çinin Dunhuanq şəhərində “Tərcümə və İpək yolu sivilizasiyası” simpoziumu keçirilib.
AZƏRTAC xəbər verir ki, Dunhuanq Akademiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən alimlər Dunhuanq və onun ətrafında tapılan müxtəlif dillərdə qədim əlyazmaların tərcümə metodları, müasir dövrdə tərcümənin sivilizasiyalararası münasibətlərdə əhəmiyyəti, tərcümənin linqvistik aspektləri, freskaların intersemiotik tərcüməsi, qədim İpək yolu üzərində ədəbiyyat və digər mövzular ətrafında 50-dən çox tədqiqat əsərlərini təqdim ediblər.
Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri, Xəzər Universitetinin Çin Tədqiqatlar Mərkəzinin direktoru Aqşin Əliyev “Asiya klassik əsərlərinin qarşılıqlı tərcümə layihəsi: əhəmiyyəti, çağırışları və təsiri” mövzusunda məruzə ilə çıxış edib.
AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində Aqşin Əliyev qeyd edib ki, Dunhuanq şəhərinin zəngin tarixi abidələri, əlyazmaları, mağaralarda divar rəsmləri artıq 100 ildən çoxdur dünya alimlərinin diqqətini cəlb edir. Burada XX əsrin əvvəllərində mağaralarda aşkar olunan minlərlə qədim əlyazlamaların əksəriyyəti və daşına bilən digər tarixi abidələr Fransa, İngiltərə, ABŞ, Yaponiya və digər ölkələrin alimləri tərəfindən oğurlanıb və ya ucuz qiymətə alınaraq xaricə aparılıb. Hazırda həmin ölkələrin ən məşhur muzey, kitabxana və arxivlərində saxlanılır. IV-XI əsrləri əhatə edən bu əlyazmaların məzmunu buddist sutraları, rəsmi yazışmalar, digər kiçik dinlərə aid mətnlər, mədəniyyət, cəmiyyət, ədəbiyyatı əhatə edən mətn nümunələrindən ibarətdir.
Dunhuanq şəhərində tapılan 50 mindən çox əlyazmanın müəyyən hissəsi qədim uyğur dilindədir və dünya türkologiya elmi üçün qiymətli mənbədir.
Xəbər lenti
Hamısına baxDünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17

