“Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində görüş
02.12.2024 [20:17]
Bakı Dövlət Universiteti (BDU) və Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının birgə təşəbbüsü ilə “Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində Türk Ağsaqqalları Birliyinin sədri, Əməkdar elm xadimi, professor Sudeif İmamverdiyev ilə BDU tələbələrinin görüşü keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev müasir müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. Vurğulayıb ki, Ulu Öndərin zəngin irsinin, azərbaycançılıq ideologiyasının tələbə və gənclərə aşılanması onların milli ruhda formalaşması üçün vacib addımlardan biridir. YAP tərəfindən bu istiqamətdə çoxşaxəli tədbirlər görülür, ölkənin ali təhsilinin flaqmanı olan Bakı Dövlət Universiteti də bu işə öz layiqli töhfəsini verir.
BDU rektorunun elm və təhsil üzrə müşaviri Aydın Kazımzadə çıxışında həm Ümummilli Liderin, həm də Prezident İlham Əliyevin BDU-ya göstərdiyi diqqət və qayğıdan danışıb.
Türk Ağsaqqalları Birliyinin sədri Sudeif İmamverdiyev məruzəsində Ümummilli Lider Heydər Əliyevin fəaliyyətində təhsil siyasətindən bəhs edib. O bildirib ki, bu siyasət ölkəmizin davamlı və dayanıqlı inkişafına xidmət edib: “Ulu Öndər 1969-1982-ci illərdə kadrların milliləşdirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirdi. Dövlət qurumlarında azərbaycanlı kadrlar irəli çəkildi, azərbaycanlı gənclər keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərildi, ana dilimizə diqqət artırıldı, çoxlu təhsil müəssisələri açıldı, iqtisadiyyatımız inkişaf etdi. Bütün bunlar müstəqil dövlətin təməl daşları idi”.
Qeyd olunub ki, müstəqillik illərində Ulu Öndərin xilaskarlıq missiyası sayəsində Azərbaycanda siyasi və iqtisadi sabitlik yarandı.
“Ümummilli Liderin Azərbaycan xalqına ən böyük ərməğanı isə özündən sonra Prezident İlham Əliyev kimi siyasi varisini yetişdirməsidir. O siyasi varis ki, ata vəsiyyətini yerinə yetirərək, 30 illik erməni işğalına son qoydu, suverenliyimizi bərpa edərək, tarixi Qələbəni Azərbaycana yaşatdı”, - deyə Türk Ağsaqqalları Birliyinin sədri vurğulayıb.
Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45

