/ / Xankəndidə geosiyasi dəyişikliklər və onların regional suverenliyə təsiri məsələləri müzakirə edilib
Xankəndidə geosiyasi dəyişikliklər və onların regional suverenliyə təsiri məsələləri müzakirə edilib
08.04.2025 [16:30]
VII ADA Siyasi Forumu çərçivəsində Qarabağ Universitetində keçirilən “Geosiyasi dəyişikliklər və onların regional suverenliyə təsiri” mövzusunda panel iclas yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyevin moderatorluğu ilə keçirilən iclasda çıxışçılar qlobal güc balansındakı dəyişikliklərin milli suverenliyə təsiri, bölgədə strateji sabitliyin saxlanması və məsuliyyətli tərəfdaşlıq məsələlərinə toxunublar.
Fərid Şəfiyev çıxışında bildirib ki, dünyada siyasətçilərə və səfirlərə münasibət birmənalı deyil. Onun sözlərinə görə, Qarabağın işğalı dövründə ABŞ, Kanada və Çexiyadan olan bəzi siyasətçilər tez-tez Azərbaycanın mövcud vəziyyətlə barışmalı olduğunu bildirirdilər. Lakin bütün bu yanaşmalara baxmayaraq, Azərbaycan ərazi bütövlüyünü bərpa etməyə nail oldu.
Türkiyə Prezidentinin baş müşaviri Çağrı Erhan bildirib ki, Qarabağ Azərbaycanın mədəniyyət, sənaye və turizm mərkəzidir. Hazırda dünyada müxtəlif siyasi və iqtisadi güc mərkəzləri mövcuddur. Qarabağın uzun müddət işğal altında qalması Cənubi Qafqaz regionunda qeyri-sabitliyə səbəb olub. Hazırda Azərbaycan öz ərazi bütövlüyünü bərpa edən güclü bir dövlətdir.
Pekin Texnologiya İnstitutunun elmi işçisi Rachael Rudolph bildirib ki, regionda sülhün qorunmasının əsasında iqtisadi inkişaf dayanır. Onun sözlərinə görə, müxtəlif ticarət tərəfdaşlarının, sərmayə mənbələrinin və institusional əlaqələrin qurulması xarici təsirləri azaldır, həmçinin yerli və regional səviyyədə iqtisadi sabitliyi möhkəmləndirir. “Bu gün dünyanın çoxqütblü bir sistem kimi təsvir edildiyini tez-tez eşidirik. Belə bir şəraitdə çoxtərəflilik xüsusilə önəmlidir. Müxtəlif əməkdaşlıq əlaqələri qurmalı, daha çox dostlar qazanmalıyıq. Bu isə bizə həm geniş imkanlar, həm də müxtəlif mənbələrə çıxış imkanı yaradır”, - deyə Rachael Rudolph qeyd edib.
Macarıstanın Danube İnstitutunun icraçi direktoru İstvan Kiss çıxışında qeyd edib ki, Macarıstan həmişə türklərin böyük dostu olub: “Mənim həmişə türk xalqlarına böyük rəğbətim olub. Macarıstan daima türklərə dəstək göstərib və yaxın gələcəkdə də belə olacağına inanıram. Ona görə də, hesab edirəm ki, Macarıstanın Türk dünyasına daxil olması xüsusi bir imtiyazdır”.
Çin Xalq Respublikasının Şanxay Siyasi Elmlər və Hüquq Universitetinin professoru Hongsheng Sheng çıxışında dünyada baş verən hadisələrin ölkələrin daxilində necə təzahür etdiyi barədə danışıb. O bildirib ki, Çin danışıqlar vasitəsilə qarşılıqlı anlaşmanı dəstəkləyir. “İqtisadi, sosial inkişaf sülhü daha da irəlilətməyə səbəb olacaq. O cümlədən bu, regionda stabilliyə şərait yaradacaq”, - deyə çinli ekspert əlavə edib.
Panel sual cavab sessiyası ilə yekunlaşıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38

