Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / Azərbaycanda 87 uşaq kitabxanası fəaliyyət göstərir

Azərbaycanda 87 uşaq kitabxanası fəaliyyət göstərir

22.09.2026 [12:31]

Dövlət Statistika Komitəsinin bu il yayımladığı statistik məlumatlara əsasən, 2024-cü ilin əvvəlinə Mədəniyyət Nazirliyi sistemi üzrə Azərbaycanda 87 uşaq kitabxanası fəaliyyət göstərib.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin “Azərbaycanda uşaqlar” statistik məcmuəsində qeyd olunub.

Həmin kitabxanaların kitab fondu 1,5 milyon nüsxə təşkil edib. Uşaq kitabxanalarının oxucularının sayı isə 279 min nəfər olub. Müqayisə üçün qeyd edək ki, 2001-ci ilin əvvəlinə Mədəniyyət Nazirliyi sistemi üzrə 111 uşaq kitabxanası fəaliyyət göstərib. Həmin vaxt kitabxanaların kitab fondu 2,7 milyon nüsxə, oxucuların sayı isə 318 min nəfər olub.2023-cü ilin əvvəlinə də uşaq kitabxanalarının sayı 87 olub. Həmin il kitab fondu 1,5 milyon nüsxə, oxucuların sayı isə 275 min nəfər təşkil edib.

Paylaş:
Baxılıb: 61 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sosial

İqtisadiyyat

Gündəm

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30