Bakı Ali Neft Məktəbi və Londonun Kral Kolleci arasında əməkdaşlıq məsələləri müzakirə olunub
29.10.2014 [10:00]
Dünyanın ən qabaqcıl universitetlərindən biri olan Böyük Britaniyanın London Kral Kollecinin (King’s College London) beynəlxalq marketinq üzrə departament müdiri Nelli Soloqaşvili və beynəlxalq əlaqələr üzrə baş mütəxəssisi Nomi Veinberq Bakı Ali Neft Məktəbində (BANM) olublar. Qonaqları Azərbaycanda, o cümlədən Bakı Ali Neft Məktəbində görməkdən məmnunluğunu ifadə edən BANM-nin rektoru Elmar Qasımov, London Kral Kollecinin nümayəndələrini Bakı Ali Neft Məktəbinin yaranma tarixi, əsas hədəfləri, məqsədləri, fəaliyyət strategiyası və tədris sistemi haqqında ətraflı məlumatlandırıb. E.Qasımov, ali məktəbin yaradılmasında əsas məqsəd kimi Azərbaycanda beynəlxalq standartlara, həmçinin, sənayenin müasir tələblərinə cavab verən ingilis dilli yüksəkixtisaslı kadrların məhz öz ölkəmizdə yetişdirərək, texniki fəaliyyət və sənaye sahələrində olan ingilisdilli peşəkar kadr tələbatının ödənilməsini göstərib.
Görüş çərçivəsində E.Qasımov dünyada məşhur olan London Kral Kolleci ilə kimya mühəndisliyi ixtisası üzrə əməkdaşlığın qurulmasının BANM üçün maraqlı olduğunu qonaqların diqqətinə çatdırıb, bununla əlaqədar London Kral Kollecinin rektorunu Bakıya, BANM-a dəvət edib.
Öz növbəsində London Kral Kollecinin əməkdaşları BANM-də qonaq olmalarından məmnunluq ifadə edərək, təmsil etdikləri universitet haqqında ətraflı məlumat verib, xarici tələbələrin Kral Kollecinin proqramları üzrə doktorontura səviyyəsində təhsil almalarında maraqlı olduqlarını nəzərə çatdırıblar.
Görüşün sonunda BANM tələbələrinin gələcəkdə London Kral Kollecində texniki ixtisaslar üzrə magistratura və doktorantura səviyyəsində təhsil almalarının indiki imkanları və qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub. Eyni zamanda, London Kral Kollecinin yüksəkixtisaslı kadrları tərəfindən professional kursların və treninqlərin BANM-də keçirilməsi təklif edilib. Bununla yanaşı, ali məktəblər arasında ikitərəfli əməkdaşlığın qurulması istiqamətində təkliflər və tövsiyələr verilib.
Xəbər lenti
Hamısına baxİdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55

