Azərbaycan Dillər Universitetində akademik Ramiz Mehdiyevin kitabının təqdimatı olub
26.12.2018 [09:16]
Dekabrın 25-də Azərbaycan Dillər Universitetində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin rus dilində işıq üzü görmüş “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi. XVII əsr-XVIII əsrin ilk dörddəbiri” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimatda universitetin rəhbərliyi, professor-müəllim heyəti, AMEA-nın institutlarının əməkdaşları iştirak ediblər.
Tədbiri açan ADU-nun rektoru, akademik Kamal Abdulla bildirib ki, akademik Ramiz Mehdiyevin on illərlə apardığı tədqiqatlarının çox məntiqli davamı olan bu kitab elmimiz, cəmiyyətimiz üçün çox aktual olan bir mövzuya həsr edilib. Qeyd edib ki, akademikin Azərbaycanın tarixi, mədəniyyəti, bu günü və gələcəyi ilə bağlı düşüncələrini, ideyalarını əks etdirən tədqiqatlarını konseptual şəkildə götürsək, bu mənada onun əsərlərini azərbaycançılıq adlandırmaq olar.
Akademik Ramiz Mehdiyevin onlarla bu cür əsərinin olduğunu vurğulayan K.Abdulla bunların hamısının bir sistem kimi bütövlükdə azərbaycançılığın, dövlətçiliyin fəlsəfəsinə həsr edildiyini deyib: “Bu əsərlər göstərir ki, bugünkü dövlətçiliyimiz qarşısında duran problemləri, onun fəlsəfəsini dərindən dərk edən bir filosof kimi Ramiz Mehdiyev Azərbaycanın gələcəyinin qurulması ilə bağlı dövlət təcrübəsindən istifadə edən son dərəcə müdrik dövlət xadimidir. Onun bu gün dövlət xadimi kimi formalaşmasının ən əsas xüsusiyyətlərindən biri də on illərlə Ulu öndər Heydər Əliyevin yaxın silahdaşı kimi fəaliyyət göstərməsidir. Ramiz Mehdiyev bir filosof, alim, dövlət xadimi kimi Azərbaycan dövlətçiliyinin inkişaf etdirməsində bu gün də çalışır, elmi, fəlsəfi fəaliyyətini davam etdirir. Azərbaycanşünaslıq problemləri istər qədim dövrdə, istər XVI əsrdə, istərsə də bu gün Azərbaycan və onun ətrafındakı dövlətlərin münasibətinin öyrənilməsində aktuallıq kəsb edir ki, bu baxımdan akademik Ramiz Mehdiyevin erməni dövlətinin, dininin, cəmiyyətinin formalaşması ilə bağlı fikirləri son dərəcə maraqlıdır və azərbaycanşünaslıq istiqamətində aparılan araşdırmalara işıq saçan bir tədqiqatdır. Əsər Qriqorian kilsəsinin Səfəvi dövlətinə qarşı apardığı casusluq, dağıdıcılıq işlərinin aşkar edilməsi istiqamətində elmi, ictimai və dövlətçilik baxımdan son dərəcə qiymətlidir”.
Rektor müəllifin göstərdiyi xidmətin ən böyük məzmununun bu gün gənc nəslin bu kitablardan əsl Azərbaycan tarixini öyrənəcəklərindən ibarət olduğunu qeyd edib: “Onlar Ermənistan-Azərbaycan münasibətlərinin təkcə bu günü ilə deyil, həmçinin dünəni ilə də tanış olacaqlar. Bu günün nəticələrini dünənki günlə əlaqələndirərək gələcəyimiz üçün müəyyən nəticələr çıxaracaqlar”.
Tədbirdə çıxış edən ADU-nun azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının professorları Solmaz Rüstəmova-Tohidi, Niyazi Mehdi, “Rusiyaşünaslıq mərkəzi” elmi-tədqiqat laboratoriyasının müdiri, professor Məmməd Əliyev və başqaları akademik Ramiz Mehdiyevin mötəbər elmi-tarixi mənbələr əsasında yazdığı yeni əsərinin çox maraqlı və aktual mövzuya həsr olunduğunu bildiriblər. Çıxışlarda qeyd edilib ki, bu əsərdə Qriqorian kilsəsinin Səfəvilər dövlətinə qarşı apardığı pozucu kəşfiyyat və siyasi-ideoloji fəaliyyət geniş işıqlandırılır. Əsər, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin obyektiv araşdırılması üçün böyük əhəmiyyət kəsb edir.
Sonra kitabla bağlı müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

