Londonda XXX Yay Olimpiya Oyunları çərçivəsində "Azərbaycan günü" keçirilib
30.07.2012 [23:03]
İyulun 28-də Londonda XXX Yay Olimpiya Oyunları çərçivəsində “Azərbaycan günü” keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Mərasim iştirakçıları Azərbaycan Prezidentini və xanımını hərarətlə qarşılayıblar.
Dövlətimizin başçısı mərasimdə çıxış edib: “Əziz dostlar!
Hörmətli xanımlar və cənablar!
Bu gün sizin hamınızı “Azərbaycan günü”ndə salamlamaq istəyirəm. Bu axşam bizimlə birgə olduğunuza görə sizə çox minnətdaram. Burada olmağımızdan və belə bir möhtəşəm tədbirdə iştirakımızdan çox fərəhlənirik. Mən bizi qəbul edən Britaniya tərəfinə də gördüyü bütün hazırlıq işlərinə görə təşəkkürümü bildirmək istəyirəm.
Azərbaycan müstəqil ölkə kimi artıq beşinci dəfədir ki, Yay Olimpiya Oyunlarında iştirak edir və biz hər dəfə irəliyə doğru addımlar atırıq. Qazandığımız birinci medal 1996-cı ildə Atlantada oldu. Həmin vaxt bizim komanda yalnız bir medal qazana bildi. Sonra 2000-ci ildə Sidneydə üç, 2004-cü ildə Afinada beş, 2008-ci ildə isə Pekində yeddi medal qazanıldı. Əlbəttə, biz hamımız istəyirik ki, bu ənənə davam etsin. Hamımız ümid edirik ki, idmançılarımız ölkəmizi layiqincə təmsil edəcəklər və yarışlar zamanı bayrağımız qaldırılacaqdır. Fürsətdən istifadə edərək dünyanın bütün atletlərinə uğurlar və xoşbəxtlik arzulayıram.
Azərbaycan zəngin tarixi, böyük adət-ənənələri olan ölkədir. Lakin müstəqil ölkə kimi biz dünyanın siyasi xəritəsində yalnız 20 ildir ki, mövcuduq. Bu illər dəyişikliklər, islahatlar dövrü olub. Bu illər göstərir ki, Azərbaycan müstəqil ölkə kimi uğurla inkişaf edir. Əldə etdiyimiz nailiyyətlər məhz xalqımızın istedadı sayəsində mümkün olub. İyirmi il öncə bizim öz dövlətimiz yox idi, demokratik təsisatlarımız, bazar iqtisadiyyatı mövcud deyildi. Bu gün Azərbaycan regionda möhkəm mövqelərə malik olan ölkədir, dövlətçiliyimiz çox güclüdür. Biz demokratik islahatlara, bazar iqtisadiyyatına sadiqik. İyirmi il ərzində əldə etdiyimiz ən böyük nailiyyətlərdən biri Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi oldu. Dünyanın ən ali beynəlxalq təşkilatı hazırda bizim iştirakımızla fəaliyyət göstərir. Namizədliyimizə səs verən 155 ölkə sözün əsl mənasında göstərdi ki, bu 20 ildə biz dünyanın diqqətini cəlb edə bildik, bir çox ölkələrlə dostluq və qarşılıqlı etimad münasibətləri qurduq.
Bu gün Azərbaycana hörmətlə yanaşırlar və ölkəmiz nəinki regionda, o cümlədən dünyanın qlobal işlərində öz rolunu oynayır. Biz çox böyük iqtisadi dəyişikliklərə nail olduq və iqtisadiyyatımız dünyada ən sürətlə artan iqtisadiyyatdır. Bizim iqtisadiyyatımız görünməyən dərəcədə artım tempi nümayiş etdirdi və son səkkiz ildə üç dəfə artdı. ölkəmizdə dəyişikliklərin edilməsi, güclü iqtisadiyyatın qurulması üçün bir çox səylər göstərildi. ölkəmiz sabitdir, xalqımızın güzəranı yaxşıdır. Eyni zamanda, Azərbaycan bütün dinlərin və millətlərin nümayəndələrinin sülh şəraitində birgə yaşamasının nümunəsi ilə tanınır. Təsadüfi deyildir ki, ölkəmizdə sülh və əməkdaşlıq işinə xidmət edən çoxsaylı beynəlxalq tədbirlər keçirilir.
Biz, həmçinin ölkəmizdə idmanın inkişafına və Olimpiya hərəkatına böyük diqqət yetiririk. Müasir idman infrastrukturunun yaradılmasına çoxlu sərmayələr yatırılır. Son 12 ildə bütün ölkə üzrə 34 Olimpiya mərkəzi tikilib istifadəyə verilib və bu proses davam edir. Bu il Azərbaycanda “İdman ili” elan edilib. Bu, həmçinin Azərbaycanda idmanın inkişafına və Olimpiya hərəkatına göstərilən diqqəti bir daha nümayiş etdirir. Biz tarixdə bu oyunlarda 53 atletdən ibarət ən böyük komanda ilə iştirak etməkdən fərəhlənirik. Bu, həm də onu göstərir ki, idmana qoyulan sərmayə və idmanın, Olimpiya hərəkatının təşviq edilməsinə yönələn dövlət siyasəti yaxşı nəticələr verir.
Əminəm ki, biz bu oyunlarda uğurla iştirak edəcəyik. Bu yarışlar özümüzü təqdim etmək üçün daha bir fürsətə çevriləcəkdir. Bu gün nailiyyətlərimizə həsr olunan kiçik təqdimat - bəzi fotoşəkillər, ölkəmizin inkişafı ilə bağlı videotəqdimat olacaqdır. Əminəm ki, bu tədbirdə iştirak edən insanların əksəriyyəti artıq Azərbaycanda olub. Qonaqlarımız arasında Azərbaycanda olmayanları isə ölkəmizə səfərə dəvət edirəm.
Onu da bildirmək istəyirəm ki, idman və Olimpiya hərəkatı mənim həyatımın bir hissəsidir. Böyük fərəh hissi ilə qeyd edirəm ki, artıq 15 ildir mən Olimpiya ailəsinin üzvüyəm. On beş il əvvəl mən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçildim. Ondan altı il sonra isə ölkə Prezidenti seçildim. Buna görə də adətən deyirəm ki, mən idmanı və Olimpiya hərəkatını ölkə rəhbərliyi səviyyəsində təmsil edirəm. Bu illər uğur, dəyişiklik, inkişaf, işə sadiqlik illəri oldu. Bu gün Azərbaycanda idmançı olmağın böyük mənası vardır. İdmanın inkişafı və idmançılara qayğının göstərilməsi ilə bağlı dövlət siyasətimiz vardır. Biz müasir idman infrastrukturuna böyük sərmayələr qoymuşuq. Bu gün Azərbaycanda çoxlu beynəlxalq idman tədbirləri, o cümlədən Avropa və dünya çempionatları keçirilir. Əminəm ki, gələcəkdə Azərbaycanda qonaqlarımızın, o cümlədən atletlərin və turistlərin sayı çox olacaq, bununla da biz dostluğumuzu və əməkdaşlığımızı davam etdirəcəyik.
Olimpiya oyunları nadir beynəlxalq hadisədir. Bu zaman bütün dünyadan gələn insanlar görüşürlər, atletlər öz aralarında ədalətli şəkildə, tərəfdaşlıq ruhunda yarışırlar, rəqabət yalnız idman arenası ilə yekunlaşır. Bu, idmanla siyasət arasında ən böyük fərqdir. Biz oyunlarda iştirak etməkdən çox fərəhlənirik. Mən bir daha bütün komandaların idmançılarına uğurlar, dünya xalqlarına xoşbəxtlik və çiçəklənmə arzulayıram. çox sağ olun”.
Tədbirin keçirildiyi zal Azərbaycanın mədəniyyətini, idman tarixini özündə əks etdirən fotostendlərlə bəzədilib. ölkəmizdə idmanın inkişafına dövlət səviyyəsində göstərilən qayğı iri monitorlarda ön plana çıxarılıb. Bununla yanaşı, dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmançılarla görüşlərindən, ölkəmizdə olimpiya idman komplekslərinin açılış mərasimlərindən hazırlanan videogörüntülər də nümayiş etdirilib.
“Azərbaycan günü”nə dəvət olunan rəsmi şəxslər, beynəlxalq idman ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyev ilə söhbətlərində bir daha ölkəmizdə idmana və Olimpiya hərəkatına göstərilən diqqət və qayğını yüksək qiymətləndiriblər. Onlar bu sahənin inkişafının ölkəmizdə dövlət siyasətinin mühüm prioritetlərindən biri elan edilməsinin təqdirəlayiq hal olduğunu söyləyiblər. Bildirilib ki, getdikcə güclənən və iqtisadi cəhətdən inkişaf edən Azərbaycanın bu sahədə uğurlarını artırması ölkəmizin dünyada idman məkanı kimi tanınmasına geniş imkanlar açır.
Tədbirin gedişində Prezident İlham Əliyev XXX Yay Olimpiya Oyunlarında iştirak edən idmançılarımızla görüşüb, onlara xeyir-dua verib, uğurlar və qələbə əzmi arzulayıb.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Londonda XXX Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimində iştirak etdikdən və idmançılarımızın ilk günlərdəki yarışlarına baxdıqdan sonra dünən Bakıya qayıdıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

