Təşəkkürlər Ali Baş Komandan!
01.09.2012 [17:37]
Sirr deyil ki, Azərbaycan Ordusunun baş leytenantı Ramil Səfərovun uzun illərdir ki, Macarıstanda həbsxanada saxlanması Azərbaycan ictimaiyyətində narahatlıq doğururdu, ürəyimizdə bir nisgil yaradırdı. Bəzən bu acı təəssüfü üzə verməsək də, əminik ki, bu vətənpərvər gəncimizin aramıza və azadlığına qovuşmasını hamılıqla gözləyir, bu müdhiş günün həsrətini çəkirdik. Və nəhayət, dünən Azərbaycan Prezidenti, Ali Baş Komandan xalqımızın bu arzusunu gerçəyə çevirdi.
Əslində, Prezident İlham Əliyev ilk gündən bu məsələni daim diqqətdə saxlayıb. Dəfələrlə Ramil Səfərovun valideynləri, onun məhkəmə prosesində iştirak etmiş hüquqşünaslar və millət vəkilləri vurğulayıblar ki, dövlətimizin başçısı bu məsələyə xüsusi həssaslıqla yanaşır, problemin müsbət həlli üçün fövqəladə cəhdlər göstərir. Sadəcə, haqlı və tam obyektiv səbəblərdən proseslər çox məxfi aparılırdı. Bu müddətdə Azərbaycanın və Macarıstanın müvafiq qurumları arasında yazışmalar olub, səfirliklər arasında müəyyən mərhələlərdə bu məsələ ilə bağlı addımlar atılıb. Macarıstan rəsmilərinin və bu ölkə rəhbərliyinin ölkəmizə səfərlərində, bütün beynəlxalq görüşlərdə bu məsələ şəxsən Prezident İlham Əliyev tərəfindən gündəmə gətirilib. Son bir neçə ay ərzində isə Prezidentin nəzarəti ilə iki dövlət arasında daha da sıxlaşdırılan təmaslar dünən öz məntiqi sonluğu ilə tamamlandı və Ramil Səfərov Heydər Əliyev adına Beynəlxalq Aeroportda azadlığına qovuşdu.
Amma çox təəssüf ki, bəzi insanlar və hətta millət vəkilləri Ramil Səfərovun azadlığa çıxmasını müxtəlif iş adamlarının xidməti kimi təqdim etməyə, onlarla əlaqələndirməyə çalışırlar. Görünür, bu insanların nəinki elementar hüquq bilgisi, heç sadə məntiqi də yoxdur. Onlar bilmirlər ki, belə çətin və spesifik məsələlər hansısa iş adamının həll edəcəyi işlər deyil. Hər hansı bir məhbusun ekstradisiyası dövlətlər arasında həllini tapa biləcək bir prosesdir və burada da dövlət başçılarının iradəsi həlledicidir. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında da göstərilir ki, hansısa məhbusun azadlığına qovuşması, onun əfv olunması yalnız Prezidentin səlahiyyətinə aiddir. Odur ki, Ramil Səfərovun ekstradisiyasını və əfv olunmasını hansısa bir iş adamının xidməti kimi təqdim etmək boş və cəfəng iddiadan başqa bir şey deyil. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin qərarlı, təmkinli, özünün beynəlxalq ictimaiyyətdə nüfuzuna söykənən və xalqımızın arzularını ifadə edən fəaliyyətinin məntiqi nəticəsidir. Bu, Azərbaycan Prezidentinin milli ruhda olan, vətənpərvər gənclərimizə diqqətinin, qayğısının ifadəsidir. Ona görə də, biz bu qətiyyətli, ədalətli və bütün xalqımızı sevindirən addımına görə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarıq.
Təşəkkürlər Ali Baş Komandan! Gözün aydın olsun, Vətən!
“Yeni Azərbaycan” qəzeti
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

