Bakıda beşulduzlu "Four Seasons Hotel Baku"nun açılışı olub
04.09.2012 [01:02]
Dünən Bakıda daha bir beşulduzlu otelin - “Four Seasons Hotel Baku”nun açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsib.
Azərbaycan Prezidenti və xanımı oteldə yaradılmış şəraitlə tanış olublar.
Məlumat verilib ki, nadir memarlıq həlli ilə diqqəti cəlb edən “Four Seasons” otellər şəbəkəsi fərdi üslubu, yüksək keyfiyyəti və çoxsaylı xidmət növləri ilə fərqlənir. Belə bir beynəlxalq səviyyəli şirkətin Azərbaycanın turizm bazarına maraq göstərməsi ölkəmizdə istər yerli, istərsə də xarici investorlar üçün yaradılan əlverişli sərmayə mühitindən irəli gəlir. Bu, həm də dünyanın inkişaf etmiş ölkələri sırasında yerini möhkəmləndirən Azərbaycanda otel biznesinin genişləndirilməsinə və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına böyük imkanlar açır. “Four Seasons Hotel Baku” kompleksinin yaradılması da bu istiqamətdə atılan əsas addımlardan biridir.
Qeyd edilib ki, klassik və müasir dizaynı ilə seçilən bu kompleksdə beynəlxalq və milli memarlıq üslubu peşəkarlıqla uzlaşdırılıb. “Four Seasons” özünün yeni incisini - “Four Seasons Hotel Baku”nu Xəzər dənizinin sahilində, ekoloji təmiz zonada turistlərin ixtiyarına verir.
Diqqətə çatdırılıb ki, “Four Seasons” otellərinə xas mahir ustalıqla inşa edilən yeni memarlıq əsəri “Beaux-Arts” dəbinin parlaq nümunəsi olmaqla tarixiliklə yanaşı, müasir dəbin ahəngini əks etdirir. Əzəmətli tağların altından keçərək içəri daxil olan hər kəsi ayrı-ayrı elementləri incə zövq və zərifliklə işlənən vestibül, sözün əsl mənasında, valeh edir.
Bildirilib ki, möhtəşəmliyi və gözəlliyi ilə seçilən otelləri idarə edən “Four Seasons Hotels and Resorts” şirkəti beynəlxalq mehmanxanalar şəbəkəsidir. “Four Seasons” şəbəkəsinə 30-dan çox ölkədə 90 otel daxildir. Yarım əsr ərzində “Four Seasons” öz sahəsində liderliyi qoruyub saxlamağa müvəffəq olub. Şəbəkəyə daxil olan otellər dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. Mənzil-qərargahı Kanadanın Toronto şəhərində yerləşən “Four Seasons” otellər şəbəkəsinin tarixi 1960-cı ildən başlayır. O vaxt Torontoda şəbəkənin ilk oteli açılıb. ötən əsrin 90-cı illərində mülkiyyət bazarını daha da genişləndirən “Four Seasons” dünya liderinə çevrilib. “Four Seasons” şəbəkəsi otellərlə yanaşı, daşınmayan əmlak bazarında “Residence Clubs” adı ilə tanınan proqramın idarə olunmasında iştirak edir.
Prezidentə və xanımına məlumat verilib ki, “Four Seasons Hotel Baku”nun orijinallığını artıran və daha çox diqqəti cəlb edən amillərdən biri də dizayn zamanı milliliyin diqqətdə saxlanılmasıdır. Təsadüfi deyildir ki, “Four Season Hotel Baku”nun bütün zallarına və toplantı otaqlarına ecazkar Azərbaycan muğamlarının adı verilib. Burada “Segah” adlı 500 nəfərlik böyük ziyafət zalı yaradılıb. Bu zalda xüsusi mərasimlər və digər əlamətdar tədbirlər keçirmək mümkündür. Belə mərasimlərin keçirilməsi üçün həcmcə daha kiçik bir zal - 390 nəfərlik “Rast” zalı da istifadəyə verilib. Otelin “Şur”, “çahargah”, “Bayatı-Şiraz”, “Hümayun”, “Şüştər” otaqlarında müxtəlif işgüzar görüşlərin keçirilməsi üçün bütün şərait yaradılıb. Qonaqların istirahətini yüksək səviyyədə təşkil etmək üçün hər cür avadanlıqla təchiz olunmuş müxtəlif idman zalları yaradılıb. Füsunkar mənzərəli 10 prosedur otağı da qonaqların ixtiyarına verilib.
Məşhur “Four Seasons” otellər şəbəkəsinin dünyada sayca 90-cı oteli “Four Seasons Hotel Baku” 27 lüks və yüksək səviyyəli qonaqlar üçün nəzərdə tutulan 2 nömrə də daxil olmaqla, ümumilikdə 171 geniş otaqdan ibarətdir. Klassik interyeri, göz oxşayan rəng çalarları və gözəl balkonları ilə diqqəti çəkən otaqlar yüksək texnologiya ilə təchiz olunub. Otaqların əksəriyyətindən Bakının və Xəzər dənizinin füsunkar mənzərəsini seyr etmək mümkündür. Burada müxtəlif zövqlərə uyğun nömrələrlə yanaşı, müştərilərə zəngin əyləncə növləri də təklif edilir.
Bildirilib ki, otelin restoranında da qonaqlar üçün hər cür şərait yaradılıb. Restoranda özəl ziyafətlər üçün “Qarabağ” zalı da fəaliyyət göstərir. Otelin mətbəxləri yüksək keyfiyyətli avadanlıqla təchiz olunub. Bu işi peşəkar mətbəx və camaşırxana avadanlığının quraşdırılması ilə bağlı bir çox layihələrdə iştirak edən “Minox” şirkəti həyata keçirib. Son dəbdə yaradılan otelin fəaliyyətə başlaması ümumilikdə 350-yə yaxın yeni iş yerinin açılması deməkdir.
Qeyd edilib ki, şüşə tavanlı hovuz da otelin memarlıq quruluşuna xüsusi gözəllik verir. çoxdilli xidmətlərin mövcud olduğu, şəhərin əyləncə məkanlarını asanlıqla tapmaq və tarixi yerlərə, çimərliklərə səyahət etmək üçün nadir məkanda yerləşən “Four Seasons Hotel Baku”nun fəaliyyəti bununla bitmir. Otel həm də Azərbaycanın görməli yerlərinə və bölgələrinə turist səfərləri planlaşdırmaq imkanı yaradır.
“Four Seasons Hotel Baku”nun istifadəyə verilməsi Şərq və Qərb koloritlərini özündə təcəssüm etdirən doğma paytaxtımızın simasına yeni bir elementin daxil olması deməkdir. Mükəmməl memarlıq quruluşu ilə seçilən bu oteldə yaradılan şərait istər istirahət, istərsə də işgüzar görüşlər zamanı qonaqlara “Four Seasons” sayağı qayğını hiss etməyə geniş imkanlar açır.
Otel kompleksi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivlə görüşüb.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

