3-cü konfrans...
31.05.2024 [10:20]
Ölüm saçan minalara “yox”!
Prezident İlham Əliyev: Ümumilikdə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-dən çox vətəndaşımız minalardan zərər çəkmişdir, onlardan 358-ni uşaqlar, 38-ni isə qadınlar təşkil edir
Dünən Vətən müharibəsində işğaldan azad olunan Zəngilan şəhərində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə ənənəvi beynəlxalq humanitar minatəmizləmə konfransı öz işinə başlayıb. Tədbirə beynəlxalq ictimaiyyət tərəfindən yüksək diqqət göstərilir. Azərbaycanın ev sahibliyi etdiyi 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransına ümumilikdə, 75 ölkədən 300-dən çox nümayəndə təşrif gətirib. Azərbaycan Prezidenti İlham Əliyev “Minaların ətraf mühitə təsirinin azaldılması - Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.
Azərbaycan dünyada minalanmadan ən çox əziyyət çəkən ölkələrdən biridir
Mühüm əhəmiyyət daşıyan beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi heç də təsadüfi deyil. Azərbaycan qlobal səviyyədə minalanmaya qarşı mərkəz stasusunu qazanıb. Respublikamızın təşəbbüsü ilə bu konfrans 3-cü dəfədir keçirilir.
Azərbaycanın qlobal səviyyədə minalanmaya qarşı həssas yanaşması iki mühüm amillə bağlıdır. Birinci məqam otuz illik işğal dövründə ərazilərimizin minalarla çirklənməsidir. Mina terrorunu Ermənistan hərbi birləşmələrinin çoxsaylı müharibə cinayətlərinin ayrılmaz tərkib hissəsi kimi dəyərləndirmək mümkündür. Ölüm saçan minalar ən ağlagəlməz yerlərdə, hətta qəbiristanlıqlarda, uşaq oyuncaqlarında gizlədilib. Bütün bunlar ermənilərin özləri barədə uydurduqları “mədəni xalq” mifini darmadağın edir. “Mədəni xalq” heç uşaq oyuncağına mina sarıyıb maskalayarmı? Prezident İlham Əliyev bəhs olunan müraciətində bildirib ki, Azərbaycan 30 ilə yaxın davam edən münaqişə və torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində ərazilərinin minalarla çirklənməsi problemindən əziyyət çəkir və dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır. Ölkə ərazisinin təxminən 12 faizi ilkin qiymətləndirmələrə görə 1,5 milyon mina və naməlum sayda partlamamış hərbi sursatlarla çirkləndirilib. “Müharibənin 2020-ci ildə başa çatmasından bu günə qədər əksəriyyəti mülki olan 361 vətəndaşımız mina qurbanı olmuş, onlardan 68-i həlak olmuş, 293-ü isə ağır yaralanmışdır. Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-dən çox vətəndaşımız minalardan zərər çəkmişdir, onlardan 358-ni uşaqlar, 38-ni isə qadınlar təşkil edir”, - deyə müraciətdə vurğulanıb.
Mina qurbanlarının sayının gündən-günə artmasının əsas səbəbləri sırasında Ermənistanın Azərbaycan ərazisində basdırdığı minaların dəqiq xəritələrini təqdim etməkdən imtina etməsi, keçmiş təmas xəttinin arxasında yerləşən yollara, qəbiristanlıqlara, mülki təyinatlı digər obyektlərə tələ xarakterli minalar yerləşdirməsidir. 2020-ci ildən 2023-cü ilə qədər uzunluğu 500 kilometrədək olan yeni minalanmış zonalar yaradılıb, yenidən Azərbaycanın ərazisinə minalar basdırılıb. Bunun məsuliyyəti Ermənistanın üzərinə düşür.
Ölkəmizin çox ciddi ətraf mühit gündəliyi
Azərbaycanın həssas yanaşmasını şərtləndirən digər bir mühüm amil ölkəmizin gündəliyi ilə bağlıdır. Respublikamız BMT-nin qəbul etdiyi Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq özü üçün təmiz ətraf mühit hədəfi müəyyənləşdirib. Bəli, bu gün mina və partlamamış hərbi sursatlar hələ də dünyanın bir çox ölkəsində insan təhlükəsizliyini təhdid edən kəskin problemlərdən biridir. Ancaq tək bu deyil. Eyni zamanda, minalar müharibə bitdikdən on illər sonra belə insanların həyatını təhlükəyə atmaqla yanaşı, sosial-iqtisadi inkişafa, ətraf mühitə, mədəni irsə, münaqişədən sonrakı bərpa və inkişaf təşəbbüslərinə və nəticə etibarilə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq səylərinə ciddi şəkildə mane olur. Postmüharibə dövründə Azərbaycan işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı quruculuq-bərpa işləri aparır. İşlər daha intensiv şəkildə aparıla bilərdi. Burada ərazilərin minalarla hədsiz dərəcədə çirklənməsi proseslərin sürətinə öz mənfi təsirini göstərir. Beləliklə, minaların təmizlənməsində üzləşdiyimiz çətinliklər yenidənqurma və bərpa işlərinə əngəllər yaratmaqla 800 min keçmiş məcburi köçkünün öz evlərinə qayıtmasına ciddi maneə törədir. Minaların ətraf mühitə mənfi təsirlərini dəyərləndirən dövlətimizin başçısı vurğulayıb: “Mina partlayışları insanların həyatına təhlükə yaratmaqla və ümumiyyətlə, yaşamaq hüququnu sual altına qoymaqla bərabər ətraf mühitə də böyük ziyan vurur. Belə ki, partlayışlar zamanı yaranan plastik tullantılar ekoloji fəsadlara səbəb olaraq torpaqların strukturuna mənfi təsir göstərir. Uzun müddət torpağın içində qalan minalar zərərli kimyəvi reaksiyalara gətirib çıxarır. Minalara görə istifadə olunmayan torpaqlar təbii eroziyaya və aşınmaya məruz qalır. Bu baxımdan, bugünkü konfransın Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 öncəsi təşkil edilməsi xüsusi önəm daşıyır”.
Dövlət siyasətinin əsas prioritetlərindən biri - humanitar minatəmizləmə
İndiki şəraitdə hər bir dövlət mina təhlükəsinə qarşı mübarizə üzrə öz gündəliyini dəqiqləşdirməlidir. Vurğulandığı kimi, humanitar minatəmizləmə Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən biridir və onun təməli Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə qoyulmuşdur. Hazırda ölkəmizdə humanitar minatəmizləmə fəaliyyətini həyata keçirən əsas qurum Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi - ANAMA-dır.
Azərbaycan postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə fəaliyyətləri həyata keçirir. Bu günə qədər aparılan minatəmizləmə prosesi nəticəsində 140 min hektara yaxın sahə 119 min 946 mina və partlamamış hərbi sursatlardan təmizlənib. Lakin minalanmış ərazilər bundan daha genişdir. “Minaları yerləşdirmək asan, onları təmizləmək isə qat-qat çətin və mürəkkəb prosesdir. Azərbaycan bu məqsədlə qısa müddət ərzində bütün gücünü səfərbər edərək dünyada tətbiq olunan ən müasir və qabaqcıl texnologiyalardan istifadə edir. Minatəmizləmə sahəsində səmərəliliyin artırılması üçün tərəfimizdən davamlı şəkildə müvafiq işlər görülür və hazırda imkanlarımız əvvəlki illərlə müqayisədə xeyli artmışdır. Azərbaycanda ötən ildən başlayaraq qadın minatəmizləyən qrupları da fəaliyyətə başlamışdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Xatırladaq ki, indiyədək Azərbaycan öz mina probleminə paralel olaraq, beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb etmək üçün çoxsaylı təşəbbüslərlə çıxış edib. Məsələn, keçən il ölkəmiz humanitar minatəmizləməni 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi olaraq rəsmən elan edib. Hazırda bu məsələnin BMT-nin qlobal 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi qəbul edilməsi istiqamətində davamlı iş aparılır. Eyni zamanda, Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində humanitar minatəmizləmə üzrə xüsusi əlaqə qrupunun yaradılması təşəbbüsü ilə çıxış edib. Qrup ötən ilin sentyabr ayında fəaliyyətə başlayıb.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45

