Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib
06.06.2024 [19:05]
İyunun 6-da Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.
YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iclasın gündəliyi haqqında məlumat verib.
İclasda ilk olaraq YAP Saatlı rayon təşkilatının sədri Lütvəli İbrəhim oğlu Şıxəliyevin öz ərizəsi ilə tutduğu vəzifədən azad olunması məsələsinə baxılıb.
Tahir Budaqov 1993-cü ildən YAP-ın üzvü olan L.Şıxəliyevin 1999-cu ildən bu günədək partiyanın Saatlı rayon təşkilatının sədri vəzifəsində uğurla fəaliyyət göstərdiyini bildirib, onun bundan sonra da öz peşəkarlığı və təcrübəsi ilə rayon təşkilatının işinə yaxından dəstək verəcəyinə əminliyini ifadə edib.
YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov çıxış edərək L.Şıxəliyevin partiya işində nümunəvi fəaliyyət göstərdiyini qeyd edib.
Ünvanına deyilən xoş sözlərə görə təşəkkürünü bildirən L.Şıxəliyev ictimai-siyasi proseslərdə, partiyanın həyatında bundan sonra da fəal iştirak edəcəyini bildirib.
Müzakirələrin sonunda Lütvəli Şıxəliyevin YAP Saatlı rayon təşkilatının sədri vəzifəsindən azad olunması haqqında qərar qəbul olunub.
Ardınca YAP Saatlı və Zaqatala rayon təşkilatlarına sədrlərin təyin edilməsi məsələsinə baxılıb. Elşən Zeynal oğlu Əzizovun YAP Saatlı rayon təşkilatının, Fərid Səfər oğlu Ramazanovun isə Zaqatala rayon təşkilatının sədri vəzifələrinə namizədliyi irəli sürülüb. YAP İdarə Heyətinin üzvləri Eldar İbrahimov və Asif Əsgərli çıxış edərək hər iki şəxsin irəli sürülən vəzifəyə layiq olduqlarını bildirib, onlara fəaliyyətlərində uğurlar arzulayıblar.
Müzakirələrdən sonra Elşən Zeynal oğlu Əzizovun YAP Saatlı rayon təşkilatının sədri və Fərid Səfər oğlu Ramazanovun YAP Zaqatala rayon təşkilatının sədri vəzifəsinə təyin olunması haqqında qərar qəbul edilib.
Sonra Vaqif Aslan oğlu Hüseynovun və Tahir Məhərrəm oğlu Quliyevin Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının tərkibinə kooptasiya yolu ilə daxil edilməsi məsələsinə baxılıb.
Çıxış edən YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə, YAP İdarə Heyətinin üzvləri Eldar İbrahimov, Elnarə Akimova və Aynur Sofiyeva namizədliyi irəli sürülən şəxslərin həyat yoluna nəzər salaraq partiya və dövlət qarşısında xidmətlərini qeyd edib və partiyanın Veteranlar Şurasında təmsil olunmalarını dəstəklədiklərini bildiriblər.
Müzakirələrdən sonra Vaqif Aslan oğlu Hüseynovun və Tahir Məhərrəm oğlu Quliyevin YAP Veteranlar Şurasına üzv seçilməsi haqqında qərar qəbul olunub.
Vaqif Hüseynov və Tahir Quliyev göstərilən etimada görə partiyanın Sədri, ölkə başçısı cənab İlham Əliyevə dərin təşəkkürünü ifadə edərək YAP Veteranlar Şurasının üzvü kimi üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün var gücü ilə çalışacaqlarını bildiriblər.
YAP Veteranlar Şurasının üzvü seçilməsi münasibətilə hər iki şəxsi təbrik edən Tahir Budaqov onlara möhkəm cansağlığı və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra cari məsələlərlə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.
Xəbər lenti
Hamısına baxİdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56

