Bakının 8-ci Kilometr qəsəbəsində yeni stadion istifadəyə verilib
15.09.2012 [16:45]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva stadionun açılış mərasimində iştirak ediblər.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim edilib.
Prezident İlham Əliyev stadionun rəmzi açılışını bildirən lenti kəsib.
Stadionla tanışlıq zamanı dövlətimizin başçısına məlumat verən AFFA-nın prezidenti Rövnəq Abdullayev bildirib ki, burada tikinti işlərinə 2010-cu ilin mayında başlanıb. Ümumi ərazisi 22 min 500 kvadratmetr olan stadion beynəlxalq standartlara cavab verən müasir avadanlıqla təchiz edilib.
Prezident İlham Əliyevə Azərbaycan futbolunun keçdiyi 100 illik inkişaf yolundan bəhs edən “Azərbaycan futbolu-100” adlı kitab təqdim edilib.
Daha sonra dövlətimizin başçısı futbol meydançasında yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, 11 min tamaşaçı yeri olan stadion ümumi, media və VİP olmaqla üç giriş hissədən və beş sektordan ibarətdir. Stadionda futbol üzrə 17 yaşlı qızlar arasında dünya çempionatının oyunları keçiriləcək və artıq bu, FİFA tərəfindən də təsdiq edilib. Dünya birinciliyi bitdikdən sonra isə burada Azərbaycan Premyer Liqasının oyunları keçiriləcək. Futbol meydançasına FİFA standartlarına uyğun xaricdən gətirilən təbii ot örtüyü salınıb və xüsusi isitmə sistemi quraşdırılıb. Meydançanın işıqlandırılması üçün dörd projektor və ümumi müasir işıqlandırma sistemi yaradılıb. Tribunaların üstünün bağlanması üçün xüsusi fəza konstruksiyasından istifadə olunub və üzərinə müxtəlif ölçüdə yanğına və digər təsirlərə davamlı xüsusi membran örtük çəkilib.
Daha sonra Prezident İlham Əliyevə 2012-ci ildə Polşada və Ukraynada keçirilən futbol üzrə Avropa çempionatının rəsmi topu hədiyyə edilib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva qızlardan ibarət milli komandanın topuna uğur imzası atıblar.
Dövlətimizin başçısı stadionunun otaqlarında yaradılan şəraitlə də tanış olub.
Bildirilib ki, tribunada ailə baxış otağı və 17 skayboks VİP otaqlar da inşa edilib. Böyük monitorun quraşdırıldığı tribunada mətbuat nümayəndələri üçün lazımi avadanlıqla təchiz edilən 200 nəfərlik xüsusi oturacaqlar quraşdırılıb. Tribunanın alt hissəsində komandaların istifadəsi üçün dörd soyunub-geyinmə otağı, FİFA-nın media mütəxəssisləri üçün otaqlar və konfrans zalları, məşqçilər, hakimlər, həkimlər üçün otaqlar, dopinq-nəzarət və digər otaqlar yaradılıb. Burada, eyni zamanda, mərkəzi idarəetmə, təhlükəsizliyə nəzarət-müşahidə və şərhçi otaqları inşa edilib. Stadionun 300 avtomobil tutan dayanacağı var.
Prezident İlham Əliyev stadionda yaradılmış şəraiti yüksək qiymətləndirib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

