/ / Prezident İlham Əliyev Ələt qəsəbəsində 32 nömrəli şəhər poliklinikasının açılışında iştirak edib
Prezident İlham Əliyev Ələt qəsəbəsində 32 nömrəli şəhər poliklinikasının açılışında iştirak edib
26.09.2012 [16:28]
Ötən il aprelin 4-də Prezident İlham Əliyev Ələt qəsəbəsinin sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən işlərlə tanış olarkən burada yeni poliklinikanın tikilməsinə dair tapşırıqlarını vermişdi. Dövlətimizin başçısının 2011-ci il aprelin 6-da imzaladığı Sərəncamla bu tibb müəssisəsinin inşası üçün bir milyon manat vəsait ayrılmışdı.
Ələt qəsəbəsinə gələn Prezident İlham Əliyev poliklinikanın əvvəlki və hazırkı vəziyyətini əks etdirən şəkillərdən ibarət stendə baxıb.
Dövlətimizin başçısı poliklinikanın rəmzi açılışını bildirən lenti kəsib.
Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycan Prezidentinə məlumat verib ki, poliklinikanın 1970-ci illərin əvvəllərində inşa olunmuş birmərtəbəli binası istifadəyə yararsız vəziyyətə düşdüyündən ötən ilin noyabrından yeni binanın inşasına başlanılıb. Qısa müddətdə müasir standartlar səviyyəsində tikilən tibb müəssisəsinin ikimərtəbəli yeni binasında müayinə və müalicə üçün hər cür şərait var.
Binanın girişində Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə səhiyyənin inkişafına diqqət və qayğılarını əks etdirən fotoguşələr yaradılıb.
Dövlətimizin başçısı burada ultrasəslə müayinə kabineti ilə tanış olub. Kabinetdə ən müasir tibbi avadanlıq quraşdırılıb ki, bu da tez və dəqiq diaqnoz qoymağa imkan verəcək. Burada, həmçinin uşaqlar üçün ayrıca bölmə yaradılıb. Tibb ocağında balacaların lazımi səviyyədə müayinə və müalicəsi üçün hər cür şərait var. Biokimyəvi və klinik laboratoriyalarda quraşdırılan müasir avadanlıq müayinələrin vaxtında və keyfiyyətlə aparılmasına imkan verəcək.
Prezident İlham Əliyev rentgen kabinetində yaradılan şəraitlə də tanış olub.
Bildirilib ki, poliklinikada müxtəlif təyinatlı kabinetlər fəaliyyət göstərir. Bu kabinetlər də ən müasir standartlara cavab verən tibbi avadanlıqla təchiz olunub. Səhiyyə ocağında yüz nəfərlik tibbi heyət qəsəbə sakinlərinin sağlamlığının keşiyində duracaq. Dövlətimizin səhiyyə sisteminin inkişafına göstərdiyi diqqət və qayğının davamlı xarakter aldığının daha bir nümunəsi olan Ələt qəsəbəsindəki poliklinikada hər cür şəraitin yaradılması, ilk növbədə burada tibbi müayinə və müalicə işinin ən yüksək səviyyədə həyata keçirilməsinə imkan yaradacaq.
Azərbaycan Prezidenti poliklinikada yaradılmış şəraiti yüksək qiymətləndirib, əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi ilə bağlı tapşırıqlarını verib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

