2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunları üzrə Təşkilat Komitəsi yaradılıb
10.07.2024 [17:37]
Prezidenti İlham Əliyev 2025-ci ilin oktyabrında Azərbaycanda III MDB Oyunlarının keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması barədə Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncamda “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş” iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının 2021-ci il 20 dekabr tarixli növbədənkənar iclasında III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi barədə qərarın qəbul edildiyi vurğulanıb. Həmçinin Azərbaycanın MDB Oyunları kimi əhəmiyyətli bir idman tədbirinə ev sahibliyi etməsinin onun idman ölkəsi kimi artan nüfuzunun daha da möhkəmlənməsinə, gələcəkdə belə mühüm layihələrin respublikamızda yüksək səviyyədə təşkil edilməsinə müsbət təsir göstərəcəyi qeyd olunub.
Sərəncama əsasən, III MDB Oyunlarının 2025-ci ilin oktyabrında Azərbaycanda layiqincə keçirilməsini təmin etmək məqsədilə Təşkilat Komitəsi yaradılıb.
Təşkilat Komitəsinin sədri vəzifəsinə gənclər və idman naziri təyin edilib.
Təşkilat Komitəsinin üzvləri:
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktorunun müavini
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini
Heydər Əliyev Beynəlxalq Aeroportu direktorunun müavini
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi baş direktorunun müavini
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti
“CBC Sport” televiziya kanalının baş direktoru
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı
Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini
Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini
Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini
Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini
Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavini
Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini
Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini
Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini
Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini
Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini.
Həmçinin Gənclər və İdman Nazirliyinə aidiyyəti yerli icra hakimiyyəti orqanları ilə birlikdə III MDB Oyunlarının keçirilməsinə dair xüsusi tədbirlər planını hazırlayıb Təşkilat Komitəsinə təqdim etmək tapşırılıb. Təşkilat Komitəsinə III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı zəruri məsələləri həll ilə bağlı tapşırıq verilib.
Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Xəbər lenti
Hamısına baxMədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41

