/ / Prezident İlham Əliyev Dövlət Xəzər Dəniz Gəmiçiliyinin “Balakən” və “Bərdə” gəmi-bərələrinin istismara verilməsi mərasimində iştirak edib
Prezident İlham Əliyev Dövlət Xəzər Dəniz Gəmiçiliyinin “Balakən” və “Bərdə” gəmi-bərələrinin istismara verilməsi mərasimində iştirak edib
14.11.2012 [01:47]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Dövlət Xəzər Dəniz Gəmiçiliyinin “Balakən” və “Bərdə” gəmi-bərələrinin istismara verilməsi mərasimində iştirak edib. Ən müasir tələblərə cavab verən yeni nəqliyyat infrastrukturunun yaradılması ölkəmizin tranzit imkanlarını artırmaqla yanaşı, Azərbaycanın regionda mövqeyini daha da möhkəmləndirir. Nəqliyyatın digər sahələri kimi dəniz nəqliyyatının inkişaf etdirilməsi də dövlətimizin başçısının daim diqqət mərkəzindədir. Dövlət Xəzər Dəniz Gəmiçiliyinin yeni “Balakən” və “Bərdə” gəmi-bərələrinin istismara verilməsi ölkəmizin dəniz nəqliyyatı ilə yükdaşıma imkanlarının genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.
Gəmi kapitanı Rasim Nəzərov gəmi-bərələrin istismara hazır olması barədə Prezident İlham Əliyevə raport verib.
Dövlətimizin başçısı “Balakən” gəmi-bərəsi ilə yaxından tanış olub.
Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov gəmiçiliyin nəqliyyat donanmasının yenilənməsi ilə bağlı görülən işlər barədə Prezidentə məlumat verib. Bildirilib ki, istismara hazır olan gəmi-bərələr ötən ilin mayında Xorvatiyanın Ulyanik tərsanəsi ilə imzalanmış müqaviləyə əsasən inşa edilib. Yükdaşıma qabiliyyəti 54 vaqon, uzunluğu 155 metr, eni 18 metr olan gəmi-bərənin suya oturumu 4,5 metrdir. Bərələr Beynəlxalq Konvensiyaların ən müasir tələblərinə cavab verir. Eyni vaxtda bir neçə növ neft məhsulu daşıya bilən bərələr Avrasiya nəqliyyat dəhlizində yükdaşıma konveyerinə qoşulmaqla nəqliyyat donanmamızı daha da zənginləşdirəcək.
Dəniz nəqliyyatının inkişaf etdirilməsinə böyük əhəmiyyət verən Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər gəmiçiliyin donanması 10 tanker və 4 gəmi-bərə ilə öz imkanlarını daha da genişləndirib. “Bərdə” və “Balakən” ilə birlikdə yeni gəmilərin sayı 16-ya çatdırılıb. Bu gəmilərin istismara buraxılmasında əsas məqsədlərdən biri də yaxın gələcəkdə tikintisi başa çatacaq Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınacaq yükləri vaxtında Xəzərin o tayına və əks istiqamətə çatdırmaqdır.
Prezident İlham Əliyev gəminin texniki parametrləri və imkanları ilə tanış olduqdan sonra onun istismara verilməsini bildirən düyməni basıb.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45

