/ / Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayəti qubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayəti qubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
20.12.2012 [01:17]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının ayrı-ayrı subyektləri, o cümlədən Həştərxan vilayəti arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb və bu əlaqələrin ölkələrimiz arasında mövcud olan ikitərəfli münasibətlərin daha da genişləndirilməsi baxımından önəmini qeyd edib.
Həştərxana səfərini və səfər zamanı xalqımızın Ümummilli lideri Heydər Əliyevin abidəsinin açılış mərasimində iştirakını məmnunluqla xatırlayan Prezident İlham Əliyev son illər ölkəmizlə Həştərxan vilayəti arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndiyini vurğulayıb.
Rusiya Federasiyası Həştərxan Vilayətinin qubernatoru Aleksandr Jilkin Azərbaycan ilə Həştərxan vilayəti arasında ticarət dövriyyəsinin artmasından, iqtisadi əməkdaşlığın dinamik şəkildə inkişaf etməsindən məmnunluğunu bildirib.
Azərbaycanın Həştərxan vilayətində həyata keçirdiyi humanitar layihələrə görə minnətdarlığını ifadə edən qubernator Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə vilayətdə mühüm ekoloji layihənin həyata keçirilməsinin əməkdaşlığımızın genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

