/ / Azərbaycan Prezidenti İlham Əliyev Çinin baş prokuroru, Beynəlxalq Antikorrupsiya Qurumları Assosiasiyası prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Çinin baş prokuroru, Beynəlxalq Antikorrupsiya Qurumları Assosiasiyası prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13.04.2013 [10:08]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Çin Xalq Respublikasının baş prokuroru, Beynəlxalq Antikorrupsiya Qurumları Assosiasiyasının prezidenti Çao Cianminqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı bu münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib. Siyasi əlaqələrimizin uğurla inkişaf etdiyini bildirən Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də yaxşı əməkdaşlıq etdiyini deyib. Dövlətimizin başçısı ölkələrimiz arasında iqtisadi sahədə də yaxşı nəticələrin əldə olunduğunu vurğulayıb. Prezident İlham Əliyev hüquq mühafizə orqanlarının arasında əməkdaşlığının inkişaf etdirilməsinin ölkələrimiz arasında mövcud olan çoxşaxəli əlaqələrin genişləndirilməsinə müsbət təsirini göstərəcəyini vurğulayaraq Çin Xalq Respublikasının baş prokuroru, Beynəlxalq Antikorrupsiya Qurumları Assosiasiyasının prezidenti Çao Cianminqin ölkəmizə səfərinin bu əlaqələrin daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
Azərbaycanın Çinin böyük və etibarlı dostu olduğunu vurğulayan cənab Çao Cianminq ölkəmizin regionda mövqelərinin daha da güclənməsində maraqlı olduqlarını deyib. Qonaq Azərbaycan ilə Çinin beynəlxalq təşkilatlarda bir-birinə qarşılıqlı dəstək vermələrinin önəmini qeyd edib. O, Beynəlxalq Antikorrupsiya Qurumları Assosiasiyası çərçivəsində ölkələrimizin hüquq mühafizə orqanlarının korrupsiyaya qarşı mübarizə sahəsində uğurlu əməkdaşlıq etdiklərini bildirib.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

