/ / Azərbaycan Dövlət Musiqili Teatrının binası əsaslı bərpa və yenidənqurma işlərindən sonra istifadəyə verilib
Azərbaycan Dövlət Musiqili Teatrının binası əsaslı bərpa və yenidənqurma işlərindən sonra istifadəyə verilib
19.04.2013 [12:58]
Prezident İlham Əliyev rəsmi açılış mərasimində iştirak edib
Aprelin 18-də Azərbaycan Dövlət Musiqili Teatrının binası əsaslı bərpa və yenidənqurma işlərindən sonra istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi açılış mərasimində iştirak edib.
Ölkə həyatının bütün istiqamətlərində olduğu kimi, mədəniyyət sahəsi də yüksək səviyyədə dövlət qayğısı ilə əhatə olunub. Mədəniyyət və incəsənətin inkişafına, bu sahədə çalışan insanlara göstərilən diqqət və qayğı, həmçinin ölkəmizin beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsi bunun əyani təsdiqidir. Dövlətimizin başçısının mədəniyyətimizə himayəsi Azərbaycan incəsənətində yaradıcılıq əhval-ruhiyyəsini artırıb. Prezident İlham Əliyevin sərəncamlarına əsasən, son illərdə çoxsaylı tarixi abidələr, monumental binalar, maddi mədəniyyət ocaqları əsaslı təmir edilib və yenidən qurulub. Onların sırasında Azərbaycan Dövlət Musiqili Teatrının binası da var.
Azərbaycan Dövlət Musiqili Teatrı yarandığı vaxtdan etibarən incəsənət tariximizə bir çox qiymətli səhnə əsəri bəxş edib. Teatr ölkəmizin zəngin ənənələrə malik qabaqcıl sənət ocaqlarından birinə çevrilərək bu gün də tamaşaçıların dərin rəğbətini qazanmaqdadır. Heydər Əliyev Fondunun da bu istiqamətdə həyata keçirdiyi layihələri xüsusi qeyd etmək lazımdır. Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun gördüyü işlər ölkəmizin mədəni irsinin daha da zənginləşdirilməsinə və dünyada geniş təbliğinə, gənc istedadların yetişməsinə böyük töhfələr verir.
Prezident İlham Əliyevə Azərbaycan Dövlət Musiqili Teatrının binasında və ətrafda görülən işlər barədə məlumat verilib.
Sonra Azərbaycan Prezidenti teatrın yenidənqurma işlərində iştirak edən xarici mütəxəssislərlə görüşüb.
Qeyd edilib ki, 1883-cü ildə Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Bakıda ilk teatr binası tikilib. 1908-ci il yanvarın 25-də isə müsəlman Şərqində opera janrının əsasının qoyan Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” əsərinin ilk tamaşası bu teatrın binasında olub. 1922-ci ildən binada Akademik Milli Dram Teatrı, 1960-cı ildən isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı fəaliyyət göstərib. 1988-ci ildə uçmaq təhlükəsi olduğuna görə həmin bina sökülüb və yeni binanın inşasına başlanılıb. Teatr binasının tikilib istifadəyə verilməsinə xüsusi diqqət və qayğı göstərən Ümummilli lider Heydər Əliyev 1995-ci ildə tikinti işləri ilə tanış olub, öz tövsiyələrini verib. Ulu öndər 1998-ci ilin oktyabrında teatr binasının rəsmi açılışında iştirak edib. Prezident İlham Əliyevin 2010-cu ildə imzaladığı Sərəncama əsasən, Azərbaycan Dövlət Musiqili Teatrının binasında geniş yenidənqurma işləri həyata keçirilib. Yenidənqurma işləri zamanı əvvəlki memarlıq üslubunun qorunub saxlanılmasına xüsusi diqqət yetirilib.
Prezident İlham Əliyev teatrın tamaşa zalı ilə tanış olub.
Bildirilib ki, 460 yerlik zal ən müasir avadanlıqla təchiz olunub. Oturacaqlar və mebel yeniləri ilə əvəzlənib, 360 dərəcə fırlanan səhnə tamamilə yenidən qurulub. Burada ən müasir səs-akustika sistemi quraşdırılıb. Səhnənin işıq sistemləri də müasir layihə və texnologiyalar əsasında yenilənib. Binanın bütün xidməti və qrim otaqlarında əsaslı təmir işləri aparılıb. Yenilənmiş havalandırma sistemi ən müasir standartlara uyğundur. Əsaslı bərpa işlərindən sonra teatrdakı səsyazma studiyası və kiçik tamaşa zalı da yeni görkəm alıb.
Teatrla tanışlıqdan sonra dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

