Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Avropa Parlamentinin xarici əlaqələr komitəsi sədrini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Avropa Parlamentinin xarici əlaqələr komitəsi sədrini qəbul edib

25.05.2013 [09:47]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 24-də Avropa Parlamentinin xarici əlaqələr komitəsinin sədri Elmar Broku qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Avropa təsisatları arasında əməkdaşlığın uğurla inkişaf etdiyini və yaxşı nəticələr əldə olunduğunu vurğulayıb. Prezident İlham Əliyev tərəfdaşlıq əlaqələrimizin gələcəkdə daha da genişləndirilməsi üçün imkanları müəyyənləşdirməyin önəmini qeyd edib. Dövlətimizin başçısı Avropa Parlamentinin xarici əlaqələr komitəsinin sədri Elmar Brokun ölkəmizə səfərinin Azərbaycan ilə Avropa təsisatları arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
Avropa Parlamentinin xarici əlaqələr komitəsinin sədri Elmar Brok təmsil etdiyi qurumun Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyib. Ölkəmiz ilə Avropa təsisatları arasında əlaqələrə toxunan Elmar Brok “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Görüşdə Azərbaycan ilə Avropa Parlamenti arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 1118 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31