Daim ülvi amallarla yaşayan Azərbaycan qadınları...
08.03.2025 [11:44]
Bu gün onların - həyatımızın bəzəyi sayılan əziz qadınların bayramıdır. Əslində isə qadınlar elə bir əvəzolunmaz dəyərdirlər ki, onlar ildə yalnız bir dəfə deyil, hər gün sevinməyə, hər gün səmimi təbriklər qəbul etməyə layiqdirlər. Prezident İlham Əliyev bu günlərdə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrikində həyatın bütün sahələrində qadınların böyük rolunu yüksək dəyərləndirərək vurğulayıb: “Azərbaycan qadınları hər zaman cəmiyyətimizin mənəvi dayağı olmuş, daim ülvi amallarla yaşamışlar”.
Heydər Əliyevin qadınlara həssas yanaşması
Bu gün müstəqil Azərbaycanda qadınlara yüksək dəyər verilir. Bu siyasətin əsası isə xalqın təkidli tələbi ilə 1993-cü ilin yayında ikinci dəfə Azərbaycanın rəhbərliyinə qayıdan Heydər Əliyev tərəfindən qoyulub. Onun rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycanın ilk Konstitusiyasında qadınlara geniş hüquqlar verilib.
1995-ci il Azərbaycan qadınları üçün əlamətdar olub. Belə ki, həmin ildə Heydər Əliyevin imzaladığı müvafiq fərmana əsasən Azərbaycan BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi” Konvensiyasına qoşulub. Müqayisə üçün bildirək ki, bu gün dünyada bəzi inkişaf etmiş dövlətlər hələ də bu konvensiyaya qoşulmayıblar. Prezident Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Dövlət başçısı ölkənin siyasi, sosial-iqtisadi və mədəni həyatında qadınların rolunu artırmaq, Azərbaycan Respublikasının qoşulduğu yuxarıda bəhs etdiyimiz Konvensiyadan irəli gələn öhdəliklərini daha geniş miqyasda həyata keçirmək üçün 1998-ci il 14 yanvar tarixində “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” fərəncam imzalayıb. Prezident Heydər Əliyev tərəfindən 6 mart 2000-ci il tarixində imzalanan fərman isə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” adlanır. Fərmanla Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunmalarının təmin edilməsi tapşırılıb. Sonrakı illərdə Heydər Əliyevin təşəbbüsü ilə “Azərbaycan Respublikasında Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı” qəbul edilib.
Qadınların bütün sahələrdə iştirakçılığı genişlənir
Ölkəmizdə qadınlara həssas yanaşma Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirilir. Respublikamızda dövlət başçısının siyasi iradəsi əsasında qadınların bütün imkanlara çıxışının təmin olunması məqsədilə hüquqi baza getdikcə daha da möhkəmləndirilir. Bu kontekstdə ölkə Prezidentinin təşəbbüsü ilə 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun qəbul edilməsini, elə həmin il dövlət başçısının müvafiq sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılmasını xüsusi qeyd edə bilərik.
Belə ardıcıl siyasətin nəticəsidir ki, ölkəmizdə qadınların bütün sahələrdə iştirakı genişlənir. Bu gün ölkə əhalisinin ümumi sayının 50 faizdən çoxunu qadınlar təşkil edir. Respublikanın ümumi təhsil müəssisələrində müəllimlərin 82,7, orta ixtisas təhsil müəssisələrində 79,4, ali təhsil müəssisələrində 58,7 faizi, həkimlərin isə üçdən ikisi qadınlardır. Qadınların elmin inkişafında da müstəsna rolu vardır. Ölkə üzrə elmi işçilərin 59,2 faizini qadınlar təşkil edir. Eyni zamanda, dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29,4 faiz, fərdi sahibkarlar arasında isə 22,7 faizdir.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15

