Dünyaya nümunə
19.04.2025 [10:45]
Multikulturalizm Azərbaycanda həm dövlət siyasətidir, həm də insanların həyat tərzidir
Xristian dünyası müqəddəs Pasxa bayramı ərəfəsindədir. Dirçəlişin, yeniliyin, mərhəmət və xeyirxahlıq duyğularının rəmzi olan bu bayram Azərbaycanda da yüksək səviyyədə qeyd edilir ki, bu da ölkəmizin hər cəhətdən nümunəvi olan multikultural mühiti ilə bağlıdır. Ənənəvi olaraq Prezident İlham Əliyev bu günlərdə Azərbaycanın pravoslav xristian icmasına Pasxa bayramı münasibətilə təbrik ünvanlayaraq Özünün xoş arzularını çatdırıb. “Bu gün milli-mənəvi həmrəyliyin və nümunəvi dözümlülük mühitinin hökm sürdüyü cəmiyyətimizdə xristian icmasının özünəməxsus yeri vardır. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, xristian etiqadlı vətəndaşlarımız ölkənin ictimai-siyasi və mədəni həyatında layiqincə təmsil olunur, doğma evimiz Azərbaycanın inkişafına və tərəqqisinə əhəmiyyətli töhfələr verirlər”, - deyə təbrikdə vurğulanıb.
Hazırda sivilizasiyanın yüksək mərhələsinə çatan bəşəriyyət eyni zamanda bir sıra ciddi sınaqlarla üzləşib. Dünyada müşahidə edilən mənzərə heç də ürəkaçan deyil. Dünyanın olduqca narahat mənzərəsinin ən diqqətçəkən amillərindən biri də mədəniyyətlərarası dialoqla bağlıdır. Bir sıra hallarda sivilizasiyalararası qarşıdurmaların müşahidə edilməsi son dərəcə kədərli təəssüratlar oyadır. Bəşəriyyət sanki geridönüş edir və ayrı-ayrı məkanlarda dinlər, etiqadlar, irqlər arasında qarşıdurmalar açıq müstəviyə keçir. Ən qorxulu cəhət ondan ibarətdir ki, mədəniyyətlərarası dözümsüzlük əksər hallarda müəyyən qüvvələr, hətta dövlətlər səviyyəsində təşviq edilərək qızışdırılır. Bütün səmavi dinlər bəşəriyyəti bərabərliyə və humanizmə çağırır. Təəssüf doğuran haldır ki, bugünkü Avropada hətta dini dəyərlər belə manipulyasiya predmetinə çevrilib. Tam qətiyyətlə deyə bilərik ki, hazırda öz dəyərlərindən və ənənələrindən uzaqlaşan “qoca qitə”də bir sıra hallarda dini təəssübkeşliyə çağırışlar edilir, İslamofobiya həyat normasına çevrilir. Son illərdə Yaxın Şərqdə alovlanan münaqişələrin və müharibələrin ssenariləri bir qayda olaraq Qərb dairələrində hazırlanır. Sadə, günahsız insanlar aclıqdan, səfalətdən, dağıntılardan xilas olmaq naminə Avropaya üz tuturlar. Burada isə onların üzünə qapılar bağlanır. Bir sıra Qərb ölkələrində hətta liderlər səviyyəsində multikulturalizmin iflasa uğradığı bildirilir.
Dünyadakı belə kədərli mənzərə ilə müqayisədə respublikamızın mənzərəsi tamam fərqli rakusdan diqqət çəkir. Azərbaycanın dövlət başçısı İlham Əliyev dünyada multikulturalizmə davamlı şəkildə çağırış edən azsaylı liderlər sırasında yer alır. Başqa dinlərə, mədəniyyətlərə sayğılı münasibət bəslənilməsi Azərbaycanda oturuşmuş bir ənənədir. Tarix boyunca respublikamızın ərazisində müxtəlif inanclara məxsus insanlar əmin-amanlıq şəraitində yaşayaraq öz gələcəklərini qurublar. Tarixdən gələn ənənələr bu gün də yaşayır. Azərbaycan çoxkonfessiyalı dövlətdir. Hazırda ölkə əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edirlər. Lakin belə fərqlilik ölkəmizdə əsla ayırıcı xətlər yaratmır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, cəmiyyətimizdə dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsin mədəni özünüifadəsi üçün bərabər imkanlar yaradılmışdır. Təqdirəlayiq haldır ki, ölkəmizin bütün etnik və dini azlıqları, o cümlədən xristian vətəndaşlarımız ictimai-siyasi həyatın bütün sahələrində yaxından iştirak edir, Azərbaycanın tərəqqisi və çiçəklənməsi naminə vətəndaşlıq borcunu layiqincə yerinə yetirirlər.
Azərbaycan həmçinin dünyada sivilizasiyalararası münasibətlərin inkişafına mühüm töhfələr verir və birgəyaşayışa çağırışlar edir. Prezident İlham Əliyev 2008-ci ildə sonradan bütün dünyada Azərbaycanın brendinə çevrilən “Bakı prosesi” təşəbbüsünü irəli sürüb. Bu təşəbbüs çərçivəsində Azərbaycan həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa İttifaqının yüksəksəviyyəli rəsmilərini Bakıda bir araya gətirməyə və faydalı dialoq qurmağa nail olub. Bu prosesin tərkib hissəsi olaraq paytaxtımız Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna müntəzəm qaydada ev sahibliyi edir. Ölkəmizin mənzərəsini ümumiləşdirsək, belə deyə bilərik: Multikulturalizm Azərbaycanda həm dövlət siyasətidir, həm də insanların həyat tərzidir. Azərbaycanın reallıqlarına diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Zəngin tolerantlıq ənənələrinə malik Azərbaycanda tarixin heç bir dönəmində din və məzhəb zəminində ayrı-seçkilik halları olmamış, etnomədəni müxtəliflik günümüzədək qorunub saxlanılmışdır. Cəmiyyətimizdə qarşılıqlı hörmətə və etimada əsaslanan birgəyaşayış mədəniyyətinin, mütərəqqi ictimai-əxlaqi dəyərlərin təbliği və təşviqi dövlət siyasətinin başlıca istiqamətlərindəndir”.
Əlamətdar haldır ki, ölkəmizdə geniş əhatə dairəsinə malik olan multikulturalizm siyasətinin həyata keçirilməsində Cənubi Qafqaz coğrafiyasının ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondu da fəal şəkildə iştirak edir. Fond indiyədək qurumun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə paytaxt Bakıda və regionlarda həm İslam dininə, həm də digər mədəniyyətlərə aid tarixi abidələrin bərpasını uğurla həyata keçirərək inanclı insanların istifadəsinə verib. Heydər Əliyev Fondu, həmçinin dünyanın ayrı-ayrı ölkələrində, o cümlədən də Vatikanda bir sıra tarixi-dini abidələrin bərpasını öz üzərinə götürərək onlara ikinci həyat bəxş edib.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17

