/ / Azərbaycan Prezidenti İlham Əliyev MDB-nin müşahidə missiyası rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev MDB-nin müşahidə missiyası rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
11.10.2013 [10:28]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da MDB-nin müşahidə missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib Sergey Lebedevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Sergey Lebedev rəhbərlik etdiyi müşahidə missiyasının adından dövlətimizin başçısını Prezident seçkilərində böyük səs çoxluğu ilə əldə etdiyi inamlı qələbə münasibətilə ürəkdən təbrik edib. Seçki günü yerli müşahidəçilər və seçicilərlə səsvermənin gedişi ilə bağlı yaxından maraqlandıqlarını vurğulayan Sergey Lebedev onların birmənalı olaraq sabitliyə və inkişafa səs verəcəkləri ilə bağlı fikirlərinin şahidi olduqlarını deyib. Səsvermənin nəticələrinə toxunan qonaq bildirib ki, nəticələr Azərbaycan xalqının öz liderinə arxalandığını və görülən işlərin perspektivlərinə inandığını göstərib. Sergey Lebedev Prezident İlham Əliyevin həyata keçirdiyi kursun Azərbaycanın beynəlxalq aləmdə, o cümlədən MDB-də nüfuzunun daha da möhkəmləndirilməsi və eyni zamanda, Birlik ölkələri ilə səmimi qonşuluq, iqtisadi, humanitar əməkdaşlıq əlaqələrinin genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
Dövlətimizin başçısı ölkəmizdə keçirilən Prezident seçkilərində müşahidəçi kimi iştirak etdiklərinə görə MDB-nin müşahidə missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib Sergey Lebedevə və missiyanın üzvlərinə təşəkkürünü bildirib. Prezident İlham Əliyev seçkilərin şəffaf keçirilməsi üçün maksimum şəraitin yaradılması istiqamətində lazımi işlərin görüldüyünü və seçki prosesinin demokratik şəraitdə keçdiyini deyib. Dövlətimizin başçısı Azərbaycan xalqının ölkədə həyata keçirilən siyasətin nəticələrinə səs verdiklərini vurğulayıb və ölkəmizin inkişafı ilə bağlı uğurlu nəticələrə əsaslanan bu siyasətin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib.
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41

