Milli birlik bayramı!
31.12.2025 [11:20]
31 dekabr köhnə ilin son günüdür. Qarşıdan yeni il gəlir. Köhnə ili xatirələrlə yola salmağa, yeni ili arzularla qarşılamağa hazırlaşırıq. Ancaq ilin son günü Azərbaycan xalqı üçün yalnız bu səbəbə görə əlamətdar deyil. Bu günü bizim üçün xüsusi əlamətdar edən daha mühüm səbəb isə 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi müəyyənləşdirilməsidir.
Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası “Azərbaycanlıların həmrəyliyi günü haqqında” tarixi qərarı 1991-ci il dekabrın 25-də qəbul edib. Bəhs olunan sənədlə qərara alınıb ki, hər il dekabr ayının 31-i bütün dünyada yaşayan azərbaycanlıların həmrəyliyi günü elan edilsin. Həmin vaxtdan etibarən dünyanın ayrı-ayrı nöqtələrində yaşayan on milyonlarla azərbaycanlının qəlbində ana Azərbaycana böyük məhəbbətlə eyni bir ürək döyünür.
O qarlı, şaxtalı gündə...
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi 1989-cu il dekabrın son gününə uzanır. Azərbaycan xalqı Vətən, torpaq sevgisi son dərəcə böyük olan bir xalqdır. Yadellilərin planları nə qədər məkrli, iblis xislətli olsa da, bizim qan yaddaşımızdan torpaq sevgisini, yurd həsrətini silə bilməyib. Araza baxıb köks ötürmüşük, xəyallarımızda o tayla bu tayı həmişə bütöv sanmışıq.
Ötən əsrin səksəninci illərinin sonlarına doğru keçmiş ittifaq məkanında adi olmayan proseslər izlənilirdi. Xalqların özünüdərk, özünütəsdiq hissləri güclənmişdi. Azərbaycan da milli azadlıq hərəkatının bu və ya digər şəkildə açıq müstəviyə keçdiyi respublikalar sırasında yer alırdı. Beləliklə, keçmiş SSRİ-nin süqutu ərəfəsində - 1989-cu il dekabrın son günlərində Araz sahillərində yaddaşımızda əbədi qalacaq hadisələr yaşandı. Arazın o tayından və bu tayından olan azərbaycanlılar onları ayıran tikanlı çəpərləri dağıtdılar. Hava soyuq və şaxtalı olsa da, Arazın sahilində bir-birinə qovuşan azərbaycanlılar günlərlə orada qaldılar və birləşmək istədiklərini bütün dünyaya bəyan etdilər. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü də məhz xalqımızın birləşmək istəyini simvolizə edir.
Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunan tarixi qərar
Soydaşlarımızın sıx birliyini hədəfləyən azərbaycançılıq ideologiyasını milli məfkurəmizə böyük siyasətçi Heydər Əliyev daxil edib. Bir tərəfdən Onun parlaq şəxsiyyəti azərbaycanlılar üçün böyük qürur mənbəyi idi. Digər tərəfdən, Heydər Əiyev hələ keçmiş sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdən başlayaraq dilimizə, mədəniyyətimizə, ədəbiyyatımıza sonsuz qayğı göstərməklə xalqa milli ideya aşılayırdı.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi ideyası da Heydər Əliyevə məxsusdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə tarixi qərar qəbul edildi. Təbii ki, təşəbbüs bilavasitə Heydər Əliyevin Özündən gəlmişdi. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət ünvanlayıb. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib.
Şuşada Zəfər qurultayına doğru
Sonrakı mərhələdə Heydər Əliyev dünya azərbaycanlılarının birliyinin institutlaşması prosesinin əsasını qoyub. Onun təşəbbüsü ilə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultaydan sonra Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirdi.
Zamanında Heydər Əliyevin əsasını qoyduğu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirilir. Dövlətimizin başçısının səyləri sayəsində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirilir. Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi kimi müəyyənləşdirib. Prezident İlham Əliyevin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir. Hədəf xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsidir. Prezident İlham Əliyevin 2018-ci il 6 iyul tarixli fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb. Dövlət başçımızın təşəbbüsü ilə 2019-cu ildə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təsis edilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi dünya azərbaycanlılarının yeni bir qürur mənbəyinə çevrilib. Dünya azərbaycanlılarının 2001-ci ildə Bakıda keçirilən birinci qurultayında Heydər Əliyev əminliklə bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Bu missiyanı xalqımız dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə reallaşdırmağa nail oldu. Soydaşlarımız son dərəcə qürurludurlar ki, uzun işğal illərindən sonra dünya azərbaycanlılarının V qurultayı azad Şuşada keçirildi. 22 aprel 2022-ci ildə baş tutan qurultay tarixdə Zəfər Qurultayı kimi qalacaq.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38

