Türkiyədə keçirilən XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalı başa çatıb
22.08.2026 [15:35]
Türkiyənin Yalova şəhərində keçirilən XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalının Qala konserti və bağlanış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, “Qafqazda və bütün dünyada sülh naminə” şüarı altında təşkil olunan festivalda Azərbaycanı “Suvar” Ləzgi Xalq Mahnı və Rəqs Ansamblı təmsil edib. Qala konsertinə “Suvar” Ansamblının “Odlar yurdu” rəqsi ilə start verilib. Ansamblın üzvü Cəvahir Abdulovanın ifasında “Azərbaycan” mahnısı isə tədbirə xüsusi coşqu qatıb.
Xatırladaq ki, Azərbaycan nümayəndə heyəti festival çərçivəsində avqustun 20-də Balıkəsir vilayətində konsert proqramı ilə çıxış edib. Konsertdən əvvəl nümayəndələrimiz ləzgilərin kompakt yaşadığı Balıkəsirin Ortaca kəndini ziyarət ediblər. Kənd sakinləri ilə görüş zamanı Ortacanın tarixi, burada yaşayan ləzgi ailələrinin keçmişi, adət-ənənələri və mədəni irsi haqqında məlumat verilib.
Azərbaycan nümayəndə heyətinin festival çərçivəsində Yalova və Balıkəsirdəki çıxışları ölkəmizin zəngin folklor və musiqi ənənələrinin, rəqs və mahnılarının geniş auditoriyaya təqdim olunmasına imkan yaradıb. “Suvar” ansamblının ifaları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Sonda festivalın təşkilat komitəsi, Yalova valisi Ahmet Hamdi Ustaya və Bursa Dağıstanlıları Dərnəyinin rəhbəri Ramazan Kora Azərbaycan nümayəndə heyəti adından simvolik hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Qafqaz xalqlarının zəngin mədəni irsinin qorunması, xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi və mədəniyyətlərarası dialoqun inkişafına töhfə vermək məqsədilə təşkil olunan festivalda Azərbaycanla yanaşı, Adıge, Dağıstan, Gürcüstan, Kabarda-Balkariya və Şimali Osetiyadan 350-dən çox sənətçi iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33

