Oyanış, dirilmə, canlanma!
17.03.2026 [08:30]
Bu gün sonuncu çərşənbədir...
Bu gün Novruzun ən təntənəli mərasimlərindən biri İlaxır - Torpaq çərşənbəsidir. Bu çərşənbə xalq arasında “Yer çərşənbəsi”, “Çərşənbə-suri” də adlanır. Torpaq ünsürü insan yaradılışının əsasını təşkil edir. Eyni zamanda torpaq həm türk mifologiyasından, həm də milli-mənəvi dəyərlərimizdən qaynaqlanaraq müqəddəs hesab olunur.
Bu çərşənbə torpağın və özündən əvvəlki 3 mühüm ünsürün - su, od və yelin oyanması, əkinçilik həyatının başlanmasına işarədir. Sonuncu çərşənbə artıq yazın gəlməsinə daha az vaxtın qaldığına işarədir.
Bayrama necə başlamaq lazımdır?
İlaxır çərşənbəyə bir neçə gün qalmış evlər təmizlənər. Deyilənlərə görə, bu bayramda təzə paltar geyinmək uğur gətirər. Küsülülər barışar, nəhs danışılmaz, içki içmək, nalayiq işlər görmək olmaz. Sonuncu çərşənbə günü insanın əməli, niyyəti, nəfsi də təmizlənmiş olar.
Niyyətlər axşamı...
İlaxır çərşənbə axşamı cavan qızlar bir yerə yığışırlar. Bir qaba su tökürlər, əllərindəki üzükləri çıxarıb saçlarına salırlar. Niyyət tutub üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarlarına dəyir. Üzük neçə dəfə qaba dəyirsə, deməli, həmin qızlar o yaşda da gəlin köçəcəklər.
İnanclara görə, axır çərşənbə gecəsi niyyət tutub yatmaq lazımdır. Sonra isə gecə yarısı yuxudan durub şamı yandırmaq və onu götürüb güzgüyə yaxınlaşırlar. Deyilənə görə, bunu edən qızlar güzgüdə gələcək nişanlısını görə bilərlər.
Bundan başqa ilaxır çərşənbə axşamı ana uşaqlarının başından tük götürür və axar suya atır. Bir qab həmin yerdən su götürür və uşaqlarının üstünə çiləyir. Bu su təmizlik, sağlamlıq, paklıq rəmzi hesab olunur və həmin il uşaqlar xəstələnmir.
İlaxır çərşənbə günü evində olmayan şəxs...
İlaxır çərşənbədə hər bir evdə bayram xonçası hazırlanar. Xonçanın ortasına səməni qoyular və ətrafına müxtəlif şirniyyatlar, qoğal, şəkərbura, paxlava, fındıq, qoz, iydə, innab, kişmiş, badam, şabalıd, boyanmış yumurtalar və s. düzülər. Süfrəyə yeməklərin şahı sayılan plov (bayram aşı) gətirirlər. Bayram günü hər kəs çalışar ki, öz evində olsun və ailəsi ilə birlikdə bayram süfrəsində otursun. İnanclara görə, ilaxır çərşənbə günü öz evində olmayan şəxs 7 il ilaxır çərşənbəni evində olmaz. İlaxır çərşənbə günü nişanlı qızlara, yeni ailə qurmuş gənclərə də bayram xonçası və pay aparılır. Bayram payı müxtəlif hədiyyələr, meyvələr, şirniyyatlar və geyimlərdən ibarət olur.
Yeri gəlmişkən, ilaxır çərşənbədə yerinə yetirilən bəzi Novruz adət-ənənələrimiz ilk dəfə “Dəli Kür” filmində səhnələşdirilib. Həmin səhnə Şamaxının Dədəgünəş kəndində çəkilib. Beləliklə, Azərbaycan kino filmi tarixində ilk dəfə Novruz bayramı bu filmdə ekranlaşdırılır. Bugünədək həmin səhnə filmin ən maraqlı və gözəl anlarından biri kimi yaşayır.
Filmin bir neçə epizodunda Novruz bayramı ilə bağlı kadrlar-şagirdlərin müəllimlərinə bayram payı gətirməsi, rus müəllimlə yumurta döyüşdürmə, kənd uşaqlarının “Dirədöymə” oynamaları, bacadan şal atmaları və s. təsvir olunub.
Adət-ənənələrimiz
Mövzu barədə “Yeni Azərbaycan”a danışan folklorşünas Məhəmməd Məmmədov bildirib ki, torpaq çərşənbəsində şənlik və mərasimlər özünəməxsusluğu və rəngarəngliyi ilə seçilir. Onun sözlərinə görə, insanlar sübh tezdən su üstünə çıxar, arzusunu suya danışar və ondan imdad diləyərdilər: “Axşam isə tonqallar alovlanar, üzərlik yandırılar, bacalardan torbalar sallanar, qulaq falı qurular, oyunlar oynanılardı. İlaxır çərşənbələrdə ev və çöl ilə bağlı çoxlu mərasim xarakterli adət-ənənələr var. Təmizlik elə aparılmalıdır ki, həyət-bacanın, ev-eşiyin təmizlənməsi, səliqə-sahmanı, gözəlliyi, Novruz üçün hazır olsun və nəzərə çarpsın”.
M.Məmmədov ilaxır çərşənbədə icra olunan bəzi ayin nümunələrini xatırladıb: “Torpaq çərşənbəsində gecə dan qaranlığında, yəni sübhün gözü açılar-açılmaz axar su üstünə gedilər. Suya salam verib “ağırlığım-uğurluğum tökül” deyə 3 dəfə suyun üstündən atlanırlar. Sonra sudan bir səhəngə doldurub gətirib həyət-bacaya, ev-eşiyə, paltar-palaza, mal-qara üstünə səpilir. Axır çərşənbədə un çuvalının ağzını açıq qoyarlar ki, bərəkət payalananda bağlı qalmasın.
Axır çərşənbə gecəsi cavan qızlar xeyli aralıdan arxası qapıya durub ayaqlarındakı ayaqqabının sağ tayını geriyə atarlar. Ayaqqabının burnu qapıya tərəf düşsə, demək yaxın vaxtda ailə quracaq. İlaxır çərşənbə axşamında bir neçə parça kömürü, bir ovuç duzu və bir-iki qara pulu kuzəyə qoyub damdan atarlar. Deyilənə görə, kömür qara günün, duz gözüşorluluğun, acgözlüyün, qara pul da yoxsulluğun nişanəsidir. Onları kuzəyə qoyub damdan atmaqda niyyət qara gündən, gözüşorluqdan, yoxsulluqdan qurtulmaq arzusudur.
İlaxır çərşənbədə baltanın küpü ilə meyvə ağaclarının kötüyünə bir-iki dəfə yüngülcə vurub deyərlər: “Nə yatmısan, oyan, bərəkət payını götür”. Deyilənə görə, həmin il ağacların məhsulu bol olar”.
Folklorşünasın sözlərinə görə, ilaxır çərşənbədə havanın necə olmasından asılı olmayaraq, insanlar həmişə tarlaya çıxar, əkinə əl qoyub küt qoşar, bunu edə bilməyənlər isə heç olmasa torpağı 2-3 dəfə belləyərdilər. Burada məqsəd torpağı yuxudan oyatmaq və artıq əkinçilik vaxtının yetişdiyini xəbər verməkdir: “İlaxır çərşənbədə qapıpusma və başqa fallar var, insanlar ürəklərində niyyət edib qapı pusarlar. Niyyətləri ilə evdən eşitdikləri sözlər arasında müəyyən uyğunluqlar tapmağa çalışarlar. Bu uyğunluq tapılarsa, o zaman arzularının reallaşacağına inanarlar.
Bu bayramda gənclər səhərə qədər yatmaz, şənlənib, oxuyub-oynayarlar. Bu sonuncu çərşənbədə insanlar qorxuya, çətinliklərə, uğursuzluqlara sinə gərərək yeni ilə təzə bir ruh, sağlam əhval ruhiyyə ilə çıxmaq arzusunda olarlar”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:52
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00

