Konstitusiya islahatları güclü sosial rifah və hüquq dövlətinin qurulmasına xidmət edir
12.03.2009 [16:15]
“Yeni Azərbaycan” təşviqat qrupu vətəndaşların yüksək əhval-ruhiyyəsi, aktivliyi ilə müşahidə olunan görüşlər seriyasını davam etdirməkdədir. Belə tədbirlərdən biri də dünən Sumqayıt şəhərində keçirilib.
Tədbirdə giriş nitqi söyləyən “Yeni Azərbaycan” təşviqat qrupunun Sumqayıt şəhər şöbəsinin sədri Asif İmaməliyev deyib ki, ölkədəki sürətli inkişaf Konstitusiyada bir sıra dəyişikliklərin edilməsi zərurətini yaradıb: “Martın 18-də Azərbaycan Respublikasının Konstitusiyasında edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı referendum keçiriləcək. Qeyd edim ki, bu əlavə və dəyişikliklərlə bağlı layihə parlament tərəfindən təsdiqləndikdən sonra Konstitusiya Məhkəməsinə göndərilib. Konstitusiya Məhkəməsi isə Referendum Aktının ümumxalq səsverməsinə çıxarılmasına qərar verib. Əlbəttə ki, əlavə və dəyişiklikləri xalqın tələbinin, arzusunun və istəyinin, həmçinin, zamanın tələbinin məhsulu kimi qiymətləndirməliyik. Gündəmdə qalmaq və siyasət meydanından birdəfəlik silinməməkdən ötrü Referendum Aktına qarşı qara piar kampaniyası aparan qüvvələr isə bu əməlləri ilə Azərbaycan vətəndaşlarının iradəsinə qarşı çıxmış olacaqlar. çünki bu əlavə və dəyişikliklərin edilməsi təşəbbüsü məhz xalqın istəyi nəticəsində meydana çıxıb. Eyni zamanda, bu əlavə və dəyişiklikləri maddələr üzrə təhlil etdikdə aydın olur ki, bütün bunlar yalnız xalqın maraqlarına xidmət edir”.
çıxış edən “Yeni Azərbaycan” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Nizami İsgəndərov bildirib ki, Sumqayıt seçiciləri son prezident seçkilərində olduğu kimi, martın 18-də keçiriləcək referendumda da fəal iştirak edəcəklər: “Sumqayıtlılar hər zaman ictimai-siyasi proseslərdə fəal olublar, ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti və bu siyasəti uğurla həyata keçirən Prezident İlham Əliyevi dəstəkləyirlər. Bu mənada 101-ci maddəyə təklif olunan dəyişiklik seçicilər tərəfindən dəstəklənir”.
“Xalqın seçimini məhdudlaşdırmaq olmaz. Bu dəyişiklik məhz xalqın istək və arzusunu ifadə edir” - deyən səlahiyyətli nümayəndənin fikrincə, müxalifətin əks-təbliğatı uğursuzluğa düçar olacaq. çünki xalq onların yalan üzərində qurulmuş siyasətinə inanmır. N.İsgəndərov vurğulayıb ki, bu layihə xalqımızın sosial rifahının yüksəldilməsinə yaxından kömək edəcək: “Ulu öndərimizin siyasi kursu Azərbaycanı yaşatdı. Bu siyasi kursu davam etdirən Prezidentimiz İlham Əliyev dövlət başçısı olduğu dövrdə dövlətin inkişaf xəttini müəyyənləşdirib və bu strategiyanı uğurla həyata keçirir. Biz məhz bu səbəbdən Referendum Aktını dəstəkləməklə Prezidentimizə dayaq olmalıyıq”.
Referenduma çıxarılan əlavə və dəyişikliklərlə bağlı geniş izahat verən millət vəkili bu sənəddə yer alan bütün müddəaların xalqın həyatının yüksəldilməsinə xidmət etdiyini bildirib.
çıxış edən Hümbət Quliyev Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə toxunaraq bildirib ki, bu maddələrin hər biri Azərbaycan xalqının xeyrinədir. O, əminliklə vurğulayıb ki, həmişə olduğu kimi, bu siyasi kampaniya zamanı da, Sumqayıt seçiciləri səsvermədə aktiv iştirak edərək, əlavə və dəyişiklikləri dəstəkləyəcək.
çıxış edən Əlqəməh Orucov deyib ki, Konstitusiyada edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklər ölkəmizin daha da möhkəmlənməsinə, sürətlə inkişafına təkan verəcək: “Bütün bunların nəticəsi olaraq insanlarımızın maddi rifah halı yüksələcək, hüquq və azadlıqları genişlənəcək. Mən xalqımızı bu əlavə və dəyişikliklərin lehinə səs verməyə çağırıram”.
Görüşün sonunda nümayəndələr seçicilərin bütün suallarını ətraflı cavablandırıblar.
Sonda natiqlər seçiciləri martın 18-də Referendum Aktını dəstəkləməyə çağırıblar.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

