İqtisadi Əməkdaşlıq Təşkilatının mükafatlarının təqdim edilməsi mərasimi olub
13.03.2009 [09:55]
Xəbər verdiyimiz kimi, martın 11-də Tehranın “Hafiziyə” sarayında İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət başçılarının 10-cu zirvə görüşü keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev görüşdə iştirak edib.
Zirvə görüşünün geniş iclası başa çatdıqdan sonra İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın adından zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının şərəfinə rəsmi qəbul təşkil olunub.
Zirvə görüşünün qapalı iclasından sonra İqtisadi Əməkdaşlıq Təşkilatının mükafatlarının təqdim edilməsi mərasimi olub. Bildirilib ki, mükafatlar 8 sahə (iqtisadiyyat, elm, texnika və sair) üzrə verilir. Mükafatlara layiq görülənlər İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrdən irəli sürülmüş 50 namizəd arasından seçilib. Mərasimdə qaliblər barədə geniş məlumat verilib.
Azərbaycan Prezidenti İlham Əliyev iqtisadiyyat sahəsində xidmətlərinə görə, mükafatı tacikistanlı alim Talbak Nazarova təqdim edib.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Neft Kimyası Prosesləri İnstitutunun şöbə müdiri Vaqif Abbasov elm və texnika sahəsində xidmətlərinə görə mükafata layiq görülüb.
Sonra dövlət başçıları, baş nazirlər və tədbirin digər yüksək səviyyəli iştirakçıları İqtisadi Əməkdaşlıq Təşkilatının 10-cu zirvə görüşünün yubiley markasını imzalayıb, xatirə şəkli çəkdiriblər.
10-cu zirvə görüşündən başlayaraq İqtisadi Əməkdaşlıq Təşkilatında sədrlik edən İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad çıxış edib. O, təşkilatın Bakıda keçirilən 9-cu zirvə görüşündən etibarən İƏT-də sədrlik edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətini bir daha yüksək qiymətləndirib, dövlətimizin başçısının səyləri sayəsində təşkilatın işinin ötən müddətdə fəallaşdığını xüsusi vurğulayıb. İran Prezidenti Tehran Bəyannaməsinin İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyətinin genişlənməsinə təkan verəcəyini bildirib, üzv dövlətləri bu istiqamətdə səyləri birləşdirməyə çağırıb. Bununla da Tehran zirvə görüşü başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19
Dünya
20 Sentyabr 12:35
Dünya
20 Sentyabr 11:28
Analitik
20 Sentyabr 11:11
Dünya
20 Sentyabr 10:43
Dünya
20 Sentyabr 10:17
Dünya
20 Sentyabr 09:52
İdman
20 Sentyabr 09:20
Gündəm
20 Sentyabr 08:43
Dünya
19 Sentyabr 23:30
Hadisə
19 Sentyabr 22:40
Dünya
19 Sentyabr 22:19
Siyasət
19 Sentyabr 21:35
Mədəniyyət
19 Sentyabr 21:33
Sosial
19 Sentyabr 20:25
Sosial
19 Sentyabr 19:17
Siyasət
19 Sentyabr 18:34
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54

