Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin görüşü
12.09.2015 [11:18]
AZƏRTAC xəbər verir ki, sentyabrın 11-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev ilə görüşü olub.
Prezident Nursultan Nazarbayev deyib: “Hörmətli İlham Heydər oğlu, Sizi Astanada salamlayıram. Sizin səfəriniz bizim üçün həmişə xoşdur. Xalqlarımız arasında bütün istiqamətlər üzrə yaxınlıq var. Bu gün biz qaynaqlar barədə danışdıq. Bundan başqa, ölkələrimiz arasında heç vaxt həll edilməmiş heç bir problem olmayıb - istər sovet dövründə, istərsə də müstəqillik illərində. Dostluq hissi, bir-birimizə etimad, bir-birimizin qayğısına qalmaq hissləri olub, Sizinlə bərabər sevinmişik, Sizinlə bərabər kədərlənmişik. Buna görə də düşünürəm ki, Sizin hər bir səfəriniz, bizim hər görüşümüz ölkələrimiz arasında qarşılıqlı münasibətlərdə yeni səhifədir.
İndi çətin dövrdür. Dünyada böhran gedir, bizim ixrac mallarının qiyməti azalır. Qiymətlər ölkələrimiz arasında ticarətə də, əmtəə dövriyyəsinə də mütləq mənada təsir göstərir. Lakin bunu dəf etmək və ümumi təmas nöqtələri tapmaq lazımdır.
Siz Türkdilli Ölkələrin Sammitində iştirak etməyə gəlmisiniz. Bu gün lütfkarlıq göstərərək bizim ciddi tədbirlərdə iştirak etdiniz. Biz öz tariximizə, öz qaynaqlarımıza nəzər saldıq. Bu zalda əyləşən bütün qazaxıstanlılar üçün qardaş Azərbaycan xalqının rəhbərini burada görmək çox xoş idi.
Mən sizin səfərinizi alqışlayıram”.
* * *
Prezident İlham Əliyev deyib: “Çox sağ olun, hörmətli Nursultan Abişeviç. Dəvət üçün sağ olun. Mən qardaş Qazaxıstana sevinc hissi ilə yenidən səfər edirəm.
Sizin qeyd etdiyiniz kimi, bu gün səhər biz Qazax xanlığının yubileyinə həsr edilmiş təntənəli tədbirdə birlikdə olduq. Sizin çıxışınız, Qazaxıstanın tarixi keçmişinin və bugünkü inkişafının təhlili bir daha göstərdi ki, müstəqil Qazaxıstanın uğurlarının çox dərin milli, tarixi kökləri var.
Sizin qeyd etdiyiniz kimi, xalqlarımızı həmişə dostluq, əməkdaşlıq, qardaşlıq telləri bağlayıb. Biz bir-birimizə həmişə böyük hörmət bəsləmişik, bir-birimizi dəstəkləmişik. İkitərəfli münasibətlərin dinamik inkişafı bu gün də davam edir. Bizim aramızda bütün istiqamətlər üzrə tam qarşılıqlı anlaşma var. Prezidentlər səviyyəsində biz çox tez-tez görüşürük - həm Qazaxıstanda, həm Azərbaycanda, həm də başqa ölkələrdə keçirilən tədbirlər çərçivəsində. Həmişə də ikitərəfli və regional məsələləri açıq müzakirə edirik. Əlbəttə, bu gün dünya iqtisadiyyatında yaranmış vəziyyət bizi narahat edir və düşünürəm ki, bu gün biz bu mövzunu da müzakirə edəcəyik. Lakin qeyd etməliyəm ki, bizim hesablamalara görə, Qazaxıstan bu vəziyyətdən minimal itki ilə çıxır. Hərçənd, ölkələrimiz neftin istehsalçıları və ixracatçıları kimi təbii ki, bu sınağa məruz qalıblar. Lakin bu da bizim səmərəliliyimiz üçün bir test olacaq. Düşünürəm ki, sizin qeyd etdiyiniz kimi, biz bunun öhdəsindən ləyaqətlə gələcək və uğurla irəli gedəcəyik”.
* * *
Söhbət zamanı prezidentlər ortaq tarixi, mədəniyyəti, milli maraqları olan ölkələrimiz arasında əlaqələrin perspektivlərinin daha da geniş olduğunu qeyd ediblər və mövcud potensialdan səmərəli istifadə edilməsində belə tədbirlərin xüsusi önəm daşıdığını vurğulayıblar.
Dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıblar.
Görüşdə bir sıra regional və beynəlxalq məsələlər müzakirə olunub.
Xəbər lenti
Hamısına baxElm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23

