/ / Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
17.09.2015 [10:01]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da Türkiyə Respublikasının xarici işlər naziri Feridun Sinirlioğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Feridun Sinirlioğlunu Türkiyə Respublikasının xarici işlər naziri təyin edilməsi münasibətilə təbrik edib, fəaliyyətində ona uğurlar arzulayıb. Feridun Sinirlioğlunun ilk xarici səfərini Azərbaycana etməsinin önəmini vurğulayan Prezident İlham Əliyev bir ənənə olaraq ölkələrimizin prezidentlərinin də ilk xarici səfərlərini qardaş ölkələrə etmələrini münasibətlərimizin yaxşı göstəricisi kimi dəyərləndirib. Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrinin təməlində qardaşlıq duyğularının dayandığını deyən dövlətimizin başçısı bu təməl üzərində çox gözəl ikitərəfli münasibətlərin qurulduğunu da məmnunluqla qeyd edib. Prezident İlham Əliyev bildirib ki, bu gün ölkələrimiz arasında elə bir sahə yoxdur ki, uğurla inkişaf etməsin. Azərbaycan ilə Türkiyənin bütün istiqamətlərdə, o cümlədən, siyasi, iqtisadi, enerji, mədəniyyət və digər sahələrdə uğurlu əməkdaşlığının yaxşı nəticələr verdiyini deyən dövlətimizin başçısı əlaqələrimizin daha da genişləndirilməsi ilə bağlı mütəmadi olaraq aparılan müzakirələrin önəmini qeyd edib. Prezident İlham Əliyev bu yaxınlarda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışdığını və ikitərəfli məsələlərlə bağlı müzakirələr apardığını xatırladaraq Azərbaycanın bütün məsələlərdə daim Türkiyənin yanında olduğunu deyib. Dövlətimizin başçısı Türkiyə Respublikasının xarici işlər naziri Feridun Sinirlioğlunun ölkəmizə bu səfərinin də ikitərəfli və regional məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminliyini ifadə edib.
Feridun Sinirlioğlu Türkiyə Respublikasının xarici işlər naziri kimi Azərbaycana səfər etməkdən qürur duyduğunu deyib. O, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkiyənin Baş naziri Əhməd Davudoğlunun salamlarını dövlətimizin başçısına çatdırıb. Feridun Sinirlioğlu öz növbəsində həm Azərbaycanın, həm də Türkiyənin dövlət və hökumət başçılarının, müxtəlif səviyyəli qurumların rəhbərlərinin ilk səfərlərini qardaş ölkələrə etməsinin gözəl bir ənənə olduğunu və bunun davam etdirilməsinin önəmini qeyd edib. Azərbaycanın Türkiyə üçün qardaş və tərəfdaş ölkə olduğunu vurğulayan qonaq dövlətimizin müstəqilliyinin ilk illərindən başlayaraq xalqımızın Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin zamanında və Prezident İlham Əliyevin rəhbərliyi dövründə ölkəmizdə gedən sürətli inkişaf proseslərinin şəxsən şahidi olduğunu bildirib. O, ölkəmizə budəfəki səfəri zamanı da gördüklərinin onda dərin təəssürat yaratdığını məmnunluqla qeyd edərək Azərbaycanın son 23 ildə fövqəladə şəkildə inkişaf etdiyini vurğulayıb. Feridun Sinirlioğlu Türkiyənin Azərbaycanı “G-20”nin Antalyada keçiriləcək zirvə toplantısına dəvətini bir daha diqqətə çatdırıb.
Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Əhməd Davudoğlunun salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40

