/ / Azərbaycan Prezidenti İlham Əliyev BP-nin Direktorlar Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev BP-nin Direktorlar Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
25.05.2016 [10:23]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 24-də BP-nin Direktorlar Şurasının sədri Karl-Henrik Svanberqin başçılıq etdiyi və BP Qrupun baş icraçı direktoru Bob Dadlinin də daxil olduğu Direktorlar Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
BP-nin Direktorlar Şurasının Azərbaycanda toplanmasından məmnunluğunu ifadə edən dövlətimizin başçısı bunun rəmzi məna daşıdığını vurğulayıb. Prezident İlham Əliyev 20 ildən artıq davam edən BP-Azərbaycan əməkdaşlığı nəticəsində çox əhəmiyyətli layihələrin uğurla həyata keçirildiyini deyib. Dövlətimizin başçısı ötən dövr ərzində BP-Azərbaycan əməkdaşlığının inkişaf dinamikasını məmnunluqla xatırlayaraq bu illəri ölkəmizin iqtisadi inkişaf dövrü kimi xarakterizə edib. Azərbaycanın müasir, inkişaf etməkdə olan ölkəyə çevrilməsindən qürur duyduğunu bildirən Prezident İlham Əliyev əldə olunan bütün bu nailiyyətlərin enerji sektoruna yatırılan böyük həcmli sərmayələr sayəsində mümkün olduğunu deyib. O vaxtdan başlayaraq Azərbaycanda hasilat, kəşfiyyat, nəqletmə və digər sahələrdə çox mühüm layihələrin icra olunduğunu vurğulayan dövlətimizin başçısı ölkəmizin hazırda təkcə regional deyil, qlobal əhəmiyyət daşıyan enerji layihəsini həyata keçirmək ərəfəsində olduğunu da bildirib. Enerji təhlükəsizliyi və şaxələndirmə baxımından “Cənub Qaz Dəhlizi” layihəsinin önəmini vurğulayan Prezident İlham Əliyev bu layihənin bir çox ölkələr arasında əməkdaşlığın genişləndirilməsi işinə də töhfə verəcəyini deyib. Azərbaycan ilə əməkdaşlığa sadiq qaldığına görə BP şirkətinə təşəkkürünü bildirən dövlətimizin başçısı şirkətin ölkəmizdə Azərbaycan Dövlət Neft Şirkəti kimi etibarlı tərəfdaşı olmasının önəmini də qeyd edib. Azərbaycan Dövlət Neft Şirkəti ilə BP arasında əməkdaşlığın artıq 22 ildir ki, davam etdiyini vurğulayan dövlətimizin başçısı bu əməkdaşlığın gələcək illərdə də uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev ölkəmizə ilk dəfə səfər edən nümayəndə heyəti üzvlərinin Azərbaycan ilə yaxından tanış olmaları üçün səfərin yaxşı fürsət yaratdığını deyib.
BP-nin Direktorlar Şurasının sədri Karl-Henrik Svanberq ölkəmizə səfərindən ötən dövr ərzində böyük dəyişikliklərin şahidi olduğunu, paytaxtımızda gedən inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını deyib. Azərbaycanın “Eurovision”, Avropa Oyunları və “Formula-1” kimi möhtəşəm beynəlxalq yarışlara ev sahibliyi etməsinin önəmini vurğulayan Karl-Henrik Svanberq bildirib ki, ölkəmizdə əldə olunan bütün bu nailiyyətlərin əsası Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə “Əsrin Müqaviləsi” kimi tarixə düşən kontraktın imzalanması ilə qoyulub. Azərbaycan ilə tərəfdaşlıqdan məmnunluğunu ifadə edən BP-nin Direktorlar Şurasının sədri tərəfdaşlığımızın ötən dövr ərzində çox güclü olduğunu deyib və regionun inkişafı ilə bağlı layihələrdə iştirak etmələrindən qürur duyduqlarını vurğulayıb. “Şahdəniz-2” və “Cənub Qaz Dəhlizi” layihələrinin əhəmiyyətinə toxunan qonaq bu layihələrin BP-Azərbaycan əməkdaşlığının uzunmüddətli olması işinə xidmət edəcəyini bildirib.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

