Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurası baş katibinin müavini ilə görüşüb
06.05.2017 [11:55]
Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Avropa Şurası baş katibinin müavini Qabriella Battaini Draqoninin görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib.
Bakının yüksək səviyyədə ev sahibliyi etdiyi IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətinə toxunan Qabriella Battaini Draqoni bildirib ki, bu tədbir Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırır və mədəniyyətlərarası dialoqun inkişafına mühüm töhfə verməklə ölkəmizin bu sahədə rolunu daha da gücləndirir.
Bu cür mötəbər tədbirdə iştirakından məmnunluğunu bildirən Qabriella Battaini Draqoni qeyd edib ki, Azərbaycan mədəniyyətlərarası dialoqun inkişafında mühüm rol oynayır. Bu Forum Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi yüksək dəyərin göstəricisidir. “Bakı prosesi” artıq dünyada böyük nüfuz qazanıb”, - deyən Avropa Şurasının rəsmisi təmsil etdiyi qurumun Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini və əlaqələri daha da möhkəmləndirmək istədiklərini deyib. Qabriella Battaini Draqoni vurğulayıb ki, Azərbaycan Avropa Şurasının çox mühüm üzvlərindən biridir və Azərbaycan ilə əməkdaşlıq bizim üçün çox faydalıdır.
Avropa Şurası ilə əməkdaşlığın ölkəmiz üçün də faydalı olduğunu deyən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Azərbaycan bu əlaqələrə böyük əhəmiyyət verir. Dövlətimizin başçısı deyib ki, müəyyən məsələlərdə biz də bu əməkdaşlıqdan faydalanırıq və ona görə bu əlaqələrin inkişafına əhəmiyyət veririk. Biz Avropa Şurası ilə konstruktiv əməkdaşlığı davam etdirmək istəyirik.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan demokratik, dünyəvi, müasir dövlət qurur və bununla bağlı bütün tədbirləri həyata keçirir. Azərbaycanda bütün azadlıqlar, o cümlədən siyasi, ifadə, sərbəst toplaşma, mətbuat və internet azadlıqları hərtərəfli təmin edilib.
Dövlətimizin başçısı deyib ki, Azərbaycan təkcə Avropa Şurası ilə deyil, eyni zamanda, Avropa İttifaqı, NATO ilə, həmçinin digər Avropa və beynəlxalq strukturlarla da əməkdaşlıq edir.
Söhbət zamanı qarşılıqlı etimadın təmin olunması ilə əməkdaşlığın davam etdirilməsinin vacibliyi bildirilib.
Xəbər lenti
Hamısına baxDünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54

