/ / Prezident İlham Əliyev MDB üzv dövlətlərinin Bakıda səfərdə olan gömrük xidməti rəhbərlərini qəbul edib
Prezident İlham Əliyev MDB üzv dövlətlərinin Bakıda səfərdə olan gömrük xidməti rəhbərlərini qəbul edib
14.06.2017 [10:11]
İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçiriləcək Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 65-ci iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rusiyanın, Belarusun, Özbəkistanın, Qırğızıstanın, Tacikistanın, Qazaxıstanın gömrük xidmətlərinin rəhbərlərini və MDB İcraiyyə Komitəsinin sədri-icra katibi Sergey Lebedevi qəbul edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 65-ci iclasında səmərəli müzakirələrin aparılacağına və müvafiq qərarların qəbul ediləcəyinə ümidvar olduğunu bildirib. Dövlətimizin başçısı Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Gömrük Xidməti Rəhbərləri Şurasının iclasının Bakıda keçirilməsindən məmnunluğunu ifadə edib. Gömrük xidmətlərinin ölkələrin inkişafında mühüm rol oynadığını vurğulayan Prezident İlham Əliyev büdcə gəlirlərinin təmin olunmasında və ümumi iqtisadi inkişaf dinamikasında bu xidmətlərin rolunu qeyd edib. Dövlətimizin başçısı Azərbaycanda gömrük sahəsində son zamanlar ciddi islahatların aparıldığını vurğulayaraq bildirib ki, ticarət dövriyyəsinin bir qədər azalmasına baxmayaraq, bu islahatların səmərəli şəkildə həyata keçirilməsi nəticəsində gömrük rüsumlarının yığımı artıb. Prezident İlham Əliyev qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının önəmini qeyd edib. Azərbaycan üçün ümumilikdə MDB çərçivəsində əməkdaşlığın bütün sahələrinin mühüm əhəmiyyət daşıdığını deyən dövlətimizin başçısı ölkəmizdə MDB çərçivəsində çoxlu sayda müxtəlif tədbirlərin keçirildiyini vurğulayıb. Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Gömrük Xidməti Rəhbərləri Şurasının 65-ci iclasının fəaliyyətinə uğurlar arzulayıb.
Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavin bütün iştirakçılar adından Şuranın növbəti iclasının Bakıda keçirilməsi üçün yaradılan imkana görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Şuranın 65-ci iclasının Bakıda keçirilməsinin əlamətdar hadisə olduğunu deyən Vladimir Bulavin bu tədbirin MDB-yə üzv dövlətlərin gömrük xidmətləri rəhbərləri arasında qarşılıqlı anlaşmanın səmərəli informasiya mübadiləsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib və bu gün MDB-yə üzv ölkələr arasında gömrük sahəsində informasiya mübadiləsinin yüksək səviyyədə aparıldığını vurğulayıb. O, bu cür tədbirlərin, eyni zamanda, gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti ilə bağlı aktual məsələlərin müzakirəsi üçün də yaxşı imkan yaratdığını deyib.
MDB İcraiyyə Komitəsinin sədri-icra katibi Sergey Lebedev MDB ölkələri Gömrük Xidməti Rəhbərləri Şurasının 65-ci iclasının yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına minnətdarlığını bildirib və qeyd edib ki, Azərbaycan Müstəqil Dövlətlər Birliyi çərçivəsində artıq bir sıra mühüm tədbirləri uğurla həyata keçirir. O, Azərbaycana budəfəki səfəri zamanı Bakının daha da gözəlləşdiyinin şahidi olduğunu və bunun onda dərin təəssürat yaratdığını deyib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

