/ / Prezident, Ali Baş Komandan İlham Əliyev yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub
Prezident, Ali Baş Komandan İlham Əliyev yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub
25.08.2017 [10:07]
Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub və növbəti “Tufan” tipli sərhəd gözətçi gəmisinin təməlini qoyub.
AZƏRTAC xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə Gəmi İnşası və Təmiri Mərkəzində görülən işlər barədə məlumat verib. Bildirilib ki, Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində indiyədək “Şahdağ” tipli 6, “Tufan” tipli 4 sərhəd gözətçi gəmisi inşa olunub. 2016-cı ilin avqustunda DSX Sahil Mühafizəsinin “Tufan” tipli sərhəd gözətçi gəmilərindən biri Rusiya Federasiyasının Həştərxan şəhərinə dostluq səfəri edib, “Dənizdə qanunsuz tədbirlərə qarşı əks-tədbirlər, həmçinin Xəzər dənizi hövzəsində yaranmış müxtəlif şəraitlərdə reaksiya göstərilməsi üzrə birgə hərəkətlərin işlənilməsi” mövzusunda sərhəd təliminə qatılıb. Bu ilin avqustunda isə “Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində qaçaqmalçılıq, qeyri-qanuni ticarət, mütəşəkkil cinayətkarlıq və enerji infrastrukturuna qarşı terror-təxribat aktlarının qarşısının alınması zamanı Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən axtarış əməliyyatları keçirməklə terrorçu qrupların zərərsizləşdirilməsi və dəniz təhlükəsizliyinin təmin olunması” mövzusunda döyüş atışlı taktiki sərhəd təlimləri keçirilib. Taktiki təlimə cəlb olunmuş gəmilərin əksəriyyəti Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı əsasında yaradılmış Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşa edilib.
Dövlətimizin başçısı növbəti “Tufan” tipli sərhəd gözətçi gəmisinin təməlini qoyub.
Prezident İlham Əliyevə Dövlət Sərhəd Xidmətinin yeni xüsusi təyinatlı döyüş texnikası, silah və sursatları haqqında məlumat verilib. Burada nümayiş olunan hərbi texnika arasında Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan “Zərbə” K-1 döyüş başlıqlı pilotsuz uçuş aparatı, “Kobra” döyüş maşını üzərində quraşdırılmış məsafədən idarə olunan və 8 kilometr məsafədə düşmənin canlı qüvvəsini və zirehli texnikasını məhv etmə qabiliyyətinə malik “Lahat” sistemi döyüş modulu, “ZTR-70” üzərində quraşdırılmış avtomatlaşdırılmış hədəfə yönləndirmə sisteminə malik olan yüksək dəqiqlikli 120 millimetrlik minaatan qurğusu, dövlət sərhədinin mühafizəsində istifadə təyinatlı hərəkətə həssas avadanlıqlar, radarlar və müşahidə qurğuları, snayper tüfəngləri, optik təyinatlı nişangah və cihazlar, daşınan lazer hədəf göstəriciləri var.
Azərbaycan Sərhəd Mühafizəsinin xidməti-döyüş fəaliyyətinin formalaşdırılması və inkişafı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqəti sayəsində isə Azərbaycan sərhədçilərinin xidməti-döyüş fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, bu xidmət ən müasir silah-sursat və hərbi texnika ilə təchiz olunub. Bu gün əminliklə söyləmək olar ki, sərhədçilər Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə istənilən tapşırığı yerinə yetirmək iqtidarındadırlar.
Sonra Prezident İlham Əliyev “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə yaxından tanış olub. Su tutumu 470 ton olan gəmi mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı kompleks, gecə-gündüz görmə müşahidə sistemləri və hidroakustik qurğu, həmçinin Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələrini yerinə yetirə bilən itisürətli qayıqla təchiz edilib. Uzunluğu 62 metr olan sərhəd gözətçi gəmisinin dəniz şəraitində göyərtəsinə helikopterin enməsi də mümkündür. Yeni gəmidən dövlət sərhədlərinin mühafizəsi, sərhədboyu rejimin təmin olunması, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmini istiqamətində xidməti vəzifələrin icrası zamanı istifadə ediləcək.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15

