Ölkədə tikinti-quruculuq işləri sürətlə gedir
24.07.2009 [13:00]
Dünən Azərbaycan Prezidenti İlham Əliyev paytaxtın dəmir yolu vağzalının qarşısındakı yeraltı piyada keçidində görülmüş əsaslı yenidənqurma işləri ilə tanış olub.
Nəqliyyat naziri Ziya Məmmədov əvvəlcə ətraf ərazidə görülmüş yenidənqurma və təmir işləri haqqında dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, dəmir yolu vağzalının binası mükəmməl layihə əsasında yenidən qurulur. Dilarə Əliyeva küçəsindəki 235 və 237 nömrəli binalarda təmir işləri başa çatdırılıb, 235 nömrəli binada 3 müasir lift quraşdırılıb. Cəfər Cabbarlı meydanı da görkəmini tamamilə dəyişib. Yeraltı keçiddə görülmüş işlərlə yaxından tanış olan Prezident İlham Əliyev obyektin sxemlərinə, layihələrinə, keçidin əvvəlki və indiki vəziyyətini əks etdirən fotoşəkillərə baxıb.
Məlumat verilib ki, bir il əvvəl başlan
mış əsaslı yenidənqurma işlərini “Azəryolservis” ASC-nin sifarişi əsasında “Samur Holdinq” şirkətlər qrupuna daxil olan “Azərtikintibərpa” MMC həyata keçirib. Pilləkən çıxışları da daxil olmaqla, 750 metr uzunluğundakı keçiddə yenidənqurma işlərində təxminən 1000 nəfər çalışıb. Tamamilə müasir görkəm almış keçidin divarları və döşəməsi İtaliya və Türkiyə istehsalı olan mərmər və qranitlə üzlənib. Burada Yaponiya texnologiyası əsasında havalandırma, yanğından mühafizə və videomüşahidə sistemləri quraşdırılıb.
Keçidin 9 çıxışı var. Ən müasir standartlara cavab verən keçiddə 150 nəfərdən çox adamın işlə təmin olunduğu 77 mağaza və kafe fəaliyyət göstərir. Fasiləsiz elektrik enerjisi vermək üçün 2 yardımçı stansiya var.
Prezident İlham Əliyevə dəmir yolu vağzalı binasının yenidənqurma layihəsi barədə də məlumat verilib. Bildirilib ki, bina tezliklə müasir görkəm alacaq, burada müasir kassalar, istirahət guşələri və mehmanxana fəaliyyət göstərəcək.
Hazırda Bakıda daha 4 yeraltı piyada keçidində yenidənqurma işləri davam edir və yaxın vaxtlarda başa çatdırılacaq. İnşaatçılar prospektindəki keçiddə isə işlər tamamlanıb.
Prezident İlham Əliyev ətrafda həyata keçirilən yenidənqurma işləri ilə də maraqlanıb. Cəfər Cabbarlının heykəlinin ətrafı da abadlaşdırılıb, yaşıllıqlar salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb.
Dövlətimizin başçısına 1926-cı ildə istifadəyə verilmiş Bakı-Sabunçu elektrik dəmir yolunun vağzal binasında görülən yenidənqurma işləri haqqında da məlumat verilib. Binada təmir işlərində milli və müasir memarlıq üslubları peşəkarlıqla uzlaşdırılır.
Prezident İlham Əliyev Bakının yol-nəqliyyat kompleksinin yenidən qurulması ilə bağlı əlavə tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57

