/ / Azərbaycan Prezidenti İlham Əliyev Nyu-Yorkda ABŞ Etnik Anlaşma Fondunun sədri və bir sıra dini liderlərlə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev Nyu-Yorkda ABŞ Etnik Anlaşma Fondunun sədri və bir sıra dini liderlərlə görüşüb
19.09.2017 [10:01]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində ABŞ Etnik Anlaşma Fondunun sədri ravvin Mark Şnayer və bir sıra xristian yevangelik dini liderləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Bakıda dövlətimizin başçısı ilə görüşlərini məmnunluqla xatırlayan ABŞ Etnik Anlaşma Fondunun sədri ravvin Mark Şnayer ölkəmiz haqqında həmişə zəngin təəssüratlarının olduğunu deyib. Qeyd edib ki, Prezident İlham Əliyev dinlərarası dialoq və əməkdaşlığa həmişə sadiq olub. Ravvin Mark Şnayer Amerikanın yəhudi icmasının rəhbəri kimi Azərbaycan Prezidentinin ölkəmizdə yəhudi icmasına verdiyi dəstəyə görə minnətdarlığını bildirib. O, eyni zamanda, ABŞ yəhudi icması adından Azərbaycan-İsrail əməkdaşlığının inkişafından məmnunluğunu ifadə edib.
“İqls Vinqs” təşkilatı ilə əlaqələrə toxunan ravvin Mark Şnayer qeyd edib ki, bu görüşdə təmsil olunan nümayəndə heyətinin üzvləri Amerika yevangelist icmasının nüfuzlu şəxsləridir. O deyib ki, ABŞ-da yevangelist icmasının 100 milyondan artıq nümayəndəsi yaşayır və onların Amerika yəhudiləri və digər icmalarla yaxşı əlaqələri var. ABŞ Etnik Anlaşma Fondunun sədri bildirib ki, bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə dinlərarası dialoq və tolerantlıq sahələrində həyata keçirilən işlər başqa ölkələrə nümunə ola bilər.
Xoş sözlərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı Azərbaycanda ravvin Mark Şnayerlə keçirdiyi görüşlərə toxunaraq, həmin görüşlər zamanı faydalı fikir mübadiləsinin aparıldığını qeyd edib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır, bununla yanaşı, ölkəmiz haqqında daha geniş məlumatın yayılması vacibdir. Prezident İlham Əliyev bu baxımdan bu cür görüşlərin və keçirilən tədbirlərin önəmini vurğulayıb. Azərbaycanda sabitliyin tam bərqərar olduğunu qeyd edən Prezident İlham Əliyev deyib ki, bunun əsas səbəblərindən biri də müxtəlif dini və etnik qrupların nümayəndələrinin ölkəmizdə sülh və qarşılıqlı anlaşma şəraitində yaşamasıdır.
Görüşdə çıxış edən Amerikanın “İqls Vinqs” yevangelist təşkilatının pastoru Ceyms Ruddi deyib: “Sıx iş qrafikinə baxmayaraq, bizimlə görüşə vaxt ayırdığınıza görə minnətdarlığımızı bildiririk. Bu görüş bizim üçün böyük əhəmiyyət daşıyır. Təşkilatımız təkcə ABŞ-da deyil, bütün dünyada böyük bir şəbəkəyə və nüfuza malikdir. Bizim 175 ölkədə nümayəndələrimiz var. Biz bu gün Sizinlə görüşməkdən dərin məmnunluq hissi keçiririk və ölkənizlə əməkdaşlığın genişlənməsində çox maraqlıyıq”.
Pastor Ceyms Ruddinin söylədiyi sözlərdən məmnunluğunu ifadə edən Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, bu görüş əməkdaşlığımızın genişlənməsi işinə öz töhfəsini verəcək. Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinə toxunan Prezident İlham Əliyev əlaqələrimizin siyasi, iqtisadi, təhlükəsizlik, energetika və digər sahələrdə uğurla inkişaf etdiyini deyib. Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində də ABŞ ilə əməkdaşlığı çox yaxşı səviyyədədir və ölkəmiz Əfqanıstandakı sülhməramlı əməliyyatların nəqliyyat və logistika sahəsinə böyük töhfə verir.
Prezident İlham Əliyev, eyni zamanda, Azərbaycan ilə İsrail arasındakı əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib. Dövlətimizin başçısı qeyd edib ki, bu gün Azərbaycan dünyada multikulturalizm, dini azadlıq və dinlərarası əməkdaşlığın mühüm mərkəzlərindən birinə çevrilib. Prezident İlham Əliyev bu baxımdan Azərbaycan haqqında həqiqətlərin dolğun şəkildə yayılmasının önəminə toxunub. Bu gün Azərbaycanın siyasi, iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar əldə etdiyini deyən Prezident İlham Əliyev bildirib ki, ötən il ölkəmizdə “Multikulturalizm İli”nin elan olunması dövlətimizin və xalqımızın mədəni, mənəvi və dini dəyərlərə sadiqliyinin təzahürüdür. Eyni zamanda, bu il ölkəmizdə “İslam Həmrəyliyi İli”nin elan olunması İslam ölkələri arasında əməkdaşlığa və ümumilikdə İslam dünyasında həmrəyliyin möhkəmləndirilməsi işinə Azərbaycanın dəyərli töhfəsidir. Bundan başqa, Bakının iki il ərzində həm Avropa Oyunlarına, həm də İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi Azərbaycanın xristian dünyası ilə İslam dünyası arasında əməkdaşlıq işinə verdiyi böyük dəstəkdir.
Söhbət zamanı Prezident İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzü barədə məlumat verib, ölkəmizin qlobal enerji təhlükəsizliyinin təmin olunması sahəsində həyata keçirdiyi işlərdən danışıb.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42

