Kolonializmlə mübarizədə medianın rolu...
14.07.2026 [10:35]
BTQ müstəmləkə altında olan ərazilərin media təmsilçilərini bir araya gətirib
Bakı Təşəbbüs Qrupu (BTQ) fəaliyyət göstərdiyi 3 il ərzində dünyanın siyasi gündəmində demək olar ki, unudulmuş kolonializm və neokolonializm problemlərini yenidən gündəmə gətirib, dekolonizasiya prosesinin əsas hərəkətverici platformasına çevrilib. Bu xüsusda müstəqillik uğrunda legitim mübarizə aparan tərəflərə dəstək verilib, kolonizə edilmiş xalqların azadlığı istiqamətində ardıcıl və nəticəyönümlü fəaliyyət göstərilib. Nəticədə müstəmləkəçilikdən əziyyət çəkən xalqların səsi qlobal gündəmə daşınıb, nüfuzlu beynəlxalq platformalarda müzakirə edilib. BTQ-nin ardıcıl və məqsədyönlü fəaliyyəti bu məsələlərin müvafiq mərkəzi hökumətlər səviyyəsində də diqqət mərkəzinə gətirilməsinə töhfə verib. Bu baxımdan Fransada Korsikanın muxtariyyət statusu ətrafında müzakirələrin aktivləşməsi, Yeni Kaledoniyanın gələcək statusu ilə bağlı proseslərin yeni fazaya daxil olması, kolonial idarəçilikdən miras qalmış və “köləlik qanunu” kimi xarakterizə edilən hüquqi mexanizmlərin ləğv edilməsi, keçmiş müstəmləkələrdən oğurlanmış mədəni irsin geri qaytarılması hallarının çoxalması, habelə digər dənizaşırı ərazilərin hüquqi-siyasi vəziyyətinə dair müzakirələrin yenidən gündəmə gəlməsi mühüm irəliləyişlər kimi qeyd oluna bilər.
Ən böyük uğurlar sırasında paytaxtımızda Beynəlxalq Dekolonizasiya Cəbhəsinin - FID (fransızca: Front international de decolonisation) təsis edilməsini göstərmək olar. Beynəlxalq Dekolonizasiya Cəbhəsinin təsis qurultayında Fransa və Niderland müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib regionu, Antil adaları qrupu, Boneyra və Sen-Martindən olan 17-dən çox siyasi partiya və müstəqillik hərəkatının nümayəndələri iştirak ediblər. Vahid cəbhənin yaradılması kolonizə edilmiş xalqların səylərinin birləşdirilməsi, həmrəyliyin gücləndirilməsi və birgə mübarizə aparması istiqamətində mühüm addımlardan biri kimi yadda qalıb.
Təsadüfü deyil ki, Azərbaycan dünyada kolonializmə qarşı mübarizənin mərkəzi, baş qərargahı kimi tanınır və müstəmləkəçilikdən əziyyət çəkən ərazilər ölkəmizə ümid yeri kimi baxır. Fəaliyyət göstərdiyi üç il ərzində BTQ tərəfindən 40-dan çox beynəlxalq konfrans təşkil edilib, bunlardan 10-u BMT-nin müxtəlif qərargahlarında keçirilib. Eyni zamanda, 50-dən çox nəşr hazırlanıb, 10 əməkdaşlıq memorandumu imzalanıb. Bu dövr ərzində BTQ 25-dən çox ölkə və Dənizaşırı ərazi ilə sıx əməkdaşlıq əlaqələri qurulub.
Yeri gəlmişkən, iyulun 11-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Media və dekolonizasiya: Yüksələn səslər, güclənən narrativlər” mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycanda ilk dəfə təşkil olunan bu konfrans müstəmləkə ərazilərini təmsil edən xarici media nümayəndələri ilə yerli jurnalistlərin iştirakı və interaktiv müzakirələr formatında keçirilib. Konfransda keçmiş və mövcud müstəmləkə ərazilərini təmsil edən media qurumlarının rəhbərləri, xarici media nümayəndələri, siyasi şərhçilər, diaspor təşkilatlarının təmsilçiləri, media və kommunikasiya üzrə ekspertlər, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, tədqiqatçılar, diplomatlar, dövlət qurumlarının təmsilçiləri və yerli media nümayəndələri iştirak ediblər.
Tədbirdə neokolonial istismara məruz qalan və müstəmləkə əsarəti altında yaşayan xalqların və etnik azlıqların səsinin beynəlxalq informasiya məkanında gücləndirilməsində medianın rolu və qarşıda duran çağırışlar müzakirə olunub. Konfransda uzun illər kölgədə saxlanılan müstəmləkə həqiqətlərinin - ərazilərin iqtisadi istismarı, təbii sərvətlərin talanı, mədəni kimliyin silinməsi, sistemli ayrı-seçkilik, yerli xalqlara qarşı repressiyalar, habelə Kanaki (Yeni Kaledoniya) və Boneyra nümunəsində yerli əhalinin demoqrafik tərkibinin məqsədli şəkildə gəlmə əhali hesabına dəyişdirilməsi siyasətinin beynəlxalq mediada işıqlandırılması məsələlərinə xüsusi diqqət yetirilib. Həmçinin müstəmləkə ərazilərində yaradılan süni informasiya blokadasının aradan qaldırılması, dezinformasiya və saxta məlumatlarla mübarizədə qabaqcıl süni intellekt alətlərinin tətbiqi, jurnalistlər və media qurumları arasında beynəlxalq koordinasiya şəbəkəsinin yaradılması, beynəlxalq media təşkilatları və yerli jurnalistlər arasında əməkdaşlığın gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələrdə medianın dekolonizasiya proseslərində yalnız informasiya ötürən vasitə deyil, həm də müstəmləkə siyasəti yürüdənlərə beynəlxalq təzyiq mexanizmi kimi rolu xüsusi vurğulanıb. Bu kontekstdə müstəmləkə cinayətlərinin sənədləşdirilməsi, kolonial narrativlərin ifşası, müstəmləkə dövlətlərinin rəsmi informasiya siyasətinin faktlara əsaslanan araşdırmalarla yoxlanılması, yerli xalqların mövqeyinin beynəlxalq auditoriyaya çatdırılması, insan hüquqları pozuntularının monitorinqi, ekoloji ədalət məsələlərinin, o cümlədən Qvadelupa və Martinikada xlordekon pestisidinin yaratdığı fəsadların qlobal gündəmdə daim saxlanılması, reparasiya tələblərinin təşviqi, habelə Kanaki, Maohi, Qvadelupa, Martinika, Boneyra, Sent Martin və digər müstəmləkə ərazilərində fəaliyyət göstərən jurnalistlər, hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti institutları arasında beynəlxalq həmrəylik və əməkdaşlıq şəbəkələrinin formalaşdırılması istiqamətində praktiki təşəbbüslər müzakirə edilib.
Konfrans çərçivəsində Bakı Təşəbbüs Qrupu ilə Burkina Faso Xarici İşlər Nazirliyinin Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutu arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Bu sənəd BTQ-nin Afrika istiqamətində institusional əməkdaşlığının genişlənməsində mühüm addım hesab olunur. Təşkilat ilk dəfə xarici dövlətin rəsmi qurumu ilə əməkdaşlığa başlayır. Memorandum Afrika ölkələrinin tədqiqat institutları, beyin mərkəzləri və vətəndaş cəmiyyəti təşkilatları ilə əlaqələrin genişləndirilməsini, dekolonizasiya və neokolonializm mövzularında birgə analitik hesabatların, siyasət sənədlərinin hazırlanmasını və beynəlxalq platformalarda ortaq təşəbbüslərin irəli sürülməsini nəzərdə tutur. Sənədə əsasən, tərəflər müntəzəm dialoqlar, birgə tədqiqat layihələri, beynəlxalq konfranslar, ekspert mübadiləsi və gənc tədqiqatçılar üçün təlim proqramları həyata keçirəcəklər.
Göründüyü kimi, BTQ beynəlxalq qurumlar, akademik dairələr və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığını davamlı şəkildə genişləndirməkdədir. Təşkilatın təşəbbüsü ilə müxtəlif regionlardan olan yerli xalqların nümayəndələri, milli azadlıq hərəkatları, parlament üzvləri, elm xadimləri, beynəlxalq ekspertlər, hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti institutları bir araya gəlirlər. Bütün bunlar isə qarşıya qoyulan hədəflərə çatmaq üçün vacib amillərdir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49

