Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycanın qadın voleybolçuları Avropa çempionatında növbəti parlaq qələbə qazanıblar

Azərbaycanın qadın voleybolçuları Avropa çempionatında növbəti parlaq qələbə qazanıblar

26.09.2017 [10:24]

Prezident İlham Əliyev milli komandamızın oyununa baxıb
Sentyabrın 24-də qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin növbəti qarşılaşmasında “A” qrupunda yer alan Azərbaycan milli komandası ikinci görüşünü keçirib.
AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən görüşdə Azərbaycan komandası Polşa yığması ilə qarşılaşıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli komandamızın oyununa baxıb.
Voleybolçu qızlarımız ilk setdə polşalı rəqiblərinə böyük üstünlüklə - 25:14 hesabı ilə qalib gəliblər. Azərbaycan milli komandası ikinci setin ortalarında əldə etdiyi üstünlüyü sona qədər qoruyaraq 25:21 hesabı ilə qələbə qazanıb. Gərgin idman mübarizəsi şəraitində keçən üçüncü set də milli komandamızın qələbəsi ilə başa çatıb - 25:23. Beləliklə, Azərbaycan milli komandası Polşa voleybolçularını 3:0 hesabı ilə məğlub edib.
Azərbaycan Prezidenti İlham Əliyev komandamızın qələbəsini alqışlayıb.
Bu qələbədən sonra Azərbaycan komandası xallarının sayını 6-ya çatdıraraq qrupda birinci yerə yüksəlib. Polşa yığması isə 5 xalla ikinci sırada qərarlaşıb.
Xatırladaq ki, ilk oyunda komandamız Macarıstana 3:0 hesabı ilə qalib gəlib.

Paylaş:
Baxılıb: 975 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30