Azərbaycan-Latviya arasında ikitərəfli əlaqələr davamlı şəkildə inkişaf edir
12.08.2009 [11:38]
Dünən Bakıda, “Hyatt Regency-Naxçıvan” mehmanxanasında Azərbaycan-Latviya biznes forumu keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Valdis Zatlers forumun işində iştirak ediblər. Dövlət başçıları Latviya iqtisadiyyatı məhsullarının nümayiş etdirildiyi sərgiyə də baxıblar.
Biznes forumda Azərbaycandan 120-dək şirkətin nümayəndəsi və Latviyadan 75 iş adamı iştirak edib. Prezident İlham Əliyev biznes forumda çıxış edərək deyib ki, ölkələrimiz arasında ikitərəfli əlaqələr davamlı şəkildə inkişaf edir: “Latviya Prezidentinin Azərbaycana səfəri birmənalı olaraq münasibətlərimizin gələcəkdə yeni səhifəsini açacaqdır. Dünən bizim çox məhsuldar danışıqlarımız və müzakirələrimiz oldu. Biz bir sıra hökumətlərarası sazişləri imzaladıq və bununla ölkələrimiz arasında münasibətlərin qanunverici əsaslarını genişləndirdik. Təbii ki, yaxşı siyasi münasibətlərin olması iki ölkənin işgüzar dairələri üçün də bir çox sahələrdə daha səmərəli şəkildə əməkdaşlıq etməyə imkan yaradır. Ona görə iqtisadi əməkdaşlığın çox yaxşı perspektivləri vardır. Son bir neçə il ərzində bizim iqtisadi əməkdaşlıq sahəsində artıq gözəçarpan nailiyyətlərimiz olubdur. Bizim birgə qarşılıqlı ticarət dövriyyəsinin rəqəmləri o qədər yüksək deyildir. Ancaq buna baxmayaraq, yenə də addım-addım irəliləyiş əldə olunur və ölkələrimiz arasında bu dövriyyənin həcmi artmaqdadır. ümidvaram ki, ölkələrimizin iş adamlarının bu görüşü, ümumiyyətlə ölkələrimiz arasındakı münasibətlərin inkişafına töhfə verəcəkdir. Hesab edirəm ki, hökumətlərarası birgə iqtisadi komissiyanın rolu çox vacibdir. çünki o, biznesmenlərə bir-biriləri ilə təmaslar qurmaq, müxtəlif layihələri əlaqələndirmək və sərmayələrin daha çox cəlbedici sektorlara qoyulmasına yardım edəcəkdir. Müxtəlif əməkdaşlıq formaları mövcuddur və əlbəttə ki, əməkdaşlığın hansı formasını seçmək barədə qərarları iş adamlarının özləri qəbul edə bilərlər. Amma vacib məsələ ondan ibarətdir ki, biz geniş biznes imkanları, hüquqi çərçivə, vergi, sərmayə mühiti və ümumiyyətlə iqtisadi inkişaf haqqında məlumatları verməliyik.
Dünən müzakirələrdən sonra belə bir qənaətə gəldik ki, bizim iqtisadiyyatlarımız bir-biri ilə rəqabət aparan iqtisadiyyatlar deyildir. Biz bazar uğrunda rəqabət aparmırıq, əksinə iqtisadiyyatlarımız uğurlu şəkildə bir-birinə dəstək verə bilər. Burada söhbət nəinki iqtisadiyyatdan, o cümlədən mühitdən də, turizmin inkişafından da gedir. Dünən mən cənab Prezidentə məlumat verdim ki, biz çalışdıq burada elə bir iqlim zonası yaradaq ki, siz özünüzü evinizdəki kimi hiss edəsiniz. çünki adətən avqustda Bakıda hava isti olur, yay havası çox qızmar olur və Azərbaycandakı insanlar bəzi hallarda elə bir yerə getməyə üstünlük verirlər ki, orada özlərini, necə deyərlər, daha sərin mühitdə hiss etsinlər”.
Prezident İlham Əliyev, həmçinin, söyləyib ki, Azərbaycanın sürətli iqtisadi artımı müxtəlif amillərin təzahürüdür: “Enerji amili bizim üçün çox mühümdür. Neft və qaz hasilatının yüksəlməsi son beş il ərzində bizim üçün üDM-in daha çox artımına nail olmağa imkan yaratdı. Lakin, eyni zamanda, qeyri-neft sektorunun inkişafı da böyük töhfə verir. Biz iqtisadi islahatlar siyasəti aparırıq. Biz Avropa strukturları ilə əməkdaşlıq edirik. Avropa İttifaqı da bu sahədə mühüm bir amildir və biz Avropa İttifaqına daha yaxın olmaq istəyirik. Bizim Şərq tərəfdaşlığı proqramında iştirakımız birmənalı olaraq Azərbaycanın iqtisadi inkişafına da töhfə verəcəkdir. ölkəmizdə özəl sektor üDM-in 85 faizini təşkil edir. Biz geniş özəlləşdirmə proqramını həyata keçirmişik və ümumi iqtisadi vəziyyət, Azərbaycandakı iqtisadi islahatlar, həmçinin Dünya Bankının qiymətləndirilməsində də əks olunubdur. Bu qurum ötən ilin “Douing Business” hesabatında Azərbaycanı ən islahatçı ölkə kimi tanımışdır və hesab edirik ki, bu illərdə, xüsusən də bu böhran dövründə biz əgər iqtisadi göstəricilərimizə baxsaq görərik ki, cari ilin ilk altı ayında iqtisadiyyatımız 3,6 faiz, sənaye istehsalı isə 4,1 faiz artmışdır. Biz infrastruktura, qeyri-enerji sektoruna böyük sərmayələr yatırmışıq. Dövlətimizin birbaşa qoyduğu sərmayələrin həcmi artmışdır və biz, eyni zamanda, yerli sahibkarlara da yardım etmişik. Biz onlara - yerli şirkətlərə güzəştli, yəni aşağı faizlə kreditlər ayırırıq ki, iqtisadiyyatımız daha şaxələnmiş olsun. Bu il biz öz ölkəmizi kənd təsərrüfatı malları ilə demək olar ki, yüz faiz təmin edəcəyik. Bu il Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından vacib bir ildir. Biz müxtəlif kənd təsərrüfatı mallarının həm ixracçısı, həm də keçmişdə idxalçısı olmuşduq. Bu il demək olar ki, biz bütün daxili tələbatlarımızı təmin edəcəyik. Bu isə öz növbəsində iqtisadiyyatın şaxələndirilməsinə imkan yaradır. çünki bizim əhalinin yarısı kənd yerlərində yaşayır. Ona görə kənd təsərrüfatı işçiləri, fermerlər dövlətin kifayət qədər yardımından istifadə edərək, iqtisadiyyatın şaxələndirilməsinə şərait yaradacaqlar”.
Latviya Prezidenti Valdis Zatlers biznes forumda çıxış edərək deyib ki, bu gün qlobal iqtisadiyyatda əsas struktur dəyişiklikləri müşahidə olunur və bizim üçün yeni imkanları müəyyən etmək və yeni çağırışları həll etmək vaxtı artıq yetişib: “Keçmişə nəzər salmaq və bu günə qədər görülmüş işlərin nəticələrini qiymətləndirmək üçün münasib vaxtdır. Qlobal iqtisadi böhranın mürəkkəb nəticələrini nəzərə alaraq, hazırkı ən mühüm vəzifəmiz yeni imkanların tapılmasında səylərimizi və resurslarımızı səfərbər etməkdir. ümidvaram ki, hökumətlərimiz biznes sahəsi üçün mümkün qədər faydalı şəraitlərin yaradılması məqsədi ilə əlindən gələni edəcəklər. Şirkətlərimiz və hökumətlərimiz arasında sıx əməkdaşlıq zəngin və davamlı iqtisadiyyata aparan yolda mühüm amildir.
Biznes tərəfdaşlığımızın daha da inkişaf etməsi üçün möhkəm bünövrə vardır. Əməkdaşlıq üçün səmərəli infrastruktur qurulmuşdur. Hazırda Latviyada 29 Latviya-Azərbaycan birgə müəssisəsi fəaliyyət göstərir. ümid edirəm ki, bu rəqəm gələn bir neçə il ərzində nəzərəçarpan səviyyədə artacaqdır. Eyni zamanda, məmnunluqla qeyd etmək istəyirəm ki, ötən il ərzində ticarət dövriyyəmizə nəzər yetirsək, böhran sözündən istifadə etmək düzgün olmazdı. Baxmayaraq ki, rəqəmlər o qədər yüksək deyildir, lakin Latviyanın ixracı iki dəfə, Azərbaycandan idxal isə 30 faiz artmışdır. 2009-cu ilin birinci rübündə ölkələrimiz arasında ticarət dövriyyəsi artmaqda davam etmişdir. Bu isə, bizə məlum olan qlobal proseslərdən fərqlənir. Latviya iş adamlarının Azərbaycana marağı məni müşayiət edən böyük nümayəndə heyətinin olması ilə nümayiş etdirilir. Bu tərkibdə ərzaq sənayesi, nəqliyyat və logistika, informasiya texnologiyaları və telekommunikasiya, bank və konsaltinq xidmətləri, tikinti sənayesi, turizm, təhsil və digər sahələrin nümayəndələri vardır. Eyni zamanda, Azərbaycanda artıq uğurlu fəaliyyət göstərən şirkətlər də təmsil olunub - Riga Dairy, Laci, AirBaltic, Parex Bank, Baltikums Bank, BDO Invest Riga, Riqa Beynəlxalq hava limanı, Hava Dispetçer və Tədris Mərkəzi və bir çox digərləri”.
Xəbər lenti
Hamısına baxMEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03

