Heydər Əliyev Fondunun dəstəyi ilə böyük musiqi bayramı yaşanır
15.08.2009 [02:00]
Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələ şəhərində Beynəlxalq musiqi festivalı və pianoçuların müsabiqəsi keçirilir. Avqustun 23-dək davam edəcək tədbirin açılış mərasimində Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov çıxış edərək Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın festival iştirakçılarına təbrik məktubunu oxuyub. Mehriban xanım Əliyeva təbrik məktubunda festival iştirakçılarına və münsiflər heyətinə uğurlar arzulayaraq, tədbiri böyük bayram hesab etdiyini bildirib: “Dünyanın tanınmış musiqi xadimlərinin iştirakı ilə keçirilən Qəbələ Beynəlxalq musiqi festivalı və pianoçuların beynəlxalq müsabiqəsi yeni istedadların aşkara çıxarılmasına, gənclərin peşəkarlarla görüşünə və onlardan sənətin incəliklərini öyrənməyə imkan verəcəkdir. Festival çərçivəsində məşhur pianoçuların təşkil edəcəyi ustad dərsləri gənc musiqiçilər üçün böyük töhfə olacaqdır”.
Festivalın bədii rəhbəri, Azərbaycan Musiqi Xadimləri İttifaqının sədri, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli öz növbəsində iştirakçıları musiqi bayramı münasibəti ilə təbrik edərək, tədbirin gedişinə uğurlar arzulayıb: “Neçə vaxt idi ki, bu festivala hazırlaşırıq və nəhayət, bu, baş tutdu. İnanıram ki, festival Azərbaycanın mədəniyyətinin təbliğinə xidmət edəcək”.
Festivalın mürəkkəb proqramı olduğunu vurğulayan F.Bədəlbəyli beynəlxalq layihədə dünya şöhrətli ustalar-İsrailin Ranaana simfonik orkestri, Daniel və Aleksandr Qurfinkel, tenor Vyaçeslav Vaykoroviski, dirijor Dmitri Yablonskinin iştirak etdiyini diqqətə çatdırıb. Musiqi dərslərinin verilməsini isə uşaqlar üçün çox böyük bir hadisə kimi qiymətləndirib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev musiqi bayramı münasibətilə iştirakçıları təbrik edib, onlara uğurlar arzulayıb. Nazir yüksək səviyyəli hazırlıq mərhələsindən danışarkən bildirib ki, Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən bu festival həm də ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılmasına xidmət edir. çıxışlardan sonra İsrailin Ranaana orkestri üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürasını ifa edib. Azərbaycan Dövlət Xor Kapellasının çıxışı maraqla qarşılanıb.
Qeyd edək ki, dünyanın 16 ölkəsindən - ABŞ-dan, Fransadan, İsraildən, Meksikadan, Polşadan, Rusiyadan, İtaliyadan, İspaniyadan və digər ölkələrdən gəlmiş tanınmış musiqiçilərin iştirak etdiyi festival üç hissədən ibarətdir. Festival çərçivəsində kamera musiqisi konserti, Azərbaycan caz axşamı, Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert, pianoçuların beynəlxalq müsabiqəsi və muğam axşamı təşkil olunacaq. Muğam axşamında Xalq artistləri Mənsum İbrahimov və Aygün Bayramova iki saatlıq solo-proqramla çıxış edəcəklər. Muğam ifaçılarını konsert boyunca Elçin Həşimov və Elnur Əhmədov müşayiət edəcək. Avqustun 22-də isə festival iştirakçılarının son konserti olacaq.
TuranƏ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20

