Azərbaycan MDB-də ən yüksək inkişaf tempinə malik ölkədir
19.08.2009 [02:32]
Müstəqil Dövlətlər Birliyinin (MDB) Statistika İdarəsi 2009-cu ilin birinci yarısında quruma üzv olan ölkələrin makroiqtisadi göstəricilərini açıqlayıb. MDB dövlətləri içərisində ən yüksək sosial-iqtisadi inkişaf göstəriciləri Azərbaycanda qeydə alınıb. Azərbaycan ilin birinci yarısında bütün makroiqtisadi göstəricilərə görə, birlik dövlətlərini üstələyib. İqtisadiyyatın əsas makroiqtisadi göstəricisi olan ümumi daxili məhsulun (üDM) 3,9 faizlik artım tempinə görə MDB-də ilk yerlərdə dayanan Azərbaycan ən sabit ölkə hesab olunur. Dünya maliyyə böhranı ilə əlaqədar bütün MDB ölkələrində iqtisadi geriləmə müşahidə olunduğu və üDM-in azalma tendensiyası qeydə alındığı halda respublikamızda bu ilin ilk yarısında milli məhsulun artım dinamikası qorunub.
Azərbaycandan fərqli olaraq, MDB ölkələrinin əksəriyyətində üDM istehsalı kəskin şəkildə azalıb. Belə ki, Ermənistan, Tacikistan, Qırğızıstan, Ukrayna, Moldova, özbəkistan və Qazaxıstanda iqtisadi geriləmə qeydə alınıb. İqtisadiyyatları ən çox geriləyən ölkələr Ermənistan və Ukrayna hesab olunur. Bədnam qonşumuz Ermənistanın iqtisadiyyatında 17 faiz azalma müşahidə olunub. Bu ölkənin milli məhsul istehsalının aşağı düşməsinə səbəb bütün iqtisadi sferaların böhran nəticəsində müflis olmasıdır. Maliyyə sektorunda ən ağır vəziyyətlə üzləşən işğalçı ölkənin bank və investisiya bazarı demək olar ki, fəaliyyət göstərmir. Milli valyutanın dəyərdən düşməsinin qarşısını almaq üçün xaricdən cəlb olunan valyuta ehtiyatları tükəndiyindən maliyyə sektoru iflic duruma düşüb. ölkənin iqtisadi əsaslarından hesab olunan sənaye bölməsində istehsal ötən illə nisbətdə 10 faizdən çox azalıb. Əsaslı kapital qoyuluşu iki dəfədən də çox azalıb (55 faiz) və demək olar ki, Ermənistana bu ilin ilk 6 ayında sərmayə qoyulmayıb. Yükdaşınmaların həcmi də aşağı düşüb və bu sahədə ciddi kəsirlər qeydə alınmaqdadır. üstəlik, xarici dövlətlərdən bu ölkəyə idxal olunan malların qiymətində 8,5 faiz artım nəzərə çarpır. İstehlak mallarının dövriyyəsində 14 faizdən çox azalma müşahidə olunur. ümumiyyətlə, Ermənistan iqtisadiyyatının bütün sahələri böhranın ağır təsirlərini yaşayır və bu mənfi meyillərin uzun müddət davam edəcəyi şübhəsizdir.
Belarus, Türkmənistan və Rusiyada nisbətən sabit iqtisadiyyatın mövcud olmasına baxmayaraq, bu ölkələrdə də müəyyən problemlər nəzərə çarpır. Məsələn, Belarusun sənaye, yükdaşınmaları, nəqliyyat və digər bölmələrində geriləmə hiss olunur. ölkədə inflyasiya ikirəqəmli həddə (14 faiz) qalmaqda davam edir və bu tendensiya əhalinin pul gəlirlərinin artmasına mane olur. Eləcə də, Rusiyada inflyasiya 13 faiz olmaqla əhalinin real gəlirlərini üstələyir. Buna baxmayaraq, Rusiya iqtisadiyyatında ümumi canlanmanın müşahidə olunması bu ölkənin böhranın təsirlərindən çıxaraq inkişafa doğru getdiyini proqnozlaşdırmağa imkan verir. Digər MDB dövlətlərində isə belə dinamik temp hələlik nəzərə çarpmır. ümumiyyətlə, MDB ölkələrinin əksəriyyətində inflyasiya yüksək olaraq qalmaqdadır. Xatırlatdığımız kimi, Rusiya və Belarusda 13-14 faizlik inflyasiya müşahidə olunmaqdadır, eləcə də, Qırğızıstan, özbəkistan, Ukrayna və Tacikistanda istehlak qiymətləri indeksi ikirəqəmli (12-17 faiz civarında) həddə qalmaqdadır. Qazaxıstanda bu rəqəm 8,5 faiz, Moldovada isə 2 faizə yaxındır. Azərbaycanda bu ilin 6 ayı ərzində inflyasiya 3,7 faiz təşkil etməklə son bir ildə 15 faizdən çox azalıb. Artıq respublikamızda qiymət indeksi birrəqəmli həddədir.
Qeyd etdiyimiz kimi, Azərbaycan digər makroiqtisadi göstəricilərə görə də, MDB ölkələrindən irəlidə dayanır. Bu ilin birinci yarısında üDM-in inkişafı bütün sahələrdə dinamizm üçün əhəmiyyətli baza yaradıb. Qeyri-neft sektorunda 4,1 faiz artım qeydə alınıb ki, bu da qeyri-neft sektorunda yüksək canlanmanın göstəricisi sayıla bilər. Əhalinin pul gəlirlərinin 19 faiz artması isə iqtisadi bölmələrdə çalışan insanların sosial şəraitinin yüksəlməsini şərtləndirmiş olur. Eləcə də, orta aylıq əməkhaqqının 15 faiz artması sosial sahədə inkişaf meyillərini göstərir.
Azərbaycan MDB-nin makroiqtisadi göstəricilər üzrə hesabatında sənaye məhsulunun inkişaf tempinə, xarici ticarət dövriyyəsinin həcminə, əsaslı investisiya qoyuluşlarına, real pul gəlirlərinin artımına, yeni iş yerlərinin yaradılmasına, məşğulluğun səviyyəsinə və digər sosial-iqtisadi göstəricilərə görə də birlik ölkələrindən xeyli irəlidə dayanır.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55

