Bakıda Gimnastika Kompleksinin təməlqoyma mərasimi keçirilib
27.08.2009 [01:14]
Dünən Bakıda Gimnastika Kompleksinin təməlqoyma mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Mərasim iştirakçıları - idman ictimaiyyətinin nümayəndələri və inşaatçılar Prezident İlham Əliyevi və Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanı hərarətlə qarşılayıblar. Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olunub.
Prezident İlham Əliyev Gimnastika Kompleksinin layihəsi ilə tanış olub. Məlumat verilib ki, tikinti üçün ayrılmış 3,5 hektar ərazidə möhtəşəm idman kompleksi inşa olunacaq, abadlıq və yaşıllaşdırma işləri aparılacaq. ümumi sahəsi 15 min kvadratmetr olan üçmərtəbəli kompleksdə məşq və yarış zalları, ofislər, soyunub-geyinmə otaqları, kafe, restoran, emalatxana, anbarlar fəaliyyət göstərəcək. Kompleks telekommunikasiya və nəzarət-idarəetmə sistemi ilə təmin ediləcək. Bundan başqa, kompleksin ərazisində qazanxana, nasosxana, digər köməkçi bina və qurğular, 500 avtomobil yerlik yeraltı, 100 yerlik yerüstü dayanacaq olacaq. Kompleksdə keçiriləcək idman yarışlarını 6 min tamaşaçı izləyə biləcək.
Kompleksdə gimnastların məşq etmələri, respublika və beynəlxalq səviyyəli yarışların təşkili məqsədi ilə hər cür şərait yaradılacaq.
İdman qurğusunun 2011-ci ildə istifadəyə veriləcəyi qeyd olunub.
Daha sonra dövlətimizin başçısına kompleksin yaxınlığında gələcəkdə inşası nəzərdə tutulan üzgüçülük üzrə ixtisaslaşacaq idman sarayı barədə də məlumat verilib.
Prezident İlham Əliyev sarayın eskizinə baxıb və layihə ilə yaxından tanış olduqdan sonra tikinti işlərinə başlanacağını bildirib.
Mehriban xanım Əliyeva gilizi Gimnastika Kompleksinin təməlinə buraxıb və beton qarışığı töküb. Dövlətimizin başçısı da təmələ beton qarışığı töküb.
Sonra Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva Azərbaycan gimnastlarının bir qrupu ilə görüşüblər. Gimnastlar onlar üçün yaradılan şəraitə və belə gözəl kompleksin tikilməsinə görə dövlətimizin başçısına və Azərbaycanın birinci xanımına təşəkkürlərini bildiriblər. Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva gimnastlarla xatirə şəkli çəkdiriblər.
Xatırladaq ki, Azərbaycan Gimnastika Federasiyasının fəaliyyəti sayəsində ölkəmizdə idmanın bu növündə də ciddi nailiyyətlər əldə olunub. Azərbaycan bədii gimnastika üzrə Avropa və dünya çempionatlarına ev sahibliyi edib. Bədii gimnastlarımız Azərbaycanı Olimpiya oyunlarında da layiqincə təmsil ediblər.
Federasiyanın prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısının nəticəsidir ki, indi nüfuzlu beynəlxalq gimnastika təşkilatları Azərbaycana yüksək maraq göstərirlər.
Prezident İlham Əliyev idman ictimaiyyətinin nümayəndələri ilə də görüşüb. Dövlətimizin başçısı Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyevlə söhbətində gənclərdən ibarət boks üzrə yığma komandamızın Polşada keçirilən Avropa birinciliyində 7 medal qazanaraq, komanda hesabında birinci olmasını yüksək qiymətləndirib. Bu yarışda boksçularımız yüksək əzmkarlıq göstərərək 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb və medalların sayına görə 35 ölkə arasında birinci yeri tutublar. Buradan da göründüyü kimi, ölkəmizdə idmana göstərilən qayğı, yeni idman obyektlərinin inşası bir məqsədə - gənc nəslin sağlam böyüməsinə xidmət edir.
Prezident İlham Əliyev bir daha mərasim iştirakçılarını təbrik ediö, kompleksin inşası ilə bağlı tövsiyələrini verib, inşaatçılara işlərində uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24

