/ / Prezident İlham Əliyev Qambiyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Qambiyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
09.06.2018 [09:21]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 8-də Qambiya Respublikasının xarici işlər naziri Ousainu Darboenin başçılıq etdiyi, Qambiyanın əmək və infrastruktur naziri Bai Lamin Jobenin daxil olduğu nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə Qambiya arasında dostluq əlaqələrinin mövcud olduğunu vurğulayaraq ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və BMT-də uğurlu əməkdaşlıq həyata keçirdiyini və bir-birini daim dəstəklədiyini məmnunluqla qeyd edib. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin Qambiya tərəfindən beynəlxalq platformada dəstəklənməsinə görə təşəkkürünü bildirib.
Xarici işlər naziri Ousainu Darboe Qambiya Prezidenti Adama Barrounun salamlarını dövlətimizin başçısına çatdırıb. O qeyd edib ki, Prezident Adama Barrou Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük inkişafa nail olduğunu və bölgədə əməkdaşlığa, iqtisadi inkişafa, sülhün və təhlükəsizliyin təmin olunması işinə mühüm töhfə verdiyini bildirib. Nazir Ousainu Darboe Azərbaycan ilə Qambiyanın Qoşulmama Hərəkatında fəal iştirakını qeyd edərək ölkələrimizin İslam Əməkdaşlıq Təşkilatında, BMT-də bir-birini qarşılıqlı surətdə dəstəklədiyini vurğulayıb. Ousainu Darboe daha sonra qeyd edib ki, onun ölkəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və diqqətə çatdırıb ki, Qambiya Prezidenti Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsini qətiyyətlə pisləyir.
Prezident İlham Əliyev Qambiya Prezidenti Adama Barrounun salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Qambiya dövlətinin başçısına çatdırmağı xahiş edib.
Söhbət zamanı Azərbaycan ilə Qambiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın perspektivlərinin müəyyənləşdirilməsinin vacibliyi qeyd edilib.
Xəbər lenti
Hamısına baxDünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41

