/ / Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlər müxtəlif sahələrdə uğurla inkişaf edir
Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlər müxtəlif sahələrdə uğurla inkişaf edir
14.11.2009 [11:01]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasına rəsmi səfərini başa çatdıraraq Bolqarıstana işgüzar səfərə yola düşüb.
Hər iki ölkənin dövlət bayraqları ilə bəzədilmiş Sofiya Beynəlxalq hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Bolqarıstan Respublikasının yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.
Sofiyada, Prezident Administrasiyasında Azərbaycan Prezidenti İlham Əliyevin və Bolqarıstan Prezidenti Georgi Pırvanovun görüşü olub.
Əvvəlcə prezidentlər İlham Əliyev və Georgi Pırvanov rəsmi foto çəkdiriblər.
Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub.
İqtisadi əlaqələrin, o cümlədən enerji sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib. Dövlət başçıları Azərbaycan-Bolqarıstan münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.
Görüşdə, həmçinin regional əməkdaşlıq və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sofiyada, Prezident Administrasiyasında Azərbaycan-Bolqarıstan sənədlərinin imzalanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovun birgə mətbuat konfransı olub. Bolqarıstan Prezidenti Georgi Pırvanov bildirib ki, bu gün iki ölkə arasında imzalanan sənədlər münasibətlərimizin keyfiyyətcə yeni mərhələsini təşkil edir. ölkələrimiz arasında fəal siyasi dialoq mövcuddur. “Eyni zamanda, iqtisadi sahadə əməkdaşlıq meyillərini görürük”, - deyən Georgi Pırvanov ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən Avropa və Avratlantik təsisatlar çərçivəsində fəal əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
Bolqarıstan Prezidenti bildirib ki, Azərbaycan bizim energetika sahəsində yaxın tərəfdaşımızdır. Georgi Pırvanov Azərbaycanda hasil edilən qazın Bolqarıstana nəqlində maraqlı olduqlarını diqqətə çatdırıb.
Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, keçirilən danışıqlarda gözəl nəticələr əldə olunub və ikitərəfli münasibətlərimiz uğurla inkişaf edir. Azərbaycan dövlətinin başçısı bildirib ki, Bolqarıstan bizim üçün önəmli tərəfdaş və dost ölkədir.
Prezident İlham Əliyev vurğulayıb ki, ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olması bütün başqa sahələrə də öz müsbət təsirini göstərir: “Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıqda Bolqarıstanın çox önəmli rolu var”.
Avratlantik strukturlara inteqrasiya prosesində Bolqarıstanın həmişə Azərbaycanı dəstəklədiyini vurğulayan dövlətimizin başçısı deyib ki, bu yaxınlarda Azərbaycan Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının üzvü olub: “Biz ümid edirik ki, bu proqram çərçivəsində Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq daha da genişlənəcəkdir”.
Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əlaqələrə toxunan dövlətimizin başçısı qeyd edib ki, son illər enerji təhlükəsizliyi məsələlərinin əhəmiyyəti artıb. Azərbaycan bu məsələlərin həllinə öz töhfəsini verir.
Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, Bolqarıstan ilə Azərbaycan arasında qaz sahəsində əməkdaşlıq da uğurlu olacaq.
Sonda dövlət başçıları jurnalistlərin suallarını cavablandırıblar.
Sofiyada prezidentlər İlham Əliyevin və Georgi Pırvanovun iştirakı ilə Azərbaycan-Bolqarıstan sənədlərinin imzalanması mərasimi olub.
“Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Bolqarıstan Respublikasının İqtisadiyyat, Enerji və Turizm Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum”u Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Bolqarıstanın iqtisadiyyat, enerji və turizm naziri Trayço Traykov, “Bolqarıstanın “Bulqartransqaz” Şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında təbii qazın nəqli sahəsində qarşılıqlı Anlaşma Memorandumu”nu “Bulqartransqaz”ın icraçı direktoru İvan Drenoviçki və ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov imzalayıblar.
Dövlətimizin başçısı həmin gün axşam Bakıya qayıdıb. Azərbaycan Prezidentini Heydər Əliyev adına Beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

