Belarus ilə Azərbaycan arasında əlaqəlar dinamik şəkildə inkişaf edir
17.11.2009 [09:55]
Belarus ilə Azərbaycan arasında siyasi-iqtisadi, sosial-humanitar və digər sahələrdə mövcud olan əməkdaşlıq münasibətləri son illərdə birgə səylərin gücləndirilməsi nəticəsində daha da inkişaf edib. Hələ postsovet dövründə bir sıra sahələr üzrə sıx və səmimi dostluq əlaqələrinin əsaslı təməllərini qoyan hər iki respublika müstəqillik qazandıqdan sonra münasibətlərin dinamikliyi üçün bütün addımları atmağa nail olub. İkitərəfli əlaqələrin dərinləşməsi və əməkdaşlığın hüdudlarının genişlənməsi münasibətlərin formatının həm də MDB çərçivəsində inkişaf etdirilməsinə təkan verib. Belarus və Azərbaycan arasında ortaq cəhətlərin mövcudluğu isə təmasların intensivliyinə və dinamikasına əlavə çalarlar vermiş olur. Eyni zamanda, bu faktorlar ölkələr arasında qarşılıqlı etimad səviyyəsinin dərinləşməsinə zəmin yaradır, inkişaf tempinin tələblərinə uyğun birgə addımlar atmaq üçün yeni perspektivlər açır.
Son illərdə prezidentlər - İlham Əliyev və Aleksandr Lukaşenkonun qarşılıqlı səfərləri isə ölkələr arasında siyasi-iqtisadi münasibətlərin möhkəmlənərək yeni mərhələyə qədəm qoymasına impuls verib. Hər iki ölkə səmimi və ən yaxın dostluq tellərinə malikdir. İkitərəfli əlaqələrin dinamizminə hökumət səviyyəsində qarşılıqlı təmaslarla yanaşı, hər iki ölkənin müvafiq qurumları arasında əldə olunmuş razılaşmalar, keçirilən biznes-forumlar da stimul verməkdədir. Dövlət İnvestisiya Şirkəti və AZPROMO ilə Belarusun Sənaye və Ticarət Palatası tərəfindən təşkil olunan biznes-forumlar, eyni zamanda ikitərəfli əməkdaşlığın inkişafı ilə bağlı sahibkarlar arasında görüşlərin keçirilməsi münasibətlərin daha da intensiv xarakter almasına səbəb olub.
Azərbaycan və Belarus arasında iqtisadi əlaqələrin inkişaf dinamikasını birgə həyata keçirilən layihələrin miqyasında və hər il artan ticarət dövriyyəsinin həcmində də görmək olar. Son illərdə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 11 dəfə artıb və tərəflər iqtisadiyyatın əksər bölməsi üzrə əmtəə əməliyyatları aparıblar. Təkcə ötən il ərzində Belarusdan Azərbaycana idxal olunan məhsulların həcmi 22 faiz, respublikamızdan bu ölkəyə idxal olunan məhsulların həcmi isə 90 faiz artıb. 2009-cu ildə isə Belarusdan Azərbaycana idxal olan məhsulların həcminin 15 faiz, Azərbaycandan Belarusa idxal olunan məhsulların həcminin 1,5 dəfə artması proqnozlaşdırılır. Bununla belə, tərəflər indiki ticarət dövriyyəsinin həcmi ilə də kifayətlənmək istəmir və mal mübadiləsinin dinamikasını daha da artırmaq barədə fikirləşirlər. Hər iki ölkə mal dövriyyəsinin həcminin yaxın vaxtlarda 500 milyon dollara çatdırılmasını əsas hədəf seçib.
İqtisadi-ticari münasibətlərin genişləndirilməsi üçün Azərbaycan və Belarus hökumətləri yeni layihələrin reallaşmasına çalışır. Belarus şirkətləri sənaye və maşınqayırma sahələrinə böyük həcmdə sərmayə yatırmaq istəyir. Qeyd edək ki, Belarusla Azərbaycan arasında razılığa uyğun olaraq 4 ilə yaxındır ki, Gəncə Avtomobil Zavodunda traktorlar istehsal edilir və yaxın zamanlarda bu zavodda ağır tonnajlı yük kranlarının yığılması da planlaşdırılır. Artıq ağır tonnajlı “MAZ”-ların buraxılışına hazırlıq görülür. Tikintidə və sənayenin bir sıra sahələrində istifadəsi nəzərdə tutulan 25 tonluq kranların hissələri zavoda gətirilib. Yaxın müddətdə bu texnikaların istehsalına başlanılacaq. Belarus şirkətləri respublikamızda digər iri sənaye komplekslərində birgə çalışmağı nəzərdən keçirir. Belarusun Sənaye və Ticarət Palatasının nümayəndələri isə Azərbaycanla kənd təsərrüfatının, maşınqayırmanın, sənayenin və xidmət sektorlarının digər sahələrində birgə layihələrin reallaşmasında maraqlı olduğunu bildirirlər. Bu ölkənin tanınmış müəsissələrinin rəhbərləri ötən il ölkəmizdə olarkən Bakıda böyük kameralı soyuducuların, məişət texnikalarının istehalı üçün zavodların tikintisini təklif ediblər.
Azərbaycan isə Belarusa neft və neft məhsulları ilə yanaşı, kənd təsərrüfatı mallarının, spirti içkilərin, kimyəvi maddələrin ixracını artırmağı düşünür. Belarusda iri sənaye mərkəzlərinin, xüsusilə də, neft emalı müəssisələrinin, yanacaq komplekslərinin yaradılması nəzərdə tutulur.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

